Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Nazirlik Rasim Rzayevdən ofis icarəyə götürüb - 365 min manata

Tarix 15.05.26, 13:08

Font ölçüsü : - / +
bitmap-img6


Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” MMC Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin davamlı fəaliyyəti üçün ofis sahəsi icarəyə götürüb.

Yeniavaz.com xəbər verir ki, MMC ofis icarəyə götürmək üçün tender müsabiqəsi keçirməyib.

Ofisin icarəyə götürülməsi məqsədilə bir mənbədən satınalma metodu əsasında fiziki şəxs Rasim Səlim oğlu Rzayev (VÖEN – 1403312202) ilə müqavilə imzalanıb. Müqavilənin 13 may 2025-ci il tarixindən 30 dekabr 2026-cı il tarixinə kimi qüvvədə olacağı qeyd olunub. Bağlanmış müqavilənin ümumi dəyəri isə 365 min 146 manat 8 qəpik təşkil edib.

Qeyd edək ki, icarəyə götürülən ofisin hansı ünvanda yerləşdiyi və sahəsinin nə qədər olduğu barədə məlumat açıqlanmayıb.

Məlumat üçün bildirək ki, nazirliyə ofis sahəsi icarəyə verən Rasim Səlim oğlu Rzayev daha əvvəl də müxtəlif dövlət qurumlarına qeyri-yaşayış sahələri icarəyə verib.

Mədəniyyət Nazirliyi 2024-cü ildə Bakı şəhəri, Xətai rayonu, Yermoyenko küçəsi, 73 ünvanında yerləşən məkandan 8 ay müddətinə istifadə etmək üçün Rasim Rzayevə 827 min 201 manat, 2025-ci ildə isə eyni ünvanda yerləşən ofisi icarəyə götürmək üçün 725 min manat ödəyib.

Onu da bildirək ki, Bakı şəhəri, Xətai rayonu, Yermoyenko küçəsi, 73 ünvanında “Simurq Plaza” adlı biznes mərkəzi yerləşir. Açıq mənbələrdə yer alan məlumatlardan belə görünür ki, “AzerGold” QSC, “Daşkəsən Dəmir Filizi” MMC kimi qurumlar da bu ünvanda yerləşir.
Açıqlanan rəsmi məlumatlara görə, hazırda (15.05.2026) dövlət büdcəsinə 7 min 324 manat 49 qəpik vergi borcu olan Rasim Rzayev barəsində açıq mənbələrdə geniş məlumat mövcud deyil.



Xəbərin oxunma sayı : 334




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap