“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişir - SİYAHI

Tarix 13.05.22, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir. "Report"un xəbərinə görə, bununla bağlı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, qanun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun 7.0-cı maddəsində və “Təhsil haqqında” qanunun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub.

Bundan əlavə, qanunun “Əsas anlayışlar” adlanan birinci maddəsinə “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində “pedaqoji işçi” termininin “müəllimlər” sözü ilə əvəz edilməsi təklif olunub.

Təklif edilən dəyişikliklə ümumi təhsil müəssisələrinin aşağıdakı növləri olacaq:

- inteqrasiya təlimli ümumtəhsil məktəbi;

- Xüsusi ümumtəhsil məktəbi;

- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;

- internat tipli lisey;

- internat tipli gimnaziya;

- İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;

- İnternat tipli xüsusi ümumtəhsil məktəbi;

- İnternat tipli sanator ümumtəhsil məktəbi;

- Digər məktəblər.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.



Xəbərin oxunma sayı : 607




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap