Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi - FOTOLAR

Tarix 15.05.26, 11:51

Font ölçüsü : - / +
bitmap-img6


“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “AzInTelecom” MMC-nin birgə həyata keçirdiyi yeni layihə ilə sərnişindaşımada daha rahat, sürətli və innovativ xidmətlərin tətbiqi istiqamətində növbəti rəqəmsal mərhələyə başlanılıb.

AzFakt.com xəbər verir ki, 15 maydan etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında “SİMA Pay” - üztanıma ilə ödəniş sistemi tətbiq olunub.
Üztanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür.
Növbəti mərhələdə həm Abşeron dairəvi marşrutu boyunca bütün stansiya və dayanacaqlarda, həm də ölkə üzrə dəmir yolu şəbəkəsində bu müasir xidmətin göstərilməsi planlaşdırılır.

Bu innovativ addım sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan turniketlərdən sürətli və daha rahat keçid imkanı verir, səyahətin başladığı ilk saniyədən texnoloji rahatlığı hiss etdirir. Sərnişinlər “ADY Mobile” mobil tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər.

Dünyanın qabaqcıl ölkələrinin “Face Pay” təcrübəsinin Azərbaycanda “SİMA Pay” rəqəmsal ekosistemi və “ADY Mobile”ın virtual kartının inteqrasiyası yolu ilə tətbiqi dəmir yollarında sərnişindaşımanın təhlükəsizliyini daha da yüksəldəcək, biometrik ödənişlər riskləri minimuma endirəcək, həmçinin kartın itirilməsi və ya balansın bitməsi kimi qayğıları aradan qaldıracaq.
Qeyd olunub ki, son illərdə ADY sərnişin məmnuniyyətini təkcə yeni qatarlar və istiqamətlərlə deyil, həm də gündəlik həyatı asanlaşdıran rəqəmsal həllərlə təmin edir. Xüsusilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə son üç ildə həyata keçirilən yeniliklər sayəsində sərnişindaşıma xidməti tamamilə yeni mərhələyə keçib. Artıq kassalarda növbədə dayanmaq və fiziki bilet alışına ehtiyac yoxdur. Sərnişinlər vaxt itirmədən ödənişlərini bank kartları, NFC və “ADY Mobile” tətbiqi vasitəsilə həyata keçirirlər.
Statistik nəticələr də göstərir ki, dəmir yollarının rəqəmsallaşması istiqamətində son illərdə həyata keçirilən yenilikləri sərnişinlər müsbət qarşılayır və rahat mənimsəyirlər. Belə ki, 2023-cü ildə istifadəyə verilən “ADY Mobile” istifadəçilərinin sayı artıq 400 mini ötüb. Qatarla bölgələrə səfər edən sərnişinlərin təxminən 80 faizi biletlərini onlayn şəkildə əldə edir. Eyni zamanda, 2024-cü ildən ölkədaxili marşrutlar üzrə səyahət üçün qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin yalnız fiziki formada təqdim edilməsi tələbi aradan qaldırılıb, “My.gov.az” portalından şəxsiyyəti təsdiq edən məlumatları QR kod şəklində təqdim etmək kifayətdir. Bundan başqa, sərnişinlər səyahət boyu həm işgüzar fəaliyyət, həm də asudə vaxtın səmərəli keçirilməsi üçün qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsinə qoşula bilərlər.






Xəbərin oxunma sayı : 331




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap