| |
|
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir?
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
“Magna Trans“ MMC: vergidən yayınmanın, hüquqi nihilzmin ünvanı
Tarix 28.06.22, 9:45 |
|
Azərbaycanda son illər iqtisadi sahədə şəffaflığın artırılması istiqamətində ciddi islahatlar aparılmaqdadır. Dövlət başçısının hökumət qarşısında qoyduğu əsas məqsədlərdən biri iqtisadi reformaların sürətlə həyata keçirilməsi, bu sahədə fəaliyyət göstərən iş adamlarına əlverişli şəraitin yaradılması və büdcə daxilolmalarının artırılmasıdır.
Bu sahədə mühüm işlər görülsə də, hələ də neqativ hallar qalmaqda davam edir. Belə ki, bəzi özəl sektorlarda hələ də büdcədən yayınma, qeyri- şəffaflıq, ciddi qanunsuzluqlar hökm sürməkdədir. Əlbəttə ki, qanunların aliliyinə tabe olmayan, qazandığı pullara rəğmən dövlətə cüzi miqdarda vergi ödəyən təşkilatlar reallıqda böyük vəzifələrdə çalışan, geniş əlaqələrə malik məmurlara və yaxud da onların yaxınlarına aiddir.
Bu cür qalmaqallı təşkilatlardan biri də uzun illər Azərbaycanın Baş Prokuroru vəzifəsində çalışmış Zakir Qaralovun kölgəsinə sığınaraq, "AKKORD” şirkətinə uzun illər rəhbərlik etmiş Bürhan Həmidov adlı şəxsin həmtəsisçisi olduğu "MAGNA TRANS” MMC-dir.
Sərnişindaşıma sahəsində fəaliyyətə başlayan "MAGNA TRANS” MMC 2010-cu ildə 3 nəfər şəxsin həmtəsisçiliyi və səhmdarlığı ilə yaradılıb. Şirkətin həmtəsisçiləri: Əfqanıstan Müharibəsi veteranı, Qarabağ Müharibəsi iştirakçısı, III qrup müharibə əlili, qazi Ağasəf İslam oğlu İsmayılov və yeznə-qayın qohumları olan Bürhan Əhməd oğlu Həmidovla Namıq Gülosman oğlu Hacıyev olub.
"MAGNA TRANS” MMC 79 ədəd müxtəlif markalı avtobuslarla 113, 208, 209, 213 saylı şəhərdaxili marşrutlarla Bakı şəhərində, həmçinin iritutumlu reys avtobusları ilə Bakı - Lənkəran - Bakı və Bakı Astara - Bakı rayonlararası marşrut xətləri ilə, gündəlik sərnişindaşıma həyata keçirməklə məşğul olub.
Yeznə-qayın həmtəsisçilərin "planı"

Şirkətin fəaliyyəti tam nizama düşəndən sonra, yeznə-qayın olan həmtəsisçilərdən Bürhan Həmidov "krışa"sından istifadə edərək, "MAGNA TRANS” MMC-nin əsas təşkilatçısı olan Ağasəf İsmayılovdan "qopmaq”, yəni onu MMC-nin həmtəsisçiliyindən uzaqlaşdırmaq, daha doğru desək, əmlakını əlindən çıxarmaq planı hazırlayır.
Belə ki, Ağasəf İsmayılovun ona olan etibarından istifadə etməklə MMC-nin direktor vəzifəsinə "öz adamı" olan və həmin vaxtda "Akkord" şirkətində şöbə rəisi vəzifəsini tutan Ağayev Mirzahid Mirsahib oğlunu təyin edir. Əslində isə, sonradan özünün yazılı olaraq etiraf etdiyi kimi "işlədiyi 10 il müddətində 1 manat əməkhaqqı almayan" Mirzahid Ağayev direktor vəzifəsini formal tutub.
Bürhan Həmidov MMC-nin "altından girib-üstündən çıxıb", yəni "Magna Trans" MMC-ni tam müflisləşdirib - 79 ədəd sərnişin daşıyan avtobusların yarıdan çoxunu sənədləri saxtalaşdırma yolu ilə satıb pulunu da "həzmi-rabe"dən keçirib, yerdə qalanları da söhüb talayıblar.
113, 208,209, 213 saylı şəhərdaxili marşrutları da Bürhan Həmidov oğlunun adına yaratdığı "Transkontrol" MMC-yə ötürüb. Bürhan Həmidovun bu əməlləri Ağasəf İsmayılova məlum olanda, ondan hesabat tələb etmək üçün axtaranda, Bürhan Həmidov "atlı olub", Ağasəf İsmayılov isə "piyada".
Eyni vaxtda "Akkord" ASC-nin də icraçı direktoru olan Bürhan Həmidov mühafizəçilərinin müşaiyəti ilə bahalı avtomobillərlə hərəkət etdiyindən ona yaxın düşmək olmayıb ki, olmayıb. Hətta, iddialara görə "Akkord" ASC şirkəti yerləşən küçəyə Bürhan Həmidovun avtomobil karvanı daxil olanda əks istiqamətdən gələn hərəkəti saxlayırmışlar. Beləliklə, şəriki Ağasəf İsmayılovun telefon zənglərinə, sms yazışmalarına, poçt vasitəsilə rəsmi müraciətlərinə cavab verməyən, sözün əsl mənasında gizlənən Bürhan Həmidovun "ağ yelkənli gəmisi daşa çırpılır" və ocağı sönmüş "Akkord"da onun fironluğu sona çatır.
"10 il müddətində 1 manat almayan" direktorun təsisçilərə ərizəsi

Digər həmtəsisçiləri Bürhan Həmidovla Namiq Hacıyevin və direktor Mirzahid Ağayevin onunla üz-üzə gəlməkdən hər bir cəhdlə yayındıqlarına görə, hər üçünün hesabat verməkdən açıq-aşkar imtina etdiklərinə görə Ağasəf İsmayılov üz tutur hüquq-mühafizə orqanlarına. Və onların hər üçünün üzərinə məhkəmə qaydasında hesabat vermək öhdəliyi qoyulur. Bax burada sözün əsl mənasında "Kərəmi ağlamaq tutur".
Ağasəf İsmayılovun qanunun aliliyindən və gücündən istifadə edərək atdığı "kəməndin" onları "sıxıb-boğmaq" məqamının yetişdiyini hiss etdikləri və özlərinin qazdıqları "quyudan" çıxmaq üçün yollar axtarırlar. Hələ bir il öncə ondan hesabat verməyi yazılı olaraq tələb edən Ağasəf İsmayılova və digər təsisçilərə direktor Mirzahid Ağayev ərizə ilə müraciət edərək işdən azad olunmağını xahiş edir. Direktor təsisçilərə ünvanladığı bu məktubunda işlədiyi müddətdə bir manat da olsun əməkhaqqı almadığını yazır.
İki təsisçiylə direktorun "müdafiə xətti"

Müəssisəni müflisləşdirməkdə "sağ əli" direktor Mirzahid Ağayev olan Bürhan Həmidov özünün ətrafında toplayıb başçılıq etdiyi və MMC-yə heç bir aidiyyatı olmayan dəstə üzvləri bu qanunazidd əməllərini elə bu günlərdə də davam etdirirlər. Bürhan Həmidovun illər ərzində MMC-nin əmlakını talamasını, milyonlarla manat məbləğdə pulları hesabatdan gizlətmə yolu ilə mənimsəməsinin Ağasəf İsmayılov tərəfindən araşdırılmasına başlayanda, cavab verməyin vaxtı çatdığını duyan həmtəsisçilər Bürhan Həmidovla Namiq Hacıyev ərizə ilə MMC-də olan paylarının satmaqları ilə bağlı müraciət edirlər.
Ağasəf İsmayılov da həmin payları almağa razı olduğunu bildirir. Lakin MMC-də satmağa avtobus, digər avadanlıq olmadığı üçün Bürhan Həmidov "öz dəstəsini" "sudan quru çıxarmaq üçün" özünü, direktor Mirzahid Ağayevi, direktor müavini Ramil Xəlilovu müdafiə etmək üçün vəkil Bəşir Camalovu işə cəlb edir. (Bu vəkilin istifadə etmiş olduğu "müdafiə üsulu" ilə bir qədər sonra ətraflı açıqlama veriləcək).
Təsisçi Ağasəf İsmayılovun direktordan tələbi nədir?

Dədə-babadan görmüşük ki, işdən çıxan şəxs sadəcə olaraq "ayağında olan mal-mülkü" təhvil verir, "təmizlik kağızı" alıb, halallaşıb gedir. Sual yaranır ki, axı görəsən bu həmtəsisçilər, Bürhan Həmidovla Namiq Hacıyevdən və direktor Mirzahid Ağayevdən ibarət olan üçlüyü nə yaxud kim belə arxayın salıb ki, onlar həmtəsisçi Ağasəf İsmayılovun qanuni tələbinə dirəniş göstərirlər və güman edirlər ki, heç bir halda cavabdehlik daşımayacaqlar. Oxşar işlərə dair çox misallar gətirmək olar. Lakin yaxın keçmişə nəzər salsaq, vaxtı ilə "at oynadan", "babam mənə kor deyib, gəlib-gedəni vur deyib", yaxud da "burda mənəm, Bağdadda kor xəlifə" havasına oynayanların hamısının vaxtı gəldikcə, cabahdehliyi necə daşıdıqlarının hamımız şahidiyik. Bələd olanlar bilirlər ki, qanunun aliliyi və gücü "dəvəni də iynənin deşiyindən keçirir"
Məhkəmə qərarı "heçə", hüquqa bir "qoz" deyənlər

"MAGNA TRANS MMC-nin həmtəsisçisi və səhmdarı Ağasəf İsmayılov qarşılaşdığı qanunsuzluqla bağlı Abşeron rayon Məhkəməsinə "məlumatların verilməsinin və iştirakçıların ümumi yığıncağında iştirakını təmin edilməsi vəzifəsinin həvalə edilməsi" tələbi ilə bağlı müraciət edib.
"MAGNA TRANS" MMC-nin direktoru və qanuni təmsilçisi Ağayev Mirzahid Mirsahib oğlu, MMC-nin digər həmtəsisçiləri Hacıyev Namiq Gülosman oğlu və Həmidov Bürhan Əhməd oğlunun cavabdeh qismində tanındığı Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qəqətnamədə deyilir: ""MAGNA TRANS MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı İsmayılov Ağasəf İslam oğluna verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsi cavabdehlər "MAGNA TRANS MMC-nin direktoru (qanuni təmsilçi) Ağayev Mirzahid Mirsahib oğlunun, "MAGNA TRANS MMC-nin iştirakçısı Həmidov Bürhan Əhməd oğlunun və "MAGNA TRANS MMC-nin iştirakçısı Hacıyev Namiq Gülosman oğlunun üzərinə qoyulsun".
Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin nəzərinə çatdırırq ki, aidiyyəti icra qurumları məhkəmənin bu qətnaməsinin icrası üçün hələ ki, barmaqlarını belə tərpətməmişlər.
Bir sıra hüquq-mühafizə qurumlarının, digər aidiyyəti vəzifə sahiblərinin qaldırılmış məsələ ilə bağlı biganəliyi, yaxud məsuliyyətsizliyi, hətta məmur özbaşınalığı barədə növbəti açıqlamalarda məlumat veriləcək.
Sonda isə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin sözlərini bir daha xatırlatmağı özümüzə borc bilirik: "Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”.
Mənbə:Sivil
Xəbərin oxunma sayı : 859
Sosial
Xəbərlər
-
Akvakulturanın inkişafı üçün yeni addım: Köhnə balıqçılıq təsərrüfatları dirçələcək?
-
“Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq“ - Polşa XİN rəhbəri
-
Ət bazarında böhran dərinləşir: Bahalaşma nə qədər davam edəcək?
-
Metro sərnişinlərinin sayı azalıb, avtomobil istifadəçilərinin sayı artıb - 10 ayın statistikası
-
“Avropa müharibə astanasındadır” - Viktor Orban
-
Bərdədə əməliyyat: Xadiməni əxlaqsızlığa cəlb edən sahibkar tutuldu
-
“Məqsədimiz Bakıda qələbə qazanmaqdır“ - Didye Deşam
-
Abituriyentlərin nəzərinə: Bəzi ixtisaslarda keçid balı arta bilər
-
İlham Əliyev “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təqdimat mərasimində - Fotolar
-
Masallıda kənd adının dəyişdirilməsi qalmaqala səbəb oldu - Rəsmi açıqlama
-
Hər qurtumda bir hekayə: Dünya Türk Qəhvəsi günü - Fotolar
-
Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Fotolar
-
“ABŞ hələ qadın prezidentin idarəçiliyinə hazır deyil“ - Mişel Obama
-
Quzu ətinin qiyməti 30 manatı keçdi - Daha da bahalaşacaq?
-
1 milyona ev, 440 minə cip alan rektor Fuad Hacıyev - Bir xanımdan 4 min manatlıq gül aldı
-
Azərbaycanda 7,5 milyon manata “Bugatti“ satılır - FOTO
-
Borclu kimi axtarışda olan 208 nəfər saxlanılıb - DİN
-
“Türkiyə Şimali Kipri heç vaxt tək qoymayacaq“ - Ərdoğan
-
Sabiq deputatdan Emin Əmrullayevə ağır ittihamlar: Təhsil İnstitutunda korrupsiya bataqlığı…
-
Dələduzların onlayn kart alveri: Sahibi cinayət məsuliyyəti daşıyır?
-
Məhkumları robotlar izləyəcək - Maskdan yeni layihə
-
Verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək? - Açıqlama
-
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu - FOTO
-
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
-
Hindistan bu helikopterləri ala bilmədi - Türkiyə icazə vermədi
-
İlham Əliyev Özbəkistanda səfərdədir - FOTOLAR
-
Sevgilisinin kartından yemək sifariş etdi, məhkəməlik oldu
-
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq - VİDEO
-
Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Fələstinə humanitar yardım göstərməyə davam edəcəyik - İlham Əliyev
-
ABŞ “Lukoyl” şirkətinə möhlət verdi - Bu tarixədək
-
“Baxmırlar haqlısan, ya yox, işdən çıxarırlar“ - “Bolt“ şirkəti kuryeri niyə cəzalandırdı?
-
Ermənistanda 10 yeni məscid tikiləcək - Ərdoğan sayəsində
-
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
-
Bakıda ana azyaşlı qızına işgəncə verdi - TƏFƏRRÜAT
-
Paytaxtda nəzarətsiz qalan yol: Keçənlər təngə gəlirlər
-
Sosial şəbəkələrdə qadınları şantaj edənləri hansı cəza gözləyir? - VİDEO
-
“Bu ölkə ilə bağlı qərar qəbul etmişəm” - Tramp
-
Vatsap bu telefonlarda işləməyəcək - SİYAHI
-
Zəngilan və Ağdamın kəndlərinə növbəti köç - FOTOLAR
-
Müdafiə Nazirliyinin manqa komandiri dələduzluğa məruz qalıb - TƏFƏRRÜAT
-
Azərbaycandan keçməklə Avropaya aparılan 90 milyonluq heroin aşkarlandı - Fotolar
-
Gözəllik salonlarında lisenziyasız işləyən lazer epilyasiyası xidmətləri: Problem həllini tapmayıb
-
Yasamalda obyekt tikmək məqsədilə yaşı bir əsr olan binanın zirzəmisi qazılıb - VİDEO
-
Baş İdarə əməliyyat keçirib - Saxlanılanlar var
-
Son günlər uşaqlar arasında yayılan yeni xəstəlik nədir? - VİDEO
-
Elçin Rzayevin sözünə “qulaq asan“ yoxdur - Deputat kəndlinin örüş yerini “azad edəcəkmi?“
-
Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub - VİDEO
-
Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirilib...
-
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
-
Türkiyə şəhidlərini torpağa tapşırdı... - FOTOLAR
-
“Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayacaq“ - Merts
-
Deputatlar 3 gün ardıcıl iclas keçirəcək, 8 məsələ müzakirəyə çıxarılacaq - SİYAHI
-
Yusif Baqiyev qumarxana şəbəkəsi yaradaraq 171 milyondan çox qazanıb - RƏSMİ
-
Kiçik məktəblilər “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir təşkil edib - FOTO
-
Saleh Məmmədovun idarə rəisi hansı imtiyazlar əldə edərək “Lexus” alıb? - FOTO
-
Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
-
9990 və 7770 nömrələrindən gələn zənglər... - DİN araşdırmaya başlayıb
-
Ayda adambaşına 633 manat gəlirimiz olub - Statistika Komitəsi
-
Putin TŞ-nin müşavirəsini keçirib - Lavrov müşavirəyə qatılmayıb
-
Kriştianu Ronaldu dünya çempionatının oyunlarını buraxa bilər - SƏBƏB
-
Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub - STATİSTİKA
-
Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - Fotolar
-
“Şərurlu İsfəndiyar“ məhkəmədə: “Yaşımla əlaqədar hiddətlənib bir-iki cümlə demişəm“
-
DİN və AQTA-dan birgə əməliyyat: 2 ton yararsız ət aşkarlandı - Video
-
Nazir Biləsuvarda vətəndaşları qəbul etdi - Fotolar
-
Zelenski İlham Əliyevə zəng edib - Səfirliyimizə edilən hücum barədə danışıblar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Prezident daha bir fərman imzaladı - AYNA ilə bağlı
-
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı
-
“Bakı Metropoliteni“ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
-
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
-
“Azərsilah”ın zavodunda istehsalat qəzası olub - Ölən var
-
“Məlhəm” Hospitalının həkimi Günel Qəmbərova pasiyentləri belə müayinə edir? - VİDEO
-
Novorossiyskdən neft nəqli dayandırıldı - Rusiya Qara dənizdən neft ixrac edə bilmir
-
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Türkiyədə cinayətkarlara qarşı əməliyyat - Azərbaycan polisi də məlumatlandırılıb
-
“Xameneiyə hücum rejimi içəridən çökdürə bilər” - Pezeşkian
-
Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar
-
Azərbaycanda orta aylıq əməkhaqqı 10 %-ə yaxın artıb - Rəsmi
-
Sabirabadda qadın qətlə yetirilib - Qardaşı tutulub
-
Mətanət İsgəndərli əməliyyatla belə dəyişdi - FOTOLAR
-
Aqrar sahədə gözləntilər reallaşmır - Büdcə xərcləri artır, amma məhsuldarlıq azalır
-
Şənbə günü bəzi rayonlara leysan yağacaq - PROQNOZ
-
Prezident Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - FOTOLAR
-
“Tramp marşrutu”nun icarəsi ilə bağlı iki ssenarini müzakirə edirik” - Paşinyan
-
Bazarda satılan dana əti basdırmasında at DNT-si aşkarlandı - Fotolar
-
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılır - AÇIQLAMA
-
Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
-
Bakı metrosu İstanbul metrosundan məsləhət alır - 586 min manata
-
Kənd təsərrüfatında hədəflərə nail olunmayacaq - Hesablama Palatası
-
Saxta çaylar bazarı bürüyüb - Əsl çayı necə ayırd edək?
-
“Yolu keçərkən qulaqcıqlardan istifadə diqqəti yayındırır” - DYP
-
Bakıda müğənni restoranda sevgilisini döydü - Məhkəməlik oldu
-
Pentaqon Venesualaya qarşı hərbi əməliyyatlara hazırlaşır - KİV
-
5 hakimi təhqir edən şəxs həbs edildi - 10 min təzminat alacaqlar
-
“Üç övladım dərsə getmir, uşaqlarımın haqqını tələb edirəm“ - Kürdəmirdəki məktəbdə nə baş verib?
-
Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
-
DÇ-2026-nın seçmə mərhələsi: Portuqaliya uduzdu, Fransa İngiltərə qalib gəldi
-
İcra başçısı sakinləri məhkəməyə verdi - Kim haqlıdır?
-
Noyabrın 14-ü Beynəlxalq Loqoped Günüdür
-
Yerlərdə insanları narahat edən məsələlər öz həllini tapmalıdır
-
Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır
-
Amerikalı reperin həbsxanadan ilk fotosu yayıldı: Tanınmaz hala düşüb
-
Makrondan xəbərdarlıq: “Tezliklə kosmik müharibələr başlayacaq“
-
Sevinc Osmanqızı da Baş Prokurorluğa çağırıldı - VİDEO
-
DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan İslandiyaya məğlub oldu
-
Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğradı - Xorvatiyada
-
“Hökumət və parlament inflyasiyanın əsas səbəbkarıdır“ - Pezeşkian
-
Arayikə ömürlük cəza istənildi - Digərlərinə isə... + MƏHKƏMƏ
-
“Deyirdi “əlindən güclə qaçdım” - 9 ildir axtarılan qızın anası
-
TƏBİB-də yoxlama olacaq: Qurum 1,8 milyonluq kənar audit xidməti alır
-
“Saathesabı, yarımştat kimi yox, müəllim tamamilə daimi ştatda olacaq“ - Nazir
-
ABŞ iki Ukrayna şirkətinə sanksiya tətbiq etdi - İrana yardım etdiyinə görə...
-
Horadiz-Ağbənd dəmiryol xəttində layihələndirilmə 85 faiz tamamlanıb - VİDEO
-
Məktəbdə zorakılıq iddiası: “Kəməri çıxarıb bizi bağladı, dərsdən sonra açıb buraxdı“
-
Bakıda eston qızın çantası oğurlandı - “Yellov bag“ dedi, oğru tutuldu
-
Türkiyədə mərc qalmaqalı - 100-dən çox futbolçu cəzalandırıldı
-
“Ermənistan sülhün nə olduğunu bilmir“ - Nikol Paşinyan
-
Şəffaflıq idarəçilik modelinin əsas prioritetidir
TOP 10
ARXİV





