![]() |
|














General Şuşaya hücum əmrini necə aldı? – Korpus komandiri DETALLARI AÇIQLADI
Tarix 09.03.22, 16:30 |
|

Müharibənin ilk günlərindən hər birimizin eşitdiyi bir ifadə var idi: Xüsusi Təyinatlı Qüvvələr. Adları dillərə dastan olan bu qəhrəmanlar 44 günlük Vətən müharibəsinin əsas memarlarından idilər.
Həmin qüvvələrə rəhbərlik edənlərdən biri olan, Birlik komandiri general-mayor, Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun APA-ya müsahibəsini təqdim edirik:
─ Vətən müharibəsinin ilk günlərindən həm Sizin, həm də Xüsusi Təyinatlı Qüvvələrin adını tez-tez eşidirdik. Ümumiyyətlə, müharibənin gedişində və qələbə ilə başa çatması istiqamətində zabitlərimizin önəmli rolu oldu. Nəticə etibarilə Siz də şanlı Zəfərimizdən sonra təltif olunan, qiymətləndirilən zabitlərdən biri oldunuz. İstəyərdik ki, döyüş yolunuzdan bəhs edəsiniz, ümumiyyətlə müharibə təəssüratlarınızı bölüşəsiniz...
─ Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməkdə, müharibə və döyüşlərdə adımın çəkilməsində qeyri-adi heç nə yoxdur. Ona görə ki, adından da göründüyü kimi onlar xüsusi hazırlanmış, xüsusi hazırlıq keçmiş hərbi qulluqçulardır. Təbii ki, biz də Xüsusi Təyinatlı Qüvvələrin bir mənsubu olaraq döyüşlərə qatıldıq və qarşımıza qoyulan tapşırıqların uğurla icra olunması üçün çalışdıq. Bütün xalqımız kimi, biz də cənab Ali Baş Komandanın əmrini gözləyirdik.
Təkcə hərbi hissədə yox, Qarabağımızın ərazisinə uyğun ərazilərdə məşqlərimiz, fəaliyyətlərimiz, planlamalarımız keçirilirdi. Və müharibə vaxtı hərbi komandanlığın əmrinə əsasən, biz ilk olaraq, təbii ki, ərazi baxımından ən çətin olan Murovdağ silsiləsi istiqamətində döyüşlərə başladıq. Komandanlıq tərəfindən qarşımıza qoyulmuş tapşırıqları yüksək səviyyədə yerinə yetirdik.

Təbii ki, Xüsusi Təyinatlı Qüvvələr dedikdə biz Xüsusi Təyinatlı ailəsi də olduğumuzu qeyd edirdik. Döyüşdə, yəni əməliyyatda bizim şəxsi heyətdən ayrı qalmağımız, bir-birimizə yardım etməməyimiz mümkün deyil. Çünki bizdə o ailə bağlılığı bizim bir-birimizdən ayrı olmağımıza, çətin məqamda yardım əli uzatmamağımıza qətiyyən imkan verməz. Biz Xüsusi Təyinatlı Qüvvələr olaraq birlikdə hazırlaşmışıq, birlikdə xidmət etmişik və birlikdə döyüş yolu keçmişik.
Murovdağdan sonra komandanlığın göstərişi ilə istiqamət dəyişdirilib. Cənub istiqamətində fəaliyyətlərin icrasına başlanılıb və orada da ilk olaraq Cəbrayıl şəhərinin və ətraf kəndlərin işğaldan azad olunması tapşırığını almışıq. Bu əmri yüksək səviyyədə, taktiki üsullara, bütün normativlərə yeniliklər gətirərək, bəzən bir sutkada 20 km-dan artıq düşmənin dərinliyinə sızaraq, irəliləyib Cəbrayıl rayonunun bir neçə kəndini və Cəbrayıl şəhərini işğaldan azad edib komandanlığa məruzə etmişik.
─ Müharibə başlayanda Sizin ilk təəssüratınız necə oldu?
─ Biz bu anı çoxdan gözləyirdik və torpaqlarımızın azad edilməsi üçün istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır idik. Cənab Ali Baş Komandanın əmrini sevinclə, ruh yüksəkliyi ilə qarşıladıq. Şəxsi heyətlə çiyin-çiyinə qarşıya qoyulan tapşırığı daha tez, daha çevik yerinə yetirmək üçün birlikdə həm vuruşmuşuq, həm də döyüşü idarə etmişik.
─ General-mayor rütbəsini müharibə vaxtı aldınız...
─ İnandırım Sizi ki, müharibə vaxtı hər hansı bir rütbə, vəzifə, orden, medal heç ağlımızdan keçmirdi. Yeganə fikrimiz, məqsədimiz düşməni darmadağın etmək, torpaqlarımızı işğaldan azad etmək, qalib gəlmək və bu sevinci xalqımıza yaşatmaq, cənab Ali Baş Komandanın əmrini uğurla yerinə yetirərək üzüağ, alnıaçıq geri dönmək idi. Əlbəttə ki, general rütbəsinə layiq görülmək hər bir əsgərin arzusudur. Bu sevinci yaşamaq çox gözəl bir hissdir. Bu sevinci ailəmizə yaşadan və bizləri təltif edən Cənab Prezidentə minnətdaram.
─ Vətən müharibəsi ərəfəsində, deyəsən, səhhətinizdə problem var idi, amma buna rəğmən müharibədə iştirak etdiniz...
─ Bəli, həmin vaxt mən hospitalda müalicə olunurdum. Bir az soyuqlamışdım. Mövsümi xəstəlik olduğunu və səhhətimdə elə bir ciddi problem olmadığını nəzərə alaraq, müalicənin tez sona çatması və hospitaldan buraxılmağım üçün həkimlərə müraciətlər etdim. Həkimlər bir şərtlə evə buraxılmağıma icazə verdilər ki, ev şəraitində müalicəni davam etdirim. Təbii ki, mən belə etmədim və edə bilməzdim. Oradan çıxan kimi silah yoldaşlarımın yanına getdim.
─ Müharibənin gedişində Topxana meşəsi ətrafında bir şəkliniz yayılmışdı. Deyilənə görə, Şuşaya hücum əmrini məhz orada telefon vasitəsilə almışdınız...
─ Şuşaya hücum əmrini Xüsusi Təyinatlı Qüvvələr komandanı Vətən Müharibəsi Qəhrəmanı cənab general-leytenant Hikmət Mirzəyevdən Çanaqçı yaşayış məntəqəsinin ətrafında olarkən aldıq. Tam təfərrüatı ilə tapşırığı aldıqdan sonra, əmrin icrası üçün fəaliyyətə başladıq. Əsas idarəetmə Topxana meşəsində, N yüksəkliyindəki mövqeyimizdən təşkil olunmuşdu və plana uyğun olaraq Xüsusi Təyinatlı Qüvvələrin Şuşaya hərəkəti, hücumun başlanması, davam etdirilməsi və Şuşa şəhərinin işğaldan azad olunması birbaşa oradan idarə olunub. Yəni ki, gördüyünüz o şəkillər doğrudur.
─ Xüsusi Təyinatlı Qüvvələrin Şuşaya daxil olması, orada göstərdiyi şücaət haqqında həmin dönəm mediada xəbərlər, reportajlar yayılmışdı. Bir sıra xarici media və xəbər saytları qeyd etmişdi ki, Şuşa sırf əlbəyaxa döyüş nəticəsində azad olunub. Şuşanın azad edilməsi, Şuşaya ilk daxil olduqda hiss etdikləriniz, yaşadığınız təəssüratları bölüşərdiniz...
─ İlk növbədə qeyd edim ki, Şuşanın azad olunması planı çox mükəmməl idi. Düşmən bizi başqa bir istiqamətdə gözlədiyi halda biz düşmənin ağlına gəlməyən bir istiqamətdən Şuşaya daxil olmağa çalışdıq. Bəli, dağları aşaraq, sıldırım qayalarla qalxaraq Qarabağımızın tacı olan Şuşa şəhərimizə daxil olduq. Yaranmış vəziyyət və şərait istər-istəməz məcbur edirdi ki, biz düşmənlə çox yaxın, birbaşa təmasda olarkən döyüşə girək. Çünki hava şəraiti elə idi ki, uzaq təmasdan təbii ki, nə biz onları, nə də onlar bizi görə bilərdi. Ona görə də o şərait bizə imkan verdi ki, düşmənlə yaxın təmasda və bəzi hallarda da əlbəyaxa döyüşə girək. Bunu Şuşa işğaldan azad olunduqdan, döyüşlər bitdikdən sonra orada müşahidə edilən səhnələrdən görmək mümkün idi. Şuşada və Şuşa ətrafında çoxlu sayda – 1000-dən artıq düşmən hərbçisi məhv edilmişdi. Şəhər uğrunda gedən döyüşün mənzərəsinə baxanda bilmək olurdu ki, orada düşmənlə çox yaxın məsafədə təmas və əlbəyaxa döyüş olub.
─ 30 illik həsrətdən sonra bu torpağa qədəm basan ilk azərbaycanlı olmaq necə bir hissdir?
─ Bu elə bir gözəl hissdir ki, bunu yaşamaq hər adama qismət olmur. Mən 1986-cı ildə Şuşada düşərgədə olmuşdum. Biz hamımız bilirik, Şuşa Qarabağın baş tacıdır, ora daxil olmaq, oranı düşməndən azad etmək bir tarixdir. Və oranı azad görmək hər bir Azərbaycan əsgəri üçün əvəz olunmaz hisslərdir. Biz, xüsusi təyinatlılar Şuşanın küçələrində bir-birimizi görəndə qucaqlaşır, görüşür, hətta sevincdən ağlayırdıq. O hissləri sözlə ifadə eləmək çox çətindir. Amma o qədər gözəl hisslər idi ki...
Cənab general fikrini tamamlayıb fəxarət dolu gülüşü ilə başını yellədi. Hiss olunurdu ki, gözlərinin önündə dediyi həmin epizodlar canlanır...
- ...Bu hislərin içində qürur, qalib Ordunun zabitinin məğrur duruşu, xalqın qarşısına üzü ağ, alnıaçıq baxmaq, cənab Müzəffər Ali Baş Komandanın verdiyi əmri, müqəddəs vəzifəni yerinə yetirən bir əsgər kimi qarşısında durub qürurla məruzə etmək vardır. Bu gözəl hisslərin təzahürü sözlə bitməz...
─ Deyilənlərə görə, ən qanlı döyüşlərin getdiyi yer məhz Füzuli və Ağdam istiqaməti olub. Səhv etmirəmsə, Siz də Füzuli istiqamətində döyüşlərdə olmusunuz. Tez-tez “keçilməz Ohanyan səddi”ndən danışılır. Həmin səddin yarılması, keçilməsi haqda danışardınız...
─ Həmin ərazidə, həqiqətən də, düşmənin “keçilməz Ohanyan səddi” dediyi mühəndis qurğuları var idi. Lakin zaman göstərdi ki, Vətən sevgisi ilə döyüşən Azərbaycan əsgərinin qarşısını heç bir sədd ala bilməz!
Ağdam və Füzulinin işğalına və işğal altında saxlanılmasına Ermənistan ordusu hələ Birinci Qarabağ döyüşlərində də çox böyük önəm vermişdi. Vətən müharibəsində də belə idi. Çünki düşmən yaxşı bilirdi ki, Şuşaya gedən ən qısa yol məhz Füzuli şəhərindən keçir. Bu baxımdan Füzuli rayonunun həm böyük rayon olması, həm də orada düşmən hərbi hissələrinin çoxluğu, düşmən qüvvələrinin sıxlığı bu istiqamətdə qanlı döyüşlərin olacağına, hər iki tərəfdən itkilərin də çox olacağına zəmin yaratmışdı. Füzulidə çox ağır döyüşlər getdi. Lakin düşmən bizdən qat-qat çox itkilər verdi. Çünki biz qərarlı idik, qalib gələcəyimizə əmin idik. Biz bilirdik ki, Şuşaya gedən yol məhz Füzulidən və Xocavəndin kəndlərindən keçir. Ona görə də Şuşaya gedən yolun üzərindəki Füzuli şəhəri mütləq şəkildə düşməndən tezliklə azad edilməli, oradakı düşmən qüvvələri geri çəkilməyə imkan tapmadan məhv edilməli idi. Təbii ki, bu qanlı döyüşlər zamanı itkilərin olması labüd idi.
─ “Ohanyan səddi” haqqında mediada müxtəlif məlumatlar tirajlanıb. Oranı təsəvvür etmək istəyərdik. Biz orada olmamışıq, lakin Siz o ərazilərdə baş verən döyüşlərin iştirakçısı olmusunuz deyə, bu barədə eşitmək bizim üçün maraqlı olardı. “Ohanyan səddi” deyiləndə nə nəzərdə tutulur? Orada nələr var idi?
─ Baxmayaraq ki, işğaldan azad olunan ərazilərdə artıq böyük infrastruktur quruculuğu işləri gedir, bu gün istənilən şəxs, hətta hərbçi olmayan bir adam da ora getsə, həmin səddi görüb, orada düşmən tərəfindən 28 il ərzində nə dərəcədə hazırlıq işlərinin görüldüyünü görə və dərk edə bilər. Sözün əsl mənasında, taktiki normativləri qat-qat aşan, bir neçə vallar, istehkam qurğuları qurulmuşdu. İstənilən texnikanın keçməsi, hətta piyadaların belə keçməsini çətinləşdirən çox böyük işlər görülmüşdü. Yəni düşmən ciddi hazırlaşmışdı. Döyüş mövqeləri, uzun müddətli atəş nöqtələri, dəmir-betonlar qurğular vasitəsilə möhkəmləndirilmişdi, vallar və tank əleyhinə xəndəklər hazırlanmışdı, partlayan və partlamayan maneələr qurulmuşdu, mühəndis-istehkam qurğuları gücləndirilmiş, hakim yüksəkliklərdə kamera sistemi qurulmuşdu. Təsəvvür edin ki, o sədlərin qorunması üçün düşmən çoxlu sayda tank əleyhinə vasitələr də yerləşdirmişdi. Bu da istər-istəməz həmin maneələrin keçilməsi, dəf edilməsi zamanı istifadə olunan texnikanın və şəxsi heyətin hərəkətini çox çətinləşdirirdi. Hücuma keçən qüvvələrin vurulmasını, qarşısının alınmasını asanlaşdırırdı. Bütün bunlara baxmayaraq, əzm, iradə, qərarlılıq, fədakarlıq, cəsarət sayəsində həmin “Ohanyan səddi” Azərbaycan əsgəri tərəfindən qısa zamanda darmadağın edildi və ərazilərimiz azadlığına qovuşdu.
─ 30 illik işğal dövründə ermənilər Ağdam, Füzuli və başqa işğal edilmiş Azərbaycan ərazilərini yerlə yeksan etdilər, quruculuq işləri əvəzinə orada “Ohanyan səddi” qurdular. İşğalçı yaxşı anlayırdı ki, vaxt gələcək azərbaycanlılar öz əzəli torpaqlarını mütləq azad edəcək və ora mütləq qayıdacaqlar...
─ Bildiyiniz kimi müharibənin ilk günlərindən tabeliyimdəki əsgərlərlə birgə o torpaqları qarış-qarış gəzib, addımlamışıq. Gördüyümüz mənzərə, müşahidələrimiz göstərir ki, işğal dövründə ermənilər Hadrut və Şuşada ən çox məskunlaşdığı üçün oranı dağıntılara məruz qoymayıblar. Amma qalan bütün böyük şəhər və kəndlərimizi yerlə yeksan ediblər, daş-daş üstə qoymayıblar. Uzun illər ərzində ermənilər işğal edilmiş torpaqları dağıdıb talan ediblər. Yaşayış məntəqələrimizin hamısı ermənilər tərəfindən xarabalığa çevrilmişdi. Siz doğru qeyd etdiniz ki, erməni işğalçıları yalnız söküb, dağıdıb, talan edib, istehkamlar qurmuşdular.
─ Müharibə zamanı şəxsi heyətin qidalanması necə təmin edilirdi? Məsələn, günlərlə pusquda duran hərbçilərin qidalanması...
─ Döyüş nizamnaməsində müharibə zamanı maddi-texniki təminatın çatdırılması məsələsi də əks olunub, bu da döyüşə hazırlıq prosesinin ayrılmaz bir hissəsidir. Təminatın vaxtlı-vaxtında çatdırılması döyüşün gedişatına və nəticələrinə təsir edə biləcək vacib bir amildir. Çətin relyefli ərazilərdə irəliləyən, hərəkət edən əsgərin qidası, silah-sursatı, bütün ehtiyat vasitələri vaxtlı-vaxtında çatdırılmalıdır. 44 günlük Vətən müharibəsi dövründə bu iş yüksək səviyyədə təşkil olunmuşdu. Bizim hərəkət istiqamətlərimizə texnikaların gedişi üçün imkan olmadığı üçün döyüşün aparılması üçün bütün lazımi vasitələr xüsusi təyinatlılar çiyinlərində daşıyıb, çatdırırdı. Eyni zamanda, yaralı və şəhidlərin təxliyəsi də xüsusi yaradılmış bölmələr tərəfindən təmin edilmişdi.
─ Siz həm də “Aprel döyüşləri”nin iştirakçısı olmusunuz. Ümumiyyətlə, “Аprel döyüşləri” müharibənin ilkin qığılcımları oldu. Şəxsi heyət “Aprel döyüşləri” ilə Vətən müharibəsi arasında keçən 4-5 il vaxt dönəmində mənəvi və döyüş hazırlığı cəhətdən necə püxtələşdi?
─ “Aprel döyüşləri”ni həmişə qürurla yad edirəm. Komandanlıq tərəfindən hərbi hissəmizə qoyulan bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetirilib. Biz illər boyu yorulmadan, usanmadan keçdiyimiz təlimlərin, məşğələlərin, dərslərin bəhrəsini gördük, əhəmiyyətini dərk etdik. İşğalçıların keçilməz hesab etdikləri “Ohanyan səddi” bizim qətiyyətimiz, iradəmiz qarşısında tab gətirmədi. “Aprel döyüşləri”ndə əldə etdiyimiz uğurlar özümüzə inamımızı artırdı, biz daha möhkəm, daha güclü olduq. “Aprel döyüşləri” də çox ağır və gərgin idi. Yaralanmağıma baxmayaraq, döyüş meydanını tərk etmədim, döyüş yoldaşlarım Vüqar Yusifov, Murad Mirzəyev, Raquf Orucov və bir çox hərbi qulluqçularımızla bir səngərdə döyüşdük. O səngərdəki döyüş yoldaşlarımın bir neçəsi şəhid oldu, mən isə sağ qaldım. Tam səmimiyyətlə deyə bilərəm ki, bu acı həqiqət məni sarsıtdı. Sonralar bir çox ağsaqqallarla söhbət zamanı təəssüflə qeyd etdim ki, mənə şəhidlik qismət olmadı. Onlar isə “Nə bilirsən, bəlkə, Allah-Təala səni gələcəkdə daha böyük sınaqlara çəkmək üçün qoruyub saxlayıb” dedilər. Bu sözlər təsəlli üçün deyilməmişdi, uzaqgörənlikdən irəli gəlirdi. Sən demə, irəlidə bizi daha böyük sınaq, daha böyük zəfər yolu gözləyirmiş...
─ “Aprel döyüşləri”ndə yaralanmağınızı qeyd etdiniz. O anı necə xatırlayırsınız?
─ Biz düşməndən azad edilmiş səngərdə yerləşmişdik. Növbəti hücum fəaliyyətinin idarəetməsini təşkil edirdik. Düşmənin qəfil atəşinə məruz qaldıq. Təsəvvür edin, səngərin içərisinə eyni anda düşmən tərəfindən tankdan və bütün atıcı silahlardan, artilleriyadan, minaatanlardan dəhşətli atəş açılırdı. Cəld, operativ tədbirlər görmək lazım idi, vəziyyətin təhlilinə vaxt yox idi. Həm də səngərdəki döyüş yoldaşlarımın yaralanmasını, şəhid olmasını gördüm. Dərhal komandanlığa məruzə etdim. Tapşırıq aldıqdan sonra tanklardan, artilleriya vasitələrindən istifadə etməklə düşmən istiqamətinə manevr etdik və qarşı tərəfin qüvvələrini məhv etdik.
─ Vətən müharibəsində döyüş yolunuz hansı məntəqədən başladı? Şuşaya qədər uzun, şərəfli yol...
─ Murovdağ silsiləsindəki Camışdağ zirvəsindən başladıq. Komandanlığın bütün tapşırıqları tam dəqiqliklə icra edilmişdir. Daha sonra Cəbrayılın ətraf kəndləri, Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Füzuli şəhəri, Füzuli, Xocalı, Xocavəndin kəndləri istiqamətində döyüşdük və zəfər yolumuzun son nöqtəsi, tacı Şuşa şəhəri oldu.
─ Bəs qoşunlar arasında əlaqə necə qurulmuşdu?
─ Qeyd etməliyəm ki, idarəetmənin döyüşlərdə, müharibə zamanı rolu, əhəmiyyəti danılmazdır. İdarəetmə mərkəzləşmiş qaydada həyata keçirildiyi üçün, qoşunlarımız əlaqəli şəkildə irəliləyirdi. Belə ki, dağlıq, meşəlik ərazilərdə rabitə vasitələri ilə bağlı yarana biləcək problemləri qabaqlayaraq, öncədən bütün zəruri tədbirləri görmüşdük. Əlaqə saxlamaq üçün xüsusi rabitə qurğuları saz vəziyyətdə idi, ehtiyat hissələri də nəzərə alınmışdı. Nəticə etibar ilə idarəetmədə heç bir problem yaşamadıq.
─ Döyüşlər gedən vaxtı KİV-də erməni işğalçılarının qaçıb tərk etdiyi əraziləri minalaması və suları zəhərləməsi barədə məlumatlar yayılırdı...
─ Bizim döyüş əməliyyatlarımız gözlənilməz, sürətli olduğu üçün düşmən təşvişə düşmüşdü. Amma üçtərəfli razılaşma əsasında işğalçıların tərk etdiyi ərazilərdə belə hallar baş vermişdi, yəni ermənilər torpaqlarımızı minalayıb tərk edirdilər. Lakin döyüşlər zamanı, bizim döyüş istiqamətlərdə onların belə təxribatlar törətməyə vaxtı və fürsəti olmadı.
─ Müharibə zamanı bir neçə dəfə atəşkəs rejimi elan edildi. Xarici işlər nazirləri səviyyəsində görüşlər keçirildi. Yəni proseslər döyüş meydanından diplomatik müstəviyə keçid aldı. Müharibə iştirakçıları, bizim döyüşçülər bu xəbərləri necə qarşıladılar?
─ Heç kimə sirr deyil ki, düşmən atəşkəs razılaşmasına ciddi əməl etmirdi, tez-tez mövqelərimiz və yaşayış məntəqələrimizi atəşə məruz qoyurdu. Əlbəttə ki, əsgər və zabitlər sona kimi irəliləmək, torpaqlarımızın işğalçılardan azad edilməsini arzu edirdi. Şükür Allaha ki, o da bizə qismət oldu.
Cənab generalın da razılığı ilə söhbətimizi ayaq üstə davam etdiririk.
─ Hazırda Siz birliyə rəhbərlik edirsiniz. Döyüş iştirakçısı, müharibədə şərəfli bir yol keçmiş generalın ordu birliyinə rəhbərlik etməsi ilə bağlı fikirləri də maraqlı olardı.
─ İlk növbədə qeyd etməliyəm ki, bu yüksək və məsuliyyətli vəzifəyə təyin olunmağım mənim üçün çox qürurvericidir. Təyin olunduğum ilk gündən döyüş hazırlığının, qoşun xidmətinin, nizam-intizamın daima yüksək səviyyədə saxlanılması məsələlərinə diqqət yetirir, Vətən müharibəsinin və xüsusi təyinatlıların təcrübəsindən bəhrələnirik. Birliyin yüksək döyüş hazırlığına nail olması, ən peşəkar səviyyədə fəaliyyət göstərməsi, cənab Ali Baş Komandanın əmrini hər an icra etməyə hazır olması və qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirməsi üçün əlimizdən gələni edirik.
─ Cənab general, Xüsusi Təyinatlı Qüvvələrdəki hərbi hazırlıqlar digər hərbi hissələrdə və qoşun növlərində hazırlıqdan nə ilə fərqlənir?
─ İlk növbədə onu deyə bilərəm ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən bütün hərbi qulluqçular ordudan xüsusi seçilirlər. İmtahandan uğurla keçənlər kursa cəlb olunur. Kurs kifayət qədər çətin və mürəkkəbdir. Kursu uğurla bitirən hərbi qulluqçular xüsusi hazırlığa cəlb olunurlar. Uzunmüddətli təlimlər bu döyüşçülərin professional döyüşçü kimi yetişməsinə xidmət edir. Təbii ki, bunun bəhrəsini biz müharibə zamanı gördük. Onlar həm fiziki hazırlıq, həm peşəkarlıq səviyyəsinə görə digərlərindən fərqlənirlər.
─ Bildiyimə görə, siz ixtisasca hüquqşünassız... Hüquqdan orduya, maraqlı yoldur, əslində.
─ Mən hüquq fakültəsində bu sahəyə marağım olduğu üçün, ikinci təhsil kimi oxumuşam. Uşaqlıqdan hüquqa maraq göstərirdim. Orta məktəbi 1992-ci ildə bitirdim. Artıq 1988-ci ildən Azərbaycanda məlum hadisələr baş vermişdi, ictimai-siyasi vəziyyət çox gərgin idi. O vaxt mən hərbçi olmaq qərarına gəldim. 1992-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə imtahan verdim. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən zaman hüquqşünas ixtisasına yiyələndim. Yəni hərbi xidmətdə olduğum müddətdə qiyabi təhsil almışam.
─ Azərbaycan zabiti üçün sülh anlayışı nədir?
─ Belə bir ifadə var: “Sülh arzulayırsansa, müharibəyə hazır ol”. Mən Azərbaycan Ordusunun generalı kimi, ancaq onu deyə bilərəm ki, Ordumuzun gücü, qüvvəsi daima yüksək olmalıdır, ayıq-sayıq olmalıyıq, arxayınlaşmamalıyıq.
Son 200 illik tariximizdə bizim belə bir möhtəşəm qələbəmiz olmamışdı. Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın ən böyük arzusu gerçəkləşdi. Əldə etdiyimiz qələbə cəmiyyətimizdə, xüsusən də gənc nəslin nümayəndələri arasında ruh yüksəkliyi yaratdı, Vətənə, doğma torpağa sevgini daha da artırdı. Xalqımızın qəhrəman övladlarının, Vətən yolunda canından-qanından keçənlərin şücaətini, igidliyini daima yüksək tutaraq, təbliğ etməliyik. Bu bizim şanlı tariximizdir.
Xəbərin oxunma sayı : 1594
Müsahibə
Xəbərlər
-
Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar
-
“Benfika“ya qarşı çəkinmədən oynayacağıq“ - Qurban Qurbanov
-
Prezident o evlə bağlı tapşırıq verdi - VİDEO
-
“İlon Mask “Tesla” səhmlərini 1 milyard dollara aldı” - “Bloomberg”
-
Keyfiyyətli təhsil ucuz başa gələ bilməz - NAZİR
-
Bakıda yenidənqurma işləri görüləcək yerlər hansı ərazilərdir? - VİDEO
-
Türk əsilli Sinan Selen gizli xidmətin rəhbəri oldu - Almaniyada tarixi ilk
-
“Qəzzada öldürülən fələstinlilərin sayı 680 min nəfərdir” - BMT dəhşətli rəqəm AÇIQLADI
-
Aeroportdan şəhər istiqamətinə yeni taksi qiymətləti - VİDEO
-
Boşanmaların səbəbi nədir və ya kimdir günahkar - AÇIQLAMA
-
Gələn ilin dövlət büdcəsi əsasən hara xərclənəcək? - VİDEO
-
Sabirabadda tükürpədən qətl: Söyüşə görə başını kəsib bədənindən ayırdı
-
1988-1992-ci illərdə ermənilərin cinayətlər ilə bağlı sənədlər tədqiq edilib - FOTOLAR
-
Azərbaycan futbolunda son 10 ilin rekordu təkrarlandı - 12:0
-
“Qızıl Ulduz 2001”də səyyar vergi yoxlaması - 400 min manat əlavə vergi, 200 min manat sanksiya
-
Milyarderlərin münaqişəsi: Mask Sorosu insanlığa qarşı cinayətdə ittiham etdi
-
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
-
Sel körpünü dağıtdı, əhali çarəsiz qaldı: “Uşaqları məktəbə necə göndərək?“ (VİDEO)
-
Bilik günü: 288 nömrəli məktəbdə “birinci“lərin duyğuları - VİDEO
-
“İsraillə danışıqlar aparmağın mənası yoxdur“ - Qətər Əmiri
-
Şuşada külli miqdarda silah-sursat aşkarlandı - Video
-
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
-
7 ay ərzində Azərbaycana 675 min smartfon gətirilib - Ölkələr və qiymətlər
-
Prezident Şuşada Bayraktaroğlunu qəbul etdi - Fotolar
-
Baş nazirdən sərəncam - Bakının bəzi əraziləri yenidən qurulacaq
-
19 milyon ayrılıb, amma... - Nərimanov Tibb Mərkəzində yenidənqurma niyə bitmir?
-
“Antiterror əməliyyatı hamıya dərs oldu“ - “Separatçıların kökünü kəsdik...“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Vüsal 300“ kimi tanınan iş adamı həbs edildi - Əlavə ittiham verilib
-
Prezident Şuşada ICESCO-nun Baş direktorunu qəbul etdi - FOTOLAR
-
AYNA rəhbəri ABŞ-da gizlənən İlqar Hacıyevin milyonluq villasını alır: dənizə mənzərə + FOTOLAR
-
Yerdə son üç ayın ən güclü maqnit qasırğası başlayıb - Xəbərdarlıq
-
Prezident Xocalı sakinləri ilə görüşdü - FOTOLAR
-
“Ermənistan milli təhlükəsizlik strategiyasını təkmilləşdirməlidir“ - Qriqoryan
-
Şirvanda korrupsiya yoxlaması - Həbslər ola bilər
-
26 yaşlı Ləman skuterlə adam vurub: “Məndən 15 min istədilər”
-
“NATO “de-fakto“ Rusiya ilə müharibə aparır“ - Kreml
-
Leysan yağış, dolu yağacaq - Sabahın havası
-
Avtomobillər üçün vergi güzəşti - Dövlət Proqramında nə yazılıb?
-
Bakıda məktəb direktoru məhkəməyə verildi - SƏBƏB
-
Məhbusların da tibbi xərcləri İTS ilə qarşılanacaq - Qanun dəyişir
-
“Rusiya PUA-larının Ukrayna üzərində vurulması NATO ilə müharibə demək olacaq“ - Medvedev
-
Azərbaycan Türkiyə hərbi əməkdaşlığı müzakirə olundu - FOTOLAR
-
Elxan Məmmədov nazir təyin olunacaq? - Maraqlı iddia yayıldı
-
Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub - 6 il 6 ay həbs cəzası
-
Avropanın Rusiyaya qarşı sanksiyaları yetərincə sərt deyil - Tramp
-
Prezident Xocalı sakinləri ilə görüşdü - Fotolar
-
Ədliyyə Nazirliyi bu şəxslərə pul verəcək - SİYAHI
-
Terrora cəhd edən erməni bir il əvvəl nə deyirdi? - Müsahibə veribmiş... + VİDEO
-
Bakıda bu yollarda “yaşıl işıq”dır - SİYAHI
-
Prezident İlham Əliyev Xocalıda tut bağında - FOTOLAR
-
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
-
Xırdalanda yerləşən 9 nömrəli məktəbdə valideynlərdən pul yığılır - VİDEO
-
Prezident Xocalının 3 kəndində oldu - FOTOLAR
-
İsrailin Fələstindəki hərəkətləri regional ekspansionizmə çevrilib - Fidan
-
Qohum evliliyi qadağasından sonra nikahların sayı azaldı - STATİSTİKA
-
Zelenski-Putin görüşü daha tez baş tutacaq - Tramp
-
Yol polisindən sürücülərə - Müraciət
-
Bakının erməni-bolşevik işğalından azad olunmasından 107 il ötür
-
Kəlbəcərə növbəti köç yola düşdü - Fotolar
-
Azərbaycanda Bilik Günüdür - 2,2 milyon şagird təhsil alacaq
-
“Formula-1“ə görə Bakıya nə qədər turist gələcək? - VİDEO
-
Yağış yenə Sabunçuda yenə çətin vəziyyət yaratdı... - VİDEO
-
“Özünə hörmət edən insan orada yaşamazdı” - Prezident
-
Mağaza sahibini torpaq mübahisəsinə görə öldürmüşdü - Ali Məhkəmə qərar verdi
-
Separatçılığın kitabı bağlandı - İlham Əliyev
-
Polşa hava məkanına girən PUA-larda partlayıcı olmayıb - Sikorski
-
Çoxmərtəbəli tikililərdə gizli qüsurlar: Mütəxəssislər xəbərdarlıq edir
-
“Son beş ilin tarixi Zəfər tarixidir“ - Prezident İlham Əliyev
-
Dohada ərəb və İslam ölkələrinin görüşü keçirilir - İsrailin hücumu ilə bağlı
-
Türkiyə XİN Yunanıstana etiraz edib - “Belə təşəbbüslərdən çəkinməyə çağırırıq“
-
Gəncədə 40 yaşlı kişi bıçaqlandı - Şübhəli qardaşıdır
-
Prezident Xankəndidə açılışda iştirak etdi - Fotolar
-
Azərbaycan kərə yağını hansı ölkələrdən və neçəyə alır? - Tam siyahı
-
20 min cərimələnən məşhur şirkətdən maraqlı izah:“500 manat hədiyyə vermişdik“
-
Prezident Xocalı rayonunun Şuşakənd kəndində olub - FOTOLAR
-
Erməni əsilli şəxs Xankəndidə terror cəhdi etdi - Polisə atəş açıb, yaralanan var
-
Prezident Qırmızı Bazar qəsəbəsində olub - FOTO
-
QHT-lərin medal “yarış“ları - Satılan saxtakarlıq
-
Azərbaycan 4 ölkəyə 1 200 baş ətlik diri at satıb - Siyahı
-
Prezident Xocavənd rayonunun Sos kəndində olub - Fotolar
-
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - VİDEO
-
Hadrutda inşa edilmiş məscidin açılışı oldu - Fotolar
-
Erkən nikahlar hansı faciələrə yol açır? - VİDEO
-
Musiqi məktəbərində təhsil haqqının 2 dəfə artırıldığı bildirilir - Narazılıq
-
İlham Əliyev Hadrut sakininin evində oldu - Fotolar
-
Qubada 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə vermək istədilər - Polis işə qarışdı
-
Prezident Qaraxanbəyli kəndinin təməlini qoydu - Fotolar
-
Azərbaycanda ən yüksək və ən aşağı əməkhaqqı bu sahələrdə verilir - Siyahı
-
Xəzər dənizi üzərində qorxulu təbiət hadisəsi baş verib - VİDEO
-
Ukrayna PUA texnologiyasında ABŞ-ı geridə qoyub - Kelloq
-
Bir sıra ərazilərə leysan, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
-
“Culfa“ gömrük postunda 63 kiloqram narkotik aşkarlandı - VİDEO
-
Avtomobil sevgimiz azalmır: Pozulan tarazlıq, artan tıxac
-
Zidan təyinatı ilə bağlı razılığa gəldi: Hansı komandanın baş məşqçisi olacaq?
-
Kirayə qaldığı evin sahibəsi ilə sevgili oldu, qadını bıçaqladı - Goranboyda cinayət
-
ABŞ-yə məxsus beş “F-35“ qırıcısı Puerto-Rikoya enib - “Reuters“
-
DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü - Fotolar
-
“Moskvada pul çoxdur, amma bəs etmir” - Putin
-
Vətəndaş da qazanmaq istəyir, şirkət də - ARAŞDIRMA
-
İş adamına qarşı 170 minlik dələduzluq: “Pulu vermək üçün “Lexus“u 50 minə satdım“
-
“NATO ölkələri Rusiya neftini almağı dayandırarsa, sanksiyalar tətbiq edəcəyəm” - Tramp
-
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq - Aparıcının çıxışına görə
-
Ürək xəstəliklərini cavanlaşdıran səbəblər - ARAŞDIRMA
-
MN-dən gənc əsgərlərlə görüşə məhdudiyyətlə bağlı - Açıqlama
-
Trampla Putin gələn ay görüşə bilər - Malayziyada
-
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
-
Bu kursları bitirənlər həkim ola bilməz - RƏSMİ
-
Pakistanda hərbi konvoya hücum: Çox sayda əsgər həlak olub
-
Ən çox ev telefonları hansı bölgədədir? - Araşdırma
-
ABŞ G7 ölkələrinə Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi təklif edəcək - “Bloomberg“
-
Yeniyetmənin öldüyü qəzada maşını azyaşlı idarə edirmiş - Yol polisindən xəbərdarlıq
-
Minimum nəticə göstərən musiqi müəllimləri işə bərpa oluna biləcəklər - VİDEO
-
Bakı və Vaşinqton Zəngəzur dəhlizinin açılmasında qərarlıdır - TƏHLİL
-
“Dr. Aysen” həkim sertifikatı olmadan stomatoloq kimi fəaliyyət göstərir - İDDİA
-
Tramp Memfis şəhərinə Milli Qvardiya göndərir - Cinayətkarlıqla mübarizə üçün
-
Kremlin “Yumşaq gücü“: Küləyə sovrulan milyonlar və Azərbaycanda uğursuzluq
-
“Barama“ bağçasında müəllimə uşağa şiddət göstərib? - VİDEO
-
Azyaşlı övladını öldürməkdə təqsirləndirilən ana saxlanıldı - VİDEO
-
İşığa görə bildiriş 6 aydan sonra gəlib - “İkiqat borc yazılıb“ VİDEO
TOP 10
ARXİV