| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Eldar Əzizovun milyonlar ayırdığı MMC-lərin görünməyən tərəfləri
Tarix 29.06.22, 15:24 |
|
Bakı şəhər İcra Hakimiyyətinə tabeli qurumların, “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rayon idarələrinin ərazilərindəki əsaslı tikinti və təmir məsələlərinə hər il dövlət büdcəsindən milyonlarla manat dövlət vəsaitinin ayrıldığ heç kimə sirr deyil. Sirr olan bu vəsaitlərin səmərəlli xərclənib, xərclənməməsidir. Dövrü mətbuatda Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli rayon idarələrinin keçirdikləri şübhəli tenderlərlə bağlı çoxsaylı məlumatlara rast gəlinir. Elə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü ilə Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarət üçün hələ 2019-cu ilin fevralında yaradılmış “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı bu mənada az hallanmır.
Aktualinfo.org “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin Eldar Əzizovun təbirincə desək Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunması ətrafında apardığı araşdırmanı diqqətinizə çatdırır.
“Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri ərazisində həyətlərdə, səkilərdə, park və xiyabanlarda, təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderdə “KASPİAN AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və 26 459 081.61 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını bildirən məlumatlar dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə 01.06.2022-ci il tarixdə açıqlanıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KASPİAN AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.09.2005-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, İLHAM HACIYEV (RƏSULZADƏ QƏS.), ev 75, qanuni təmsilçisi kimi isə Əliyev Namiq Adil oğlu qeyd olunub.
Açıq mənbələrdə “KASPİAN AZ” MMC-nin barəsində heç bir məlumat yoxdu. Maraq üçün MMC-nin hüquqi ünvan kimi göstərdiyi M.Rəsulzadə qəsəbəsində axtarış da etdik. Sakinlərin sözlərinə görə “İlham Hacıyev küçəsi o qədər qarışıqdır ki, heç özümüz də baş aça bilmirik. Küçənin 1-ci, 2-ci, 3-cü döngələri var. Hər döngənin də A və B küçələri var. Bu küçələrin də haradan başlayıb, harada bitdiyini çox adam bilmir”. Hardasa 5 saat axtarmağımıza baxmayaraq biz Rəsulzadə qəsəbəsində İlham Hacıyev ev 75 ünvanın tapa bilmədik. Buradan küçədə yaşayan sakinlərə, qəsəbənin İcra nümayəndəliyinə, Bələdiyyəsinə bir daha səslənirik ki, İlham Hacıyev ev 75 ünvanında tapmaqda bizə köməklik göstərsinlər.
Qeyd edək ki, artıq 17 ildir ki, dövlət qeydiyyatına alınmasına baxmayaraq MMC yalnız Dövlət Miqrasiya Xidmətinin soyutma və istilik sistemlərinə xidmətin satınalınması üzrə keçirdiyi bir kotirovka sorğusunun qalibi olub və 15 537.06 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı ictimaiyyətə 02.06.2022-ci ildə açıqlanıb. Birdən-birə 26 milyon, sonra da 15 min. Maraqlıdır deyilmi?
“Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmirinin satınalınması üzrə keçirdiyi açıq tenderdə isə “TRİLLİANT ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib olub. Bakı şəhər İcra hakimiyyətinə tabeli qurum MMC ilə 34 335 999.98 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 10.05.2022-ci il tarixdə açıqlayıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TRİLLİANT ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.11.2016-cı il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, QƏZƏNFƏR ƏLİZADƏ, ev 4, m. 3, qanuni təmsilçisi kimi isə İsgəndərov Aydın Rəsul oğlu qeyd olunub.
Açıq mənbələrdə “TRİLLİANT ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində də heç bir məlumat yoxdu. Şəhərsalma və Arxitektura komitəsinin məlumatlarında “Trilliant Engineering” MMC 2020-ci ildə Əliyev Soltan Əlibala oğlunun sifarişi əsasında Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 5-ci küçə, 27C ünvanında 1 mərtəbəli, 97.12 kvadratmetr fərdi yaşayış evinin tikintisini həyata keçirib. Burada da bir qəribəlik var. Bakı şəhər İcra Hakimiyyətinə tabeli “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti nə üçün böyük həcmdə işlər görmüş və görə biləcək təcrübəli şirkətlərə deyil, cəmi bir mərtəbəli bir ev tikmiş MMC-yə 33 mülyonluq dövlət sifarişini həvale edib?
“Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti elə həmin gün, yəni 10.05.2022-ci il tarixdə daha bir satınalma müqaviləsi bağlayıb. Bakı şəhərində mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların alınması üzrə keçirilmiş açıq tenderdə isə qalib “MODUL XIDMƏT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 16 436 951.6 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MODUL XIDMƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.12.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, ORDUBADİ (BİLƏCƏRİ QƏS.), ev 3, m. 51, qanuni təmsilçisi kimi isə Ağamirzəli Şövqü Dövlət oğlu qeyd olunub.
“MODUL XIDMƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinə gəlincə. MMC 23.12.2020-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Cəmi 5 ay sonra, yəni 05.05.2021-ci il tarixdən 05.04.2022-ci tarixinə qədər Mədəniyyət Nazirliyinə tabeli qurumların keçirdiyi 19 tenderin qalibi olub və ümumi olaraq 963 583 manat məbləğində dövlət sifarişi alıb. Maraqlıdır ki, MMC Mədəniyyət Nazirliyinə tabeli qurumlara dəftərxana və təsərrüfat mallarının, proqram təminatı, istehlak yönlü müxtəlif malların, nəşr işlərinin alınması kimi xidmətlər göstərdiyi halda, birdən birə Bakı şəhər İcra Hakimiyyətinə mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların alınması xidmətini göstərməyə başlayıb. Burada müxtəlif növ malların nələr olduğu bəlli deyil. Bunlardan əlavə MMC son iki ayda Bakı şəhər İcra Hakimiyyətinə tabeli Mənzil Kommunal Təsərrüfatı birliklərinə parklarda istifadə ediləcək malların satın alınması üzrə ümumi olaraq 389 836 manat məbləğində 3 tenderin qalibi olub.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş rəsmi məlumatlardan da görsəniyi kimi “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti may-iyun aylarında Bakı şəhəri ərazisində səkilərdə, park və xiyabanlarda təmir, həyətlərdə yenidənqurma və abadlıq işlərinin satın alınması üzrə ümumi olaraq 77 232 033 manat məbləğində dövlət vəsaiti ayırıb. Lakin bu satınalmalar üzrə qalib olan şirkətlərin heç biri bu işləri görmək iqtidarında deyil. Bu şirkətlərin maddi texniki bazaları və digər göstəriciləri belə böyük işləri həyata keçirə bilmələri ilə üst-üstə düşmür.
Göründüyü kimi bağlanan hər üç müqavilədə gizlin məqamlar çoxdu. Bu işlərin görünməyən tərəfləri nələrdir? Subpodratçı şirkətlər. Maddi -texniki bazası olmayan qeyd etdiyimiz MMC-lər daha sonra texniki imkanları, işçi qüvvəsi olan şirkətlərlə subpodrat müqavilələr bağlayırlar. Bu əlbəttə baş podratçını məsuliyyətdən azad etmir. Əsas məsuliyyət “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə düşür ki, bu qurumun rəsmiləri də kimlərəsə arxalanıb belə bir riskə gedir. Daha çox pul silmək üçün. Podratşı MMC hesabına köçürülən pullardan BŞİH rəsmilərinə çatacaq məbləği qaytarır, öz payına düşən kiçik bir məbləği də götürüb qalır bir kənarda. Subbotratçılar isə sifarişçilərin ən yaxın adamları olurlar ki, mal-materialların alınmasından da, görülən işlərdən bacardıqları qədər vəsait silirlər.
Burada tək bir sual yaranır. Eldar Əzizov Eldar Əzizov “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətini Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarət üçün yaradıb, yoxsa…
Xəbərin oxunma sayı : 688
Sosial
Xəbərlər
-
20 manat kapitalla yarım milyonluq tenderlər qazanmışdı - “ETİBARSIZ“ ELAN EDİLDİ
-
ABŞ–Çin qarşıdurması: Dünya ikiyə bölünür? - TƏHLİL
-
Prezident həmkarları ilə Türküstanı gəzdi - FOTOLAR
-
Fənn müsabiqələrində keçid balları etiraz yaratdı - Qurum açıqlama yaydı
-
Azərbaycanda neçə qadın aliment verir? - Nazirlik açıqladı
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası
-
Pakistan yeni “Fatah-4“ raketini sınaqdan keçirib - Hansı üstünlükləri var? + VİDEO
-
Nazirlik Rasim Rzayevdən ofis icarəyə götürüb - 365 min manata
-
“Ermənistanla münasibətlər müttəfiqlik xarakteri daşıyır, lakin...“ - Lavrov
-
Prezident İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir - FOTOLAR
-
Müsadirə edilmiş ev, torpaq və maşınlar satışa çıxarılır - Qiymətlər
-
Əməkhaqqılarla bağlı yenilik - Belə olacaq
-
ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi - FOTOLAR
-
Donald Trampın Çinə səfəri başa çatdı - VİDEO
-
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - ŞİKAYƏT
-
Vüsal Nəsirli direktoru işdən çıxardı - Yeni vəzifə verdi
-
Azərbaycandan keçən 977 ton buğda Ermənistana göndərildi - FOTOLAR
-
“Metinvest“ MMC-nin bir qrup işçisi maaşlarını ala bilmədiklərindən şikayətçidirlər - VİDEO
-
Xarici valyuta ehtiyatları azalan sığorta şirkətləri - CƏDVƏL
-
Azərbaycanda ən çox tələb olunan 10 PEŞƏ: Orta əməkhaqqı nə qədərdir
-
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər
-
İstanbul Bələdiyyəsində növbəti əməliyyat - 12 nəfər tutuldu
-
Sumqayıtda transformator piyada səkisinin üzərində qurulub - TƏHLÜKƏ/VİDEO
-
Böyük Qayıdış davam edir:Zəngilan və Cəbrayıla növbəti köç yola salınıb
-
“ABŞ İrana qarşı hərbi əməliyyatları davam etdirəcək“ - Tramp
-
“Kupça“sız qalan sakinlərin fəryadı: “Nə uşaqları qeydiyyata sala bilirik, nə də kredit götürə“ - VİDEO
-
Bu gündən paytaxtın bir sıra küçə və prospektində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil edilir - VİDEO
-
Sabahdan bu zolaqlara girsəniz - Cərimə olunacaqsınız
-
Adil Vəliyev Sabunçuda ağacları, parkları restoranlara qurban verir - VİDEO
-
Tədbirlər Planı təsdiqləndi - Peşə təhsili ilə bağlı
-
Rusiya XİN-dən ciddi xəbərdarlıq - Ermənistan da siyahıya əlavə edildi
-
Naftalandakı otellərdə ən çox hansı ölkənin vətəndaşları pul xərcləyib? - Tam siyahı
-
“SAT imtahanlarında saxtakarlıq halları var“ - Məleykə Abbaszadə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Tanınmış iş adamını yoldaşı şantaj etdi - 10 il 6 aylıq cəza aldı
-
Prezident yeni Dövlət Agentliyi yaratdı -FƏRMAN
-
AzTV tanınmış şəxslərə 424 min manat ödəyəcək - Adlar
-
“Robert Koçaryan həbsxanada oturmalıdır“ - Paşinyan
-
Məşğulluq Agentliyində kadr dəyişikliyi - Musayev vəzifəsindən ayrıldı
-
Analitik Ekspertiza Mərkəzi “Dr. Güllü“ nü indi araşdırır? - Ölkədə yüzlələ “Dr.Gülü“lər var...
-
Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan... (DETALLAR)
-
Ödənişsiz çimərlik ərazisində tikinti aparılır - Vətəndaşlar istifadə edə bilməyəcək?
-
Ayın 15-də intensiv yağış yağacaq, dolu düşəcək - Proqnoz
-
Turizm Agentliyi 3 ölkədən jurnalist və blogerlər gətirir - 210 min ayrılıb
-
Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək? - DİM sədri açıqladı
-
Pulsuz avtobus xətti açıldı - Bu gündən fəaliyyət göstərir
-
NATO-nun ən güclü orduları açıqlandı: Türkiyə neçəncidir? (SİYAHI)
-
Bakının bu rayonunda 22 ev söküləcək – Kompensasiya veriləcək
-
Azərbaycan çempionuna cəlbedici təklif: Klubu tərk edir
-
Nazirlik “Dr. Güllü” nü araşdırdı - o, əslində kim imiş?
-
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı - Fotolar
-
Gürcüstanda ağır qəza - Altı azərbaycanlı gənc öldü
-
Nazir Əhəd Abdiyevə yeni vəzifə verdi - Bu quruma rəhbərlik edəcək
-
AzTV-də Gülüstan müqaviləsi haqqında film hazırlandı - VİDEO
-
Minimum əməkhaqqı nə zaman artırılacaq? - Deputat AÇIQLADI
-
Kubada yanacaq bitdi, paytaxt elektriksiz qaldı - Xalq küçələrə axışdı
-
Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər - Hikmət Hacıyev
-
Yeni nazir müavini təyin olundu - Ağakərim Səmədzadə kimdir? + DOSYE
-
“ABŞ və Çin fikir ayrılıqlarını qısa zamanda həll edirlər“ - Tramp
-
Elçin Əmirbəyov Kambocada - Bir sıra görüşlər keçirdi
-
Masallının icra başçısı vaxtilə girov götürülübmüş - Belə xilas olub
-
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi
-
Donald Trampla Si Cinpin arasındakı tarixi görüş başa çatdı - Fotolar
-
Paytaxtda piyadalar üçün böyük dəyişiklik başlayıb - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Dərnəgül dəmiryolu ilə hansı istiqamətlər üzrə hərəkət olacaq? - VİDEO
-
Xəzərdə suyun səviyyəsi artmağa başladı - VİDEO
-
Azərbaycan klublarının Avropa yolu: Kim hara gedir?
-
Qurban bayramı öncəsi heyvan bazarında qiymətlər - VİDEO
-
Müştərilərin ən çox şikayət etdiyi çatdırılma xidmətləri açıqlandı - SİYAHI
-
“İranda beynəlxalq internet bərpa olunacaq“ - SEPAH
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir - SİYAHI
-
Azərbaycanda “ələbaxan“ media modelinin xaç atası: Media tariximizin Baimov dönəmi...
-
İraq və Pakistan İranla neft-qaz nəqlinə dair müqavilə imzalayıblar - “Reuters“
-
Paytaxtın mərkəzi küçələrindən biri təmirə bağlanır - XƏBƏRDARLIQ
-
Böyük Britaniyada siyasi böhran: Nazirlər hökumət başçısına qarşı çıxdılar
-
“Nar“ WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib - FOTOLAR
-
Türkiyədən evlənmək üçün Azərbaycana gəldi, küçədə qaldı - VİDEO
-
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib - Şərtlər
-
Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - Siyahı
-
“Nə saytı var, nə də nömrəsi...“ - Səhiyyə Nazirliyinin tenderi müzakirəyə səbəb oldu
-
Putinə yeni səlahiyyət verildi - Rusiya qoşunlarından ölkə xaricində də istifadə edəcək
-
Bakıda bir neçə nəqliyyat şirkətinin vergi borcu üzə çıxdı - MƏBLƏĞ
-
Eldar Əzizovun öz yerinə Elgin Həbibullayevi hazırlayır? - Detallar...
-
“Vüsal 300” 4 il şərti cəza alıb, amma fəaliyyətini gizli davam etdirir - Qanunsuz lizinq
-
Nazirliyin milyonluq tenderi sirli şirkətə verildi - “Pro Construction Company“ kimindir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı
-
Azərbaycan uşaq yeməklərini haradan alır? - ÖLKƏLƏR/QİYMƏTLƏR
-
Nazirlər Kabinetindən yeni qərar! - Qazın qiyməti dəyişəcək?
-
Sumqayıt, Abşeron və Binəqədidə yaşayanların nəzərinə! - 2 gün su olmayacaq
-
Azərbaycana keçirdikləri 328 kq narkotiki son anda dənizə atıblar - TƏFƏRRÜAT
-
Leysan Məmmədovun Tikinti və İdarəetmə Xidməti araşdırılır? - Maraqlı faktlar
-
Nazir müavininin oğlu problemli kreditlərdən nə qədər qazanır? - FOTO
-
Səhiyyə Nazirliyi “General Hospital“da araşdırmaya başladı - Saxta sağlamlıq arayışı ilə bağlı
-
Laçın şəhərində yeni yaşayış məhəlləsi tikiləcək - 41 milyon manat ayrıldı
-
Avropa İttifaqı Braziliyadan ət idxalını dayandırdı - Azərbaycan da alır
-
Pediatriya və Endokrinoloji mərkəzlərinə direktor təyinatları oldu - FOTO
-
Onlar universitetə imtahansız qəbul olunur - DİM müraciət yaydı
-
Nərimanın maaşı məlum oldu - İldə bu qədər qazanacaq
-
Türkiyə və Ermənistan arasında tarixi yaxınlaşma: Sərhədlər açılır?
-
Ceyhun Bayramovla Abbas Əraqçi telefonla danışdı - Müzakirə
-
Mehdi Cavadov müşavir təyin olundu - Agentlikdə yeni təyinat
-
Azərbaycanda qurbanlıq heyvanların satışı və kəsimi məntəqələri - ÜNVANLAR
-
6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi - Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
-
Şuşaya gedənlərin diqqətinə: 150 manat cərimə oluna bilərsiniz
-
Prezident Slovakiya Milli Şurası sədrini qəbul etdi - FOTOLAR
-
ABŞ Donbasın Rusiyaya verilməsi ilə bağlı Putinlə razılaşıb? - Trampdan cavab
-
Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi - QƏRAR
-
Şəmkirdə artezianın fəaliyyəti niyə dayandırılıb? - VİDEO
-
İşdən çıxan şəxs hansı halda - Geri qayıda bilər?
-
Beyləqanda asfaltlanma işləri davam edir - FOTOLAR
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 115 dolları keçdi
-
Parklanma nişanı görünmür, sürücülər cərimələnir - Yasamalda qəribə vəziyyət (VİDEO)
-
Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Bu tarixdə (FOTO)
-
İran yeraltı raket anbarları və buraxılış sistemlərinin 90 faizini bərpa edib - “The New York Times”
-
Alternativ yollardan istifadə edin - Sürücülərin nəzərinə
-
Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb - FOTO
-
Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
-
Məhəmməd Salah Türkiyə klubunun hədəfində: Astronomik təklif
TOP 10
ARXİV






