| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
“Azərbaycanın regionda qabaqcıl İT dövlətinə çevrilmək üçün kifayət qədər potensialı var” - Mikayıl Cabbarov
Tarix 08.09.22, 13:47 |
|
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Report" İnformasiya Agentliyinə müsahibəsini təqdim edirik
- Cənab nazir, xəbər verildiyi kimi, Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi “İT Akademiya” adlı layihəyə start verir (https://it-academy.az/). Layihə və onun məqsədləri barədə məlumat verməyinizi xahiş edirik.
- “İT Akademiya” İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin informasiya texnologiyaları sahəsində yeni peşəyə yiyələnmək istəyənlər üçün birgə təhsil layihəsidir. Layihə dünyanın 55 ölkəsində, o cümlədən Azərbaycanda fəaliyyət göstərən “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbinin iştirakı ilə həyata keçirilir. Bu məktəb artıq 5 ildir ki, Elm və Təhsil Nazirliyi və ölkənin universitetləri ilə birgə İT sahəsində böyük təhsil proqramlarını uğurla həyata keçirir.
İnanırıq ki, keyfiyyətli təhsil ölkənin rəqəmsal iqtisadiyyatda imkanlarının artırılması üçün vacib amildir. Rəqəmsal iqtisadiyyat isə, öz növbəsində, Azərbaycanın iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdırılmasına imkan yaradacaq. Buna görə də “İT Akademiya”nın məqsədi informasiya texnologiyaları sahəsində peşəkar kadrlar hazırlamaq, ölkənin İT bazarının inkişafına yardım göstərmək və təhsil sistemində informasiya texnologiyalarını modernləşdirməkdir.
Yeni layihə çərçivəsində tələbələr qısa müddət ərzində İT sahəsi üzrə əmək bazarında ən çox tələb olunan veb-həllər, testləşmə və sistem inzibatçılığı kimi ixtisasları sıfırdan öyrənəcəklər. Layihənin işə salınmasından 2-3 il sonra azı, 3000 vətəndaşın İT sahəsində ixtisas alacağını və rəqəmsal iqtisadiyyatın inkişafına ciddi təkan verəcəyini gözləyirik. Burada təhsilin mümkün qədər əlçatan olması üçün əlimizdən gələni edirik. Belə ki, “İT-Akademiya”nın tələbələri təhsil haqlarının cəmi 10%-ni ödəyəcəklər.
- Cənab nazir, rəqəmsal iqtisadiyyatın potensialını qeyd etdiniz. Rəqəmsallaşmanın Azərbaycan iqtisadiyyatının inkişafına necə töhfə verə biləcəyi barədə fikirlərinizi öyrənmək istərdik.
- Bütün dünyada rəqəmsallaşma sosial-iqtisadi inkişafın əsas hərəkətverici amillərindən biridir. Prezident İlham Əliyevin bu yaxınlarda təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” da rəqəmsallaşmanın ölkəmiz üçün əhəmiyyətini vurğulayır. Azərbaycanın regionda qabaqcıl İT dövləti olmaq və postsovet məkanının İT bazarında mühüm oyunçuya çevrilməklə perspektivdə Avropa ölkələrinə tədricən çıxış əldə etmək üçün kifayət qədər potensialı var.
Bu məqsədlərə çatmaq üçün lazımi addımlar atılacaq. Amma lazımi sayda mütəxəssis olmasa, yeni İT şirkətləri yaranmayacaq, mövcud şirkətlər isə kadr çatışmazlığı ilə üzləşəcək. Demək, kifayət sayda şirkətlər və müvafiq olaraq, iş yerləri olmasa, yeni mütəxəssislər də meydana çıxmayacaq. Başa düşürük ki, dövlətin iştirakı olmadan ixtisaslı kadrların sürətli və səmərəli şəkildə hazırlanması mümkün deyil. Odur ki, yeni peşəyə yiyələnməyə hazır olan, bu sahəyə maraq göstərən insanlar üçün tələb olunan İT ixtisasları üzrə təlimlərə başlanılması qərara alınıb.
Azərbaycan artıq rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində vacib addımlar atıb. Buraya məktəblərdə rəqəmsal bacarıqların öyrədilməsi, elektron hökumətə keçid, zəruri İT infrastrukturunun yaradılması və modernləşdirilməsi daxildir. Amma başa düşmək lazımdır ki, bunların həyata keçirilməsindən nəticəni uzunmüddətli perspektivdə əldə edəcəyik. Hazırda əla kadrlarımız var, lakin bu, ölkədə keyfiyyətli sıçrayışı təmin etmək üçün kifayət deyil. Operativ şəkildə effekt əldə etmək üçün bu gün çoxlu sayda İT mütəxəssisinə ehtiyacımız var.
- Cənab Cabbarov, Azərbaycanın İqtisadiyyat Nazirliyi rəqəmsallaşma sahəsində Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq edir. Azərbaycanda Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin filialı açılıb. Onun açılmasının məqsədi nədir və bu, Azərbaycana hansı üstünlükləri verəcək?
- 2021-ci ilin aprelində Azərbaycan hökuməti ilə Dünya İqtisadi Forumu arasında saziş imzalanıb və bu ilin fevralında MDB məkanında ilk dəfə məhz Bakıda Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin filialı açılıb. Filialın açılmasının məqsədlərindən biri Azərbaycanın Dördüncü sənaye inqilabında mövqeyini gücləndirməkdir. Nəzərə almaq lazımdır ki, sənaye inqilabı qlobal iqtisadiyyatda rəqabət trendlərini və qaydalarını əhəmiyyətli dərəcədə dəyişir.
Mərkəzin fəaliyyəti müasir texnologiyaların və innovasiyaların tətbiqini sürətləndirir. Bu əməkdaşlıq Azərbaycanda rəqəmsal iqtisadiyyatın təkamülü və yüksək texnologiyalara əsaslanan ekosistemin formalaşması üçün böyük imkanlar yaradır. Dördüncü sənaye inqilabı çərçivəsində Azərbaycan müxtəlif çağırışlarla üzləşir. Məsələn, bunlardan biri istehsal iqtisadiyyatından informasiya texnologiyaları cəmiyyətinə keçiddir. Ölkədə təkcə xammal və faydalı qazıntıların hasilatına deyil, həm də onların sonrakı emalına, məhsul istehsalına, informasiya və elmtutumlu texnologiyalarının inkişafına diqqət yetirilməlidir. Odur ki, bu məsələ ilə bağlı da yüksək ixtisaslı kadrlara ehtiyac duyulur.
Dünya İqtisadi Forumu və Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlıq bu sahədə uğurlu fəaliyyətin davamıdır. Bir sözlə, Dördüncü Sənaye İnqilabı Şəbəkəsi Mərkəzi qabaqcıl texnologiyaların mənimsənilməsinə və səmərəli tətbiqinə, onların vətəndaşlara və ictimai maraqlara xidmət etməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına, tədqiqat və inkişaf sahəsinin daha da təkmilləşdirilməsinə böyük töhfədir.
- “İT-Akademiya”nın yaradılmasının təşəbbüskarları Azərbaycanın Elm və Təhsil ilə İqtisadiyyat nazirlikləridir. Belə layihələr adətən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Bəs İqtisadiyyat Nazirliyinin layihənin həyata keçirilməsinə cəlb olunmasının səbəbi nədir?
- İT sahəsində yüksəkixtisaslı kadrların hazırlanması və ümumiyyətlə, bu sahənin inkişafı çox vaxt və xeyli maliyyə xərcləri tələb edən həcmli işdir. Buna görə də bütün məsuliyyəti bir dövlət strukturunun üzərinə qoymaq düzgün olmazdı. Bu, bizim ümumi işimizdir, çünki bütün dövlət qurumları İT mütəxəssislərinə ehtiyac duyur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yüksəkixtisaslı İT mütəxəssislərinin hazırlanması istiqamətində xeyli iş gördüyünü və ölkəmizdə bu sahənin inkişafı üçün layihələrin icrasını davam etdirdiyini xüsusi vurğulamaq lazımdır. “İT Akademiyası” layihəsi də bu prosesə mühüm töhfə verəcək və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səylərini dəstəkləyəcək.
Rəqəmsallaşmanın əhəmiyyəti “Azərbaycanın 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb. “İT Akademiyası” layihəsini həyata keçirməklə İqtisadiyyat Nazirliyi Elm və Təhsil Nazirliyi ilə birlikdə cənab Prezidentin təsdiq etdiyi “Strategiya”nın reallaşdırılmasına töhfə verir.
Bu, ölkədə insan kapitalının və biznesin inkişafına yönəlmiş yeganə layihə deyil. Nümunə olaraq, “Step IT Academy” akademiyasını, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində informasiya texnologiyalarının tədrisi üzrə Azərbaycan-İsrail Təlim Mərkəzini göstərmək olar. Bu mərkəzdə İsrail tədris proqramı əsasında, İsraildən olan mütəxəssislər tərəfindən təlimlər keçirilir. Əminəm ki, birgə səylər yaxın gələcəkdə öz bəhrəsini verəcək.
Bununla yanaşı, İqtisadiyyat Nazirliyi startapların stimullaşdırılması təşəbbüslərini davam etdirir. “Baku ID Summer’22” festivalı çərçivəsində İqtisadiyyat Nazirliyi 18 layihənin inkişafı üçün onların hər birinə 25 min manat vəsait ayırıb.
- Məzunların işlə təmin olunması, onların ölkədə qalmaları üçün gələcəkdə hansı addımlar atılacaq?
- Əminəm ki, “İT Akademiyası” Azərbaycanda İT mütəxəssislərinin hazırlanmasına mühüm təkan verəcək. Tədris prosesində tələbələr real problemlərin həllində unikal peşəkar təcrübə və praktiki bacarıqlar əldə edəcəklər. İT sahəsinə maraq göstərən və bu sahədə inkişaf etmək istəyən vətəndaşlara qısa müddətdə və rahat formatda yeni peşəyə yiyələnmək imkanı yaradılır. “İT Akademiyası”nın bütün kurslarının proqramlarında məzunlara bu sahədə iş tapmağa kömək edəcək karyera bloku, təlimlər və məsləhətlər var. Beləliklə, informasiya texnologiyaları bazarının inkişafı stimullaşdırılır, İT mütəxəssisləri ilə bağlı tələbat ödənilir.
Xəbərin oxunma sayı : 793
Müsahibə
Xəbərlər
-
Bu ərazilərdə işıq olmayacaq - “Azərişıq” məlumat yayıb
-
Azərbaycana qanunsuz dərman preparatları gətirilməsinin qarşısı alındı - FOTO
-
Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO
-
Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli qətl
-
Rusiyada törətdiyi qətldən 14 il sonra saxlanıldı - Məhkəməsi olacaq
-
Ermənistanda müxalifət lideri Qaqik Tsarukyan həbs edildi - İki ay müddətinə
-
Argentina əzmkar qələbə ilə 1/4 finalda - VİDEO
-
Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
-
Sabah bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
NATO Zirvəsindən F-35-lərlə bağlı müsbət bir qərarın çıxacağına inanıram - Ərdoğan
-
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı oldu - VİDEO
-
Futbol tariximizdə rekord: “Seltik“ “Qarabağ“a 12,5 milyon ödəyəcək
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam edib - Fotolar
-
“Ankaradakı NATO Zirvəsini yaxından izləyirik“ - Dmitri Peskov
-
Xırdalanda yeni tikilən bina sakinləri qəzəbləndirib: “Qanuni məsafə saxlanılmır“
-
Telefonunuza gizli hücum ola bilər - Bu cür biləcəksiniz
-
“ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək“ - Tramp
-
Bu “arıqlama“ məhsullarında təhlükəli maddə aşkarlanıb - FOTOLAR
-
Naxçıvanda su təchizatı müvəqqəti dayandırılır - SƏBƏB
-
“Türkiyəyə “F-35“ qırıcı təyyarələrinin verilməsini nəzərdən keçirəcəyik“ - Tramp
-
Gündüz qonaq, gecə oğru: Evlərə girən şəxsə 2 il 9 ay həbs
-
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü - TƏFƏRRÜAT
-
ADY-də 3 nəfərə yüksək vəzifə verildi - FOTO
-
Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? - Şərtlər açıqlandı
-
Nəsimidə 4 nəfərdən 70 kiloqram narkotik götürüldü - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Kamaləddin Qafarov səhiyyə naziri olmaq istəyir? - Tibbi təhsili yoxdur + VİDEO
-
Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək - FƏRMAN
-
Prezident ötənilki dövlət büdcəsinin icrasını təsdiqlədi
-
“Təbriz“ MTK işi: 14 milyonluq dələduzluq məhkəməsində yeni iclas keçiriləcək
-
Oliqarxa sui-qəsd edən qadın öldürüldü - Qatillərdən biri kəşfiyyat zabitidir
-
Vilayət Eyvazov Lerikdə qəbul, Lənkəranda sıra baxışı keçirdi - FOTO/VİDEO
-
Tramp Türkiyədədir - Ərdoğan şəxsən qarşıladı (FOTO)
-
Bakıda əmlak qiymətləri yenidən artdı: Hansı rayonlar liderdir?
-
Nazirin arvadına Türkiyəyə getməyə icazə vermədilər - FOTO
-
Sığorta ödənişləri ilə bağlı yenilik: Qanuna hansı dəyişiklik edilir?
-
“Ən çətin hissə Trampı razı salmaq idi“ - Hakan Fidan
-
Azərbaycanda havası ən çirkli və ən təmiz olan rayonlar - Tam siyahı
-
I yarımil üçün dövlət büdcəsinin gəlirləri açıqlandı - Nazirlik məlumat yaydı
-
Bakı-Tbilisi qatarlarında sərnişin tutumu artırılır - FOTOLAR
-
Azərbaycanda yeni cərimələr müəyyənləşir - 7000 manata qədər
-
NATO-nun Ankara zirvəsi başlayır: Çoxmilyardlıq müdafiə müqavilələri imzalanacaq
-
16 yaşlı oğlan dənizdə batıb - FHN məlumat yayıb
-
Adlarını dəyişən vətəndaşlar: Balabəyim, Fəlakət, Küsgün, Saatxanım, Samovar…
-
Banklar son 5 ildə reklama nə qədər pul xərcləyiblər? - Tam siyahı
-
Elnarə Şirməmmədova həbs olundu - 2,3 milyonluq dələduzluq
-
Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO
-
Vəzifəli şəxsin məhkəməsi başlayır - Baş Prokurorluğun məlumatı
-
Netanyahunun Trampdan Türkiyə xahişi - İsraili nə narahat edir?
-
Abituriyentlər bu sənədləri DİM-ə təqdim etməlidirlər - İyulun 7-dən 20-dək
-
Prezident yeni nazir müavini təyin etdi - SƏRƏNCAM
-
Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı
-
Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA
-
Azərbaycanda heyvan idxalı ilə bağlı yeni qaydalar tətbiq olunacaq: Ət bahalaşa bilər?
-
İspaniya Portuqaliyanı, Belçika ABŞ-ı məğlub etdi - İCMAL
-
Bu şəxslər pensiyaya 15-20 il tez çıxa bilər - Kimlərin pensiya yaş həddi azaldılıb?
-
Azərbaycanda bəzi məhsulların geri qaytarılması qadağandır - Qanun nə deyir?
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Bakıda ödənişsiz avtobuslar fəaliyyətə başlayıb - VİDEO
-
Müəllim də repetitor yanına hazırlığa gedir - VİDEO
-
Paşinyan daha bir rəqibini həbsə göndərir - Sarukyan saxlanıldı
-
YAP-da növbəti iclas: Bir neçə rayon təşkilatının sədri dəyişdi
-
Mərdəkanda dənizdə bir ailənin 4 üzvündən ikisi batıb - ADLAR
-
“Ətin bahalaşması idxalın genişlənməsinə gətirib çıxardıb“ - VİDEO
-
Rusiya-Ukrayna müharibəsinə son qoyacağıq - Donald Tramp
-
Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Fermerlər çiyələk bolluğundan şikayət edir: Məhsullar kəskin ucuzlaşıb
-
Dövlət sektorunda çalışanların sayı nə qədər azalıb? - Rayonlar üzrə tam siyahı
-
Ticarət və xidmət sektoruna kredit qoyuluşu 6 ildə necə dəyişib? - CƏDVƏL
-
Vens Trampın mümkün varisi kimi mövqeyini gücləndirir - “Axios“
-
Dövlət qurumunda 717 minlik yeyinti: Sabiq rəisə pul, iki əməkdaşına həbs cəzası
-
Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlandı - VİDEO
-
Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi - Sərəncam
-
Ən çox məhsul istehsal edən rayonlarımız - TAM SİYAHI
-
UEFA-dan FIFA-ya sərt etiraz: “Qırmızı xətt keçildi“
-
Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı
-
Sertifikatlaşdırma imtahanı ilə bağlı qalmaqal böyüyür: “Bir sualda iki düz cavab var“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Xətai bələdiyyəsinin sədri bıçaqlandı - Restoranında ofisant işləyən şəxs həbs edildi
-
Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
-
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı
-
Bəzi rayonlara intensiv yağış yağacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Sahədən evimizə qədər dəyişən qiymət - Bu il meyvə niyə ucuzlaşmadı?
-
“Tramp Putini dinləməyə hazırdır“ - Peskov
-
Müəllimlərin işə qəbulu: ödəniş sistemi aktivləşdirildi
-
34 min manatlıq naqil oğurlandı - Üç nəfər saxlanıldı
-
Ölkədə bu xəstəliyin qurbanlarının sayı sürətlə artır - Səbəb nədir?
-
NASA rəhbərindən etiraf: Çin ABŞ-ı Ay planeti yarışında qabaqlaya bilər
-
Azərbaycana demoqrafik TƏHLÜKƏ - Çoxuşaqlılar diyarı olmuş bir ölkə...
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
-
Dünyanın ən böyük valyuta ehtiyatlarına malik 15 ölkəsi - Siyahı
-
Konstitusiya Məhkəməsindən qərar: Apellyasiya baxışı ilə bağlı sərhədlər dəqiqləşdirildi
-
Prezident Qoşqar Təhməzliyə yeni müavin təyin etdi - Əli Nəbiyev kimdir?+ DOSYE
-
Azərbaycan yeni aldığı qırıcıları havaya qaldırdı - VİDEO
-
Həbs edilən “Arzum“ ləqəbli tiktoker cəza ilə razı deyil - Apellyasiya şikayəti verdi
-
Qurban bayramında qonaqlıq üstündə həyat yoldaşını döydü - 1200 manat cərimələndi
-
Azərbaycanda yaşlıların ən çox yaşadığı rayonlar - SİYAHI
-
Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
-
Alman avtomobil nəhəngləri böhran içində: Təcili tədbir çağırışı
-
Rusiya Kiyevi raket və dronlarla vurdu - 11 ölü,46 yaralı
-
Azərbaycanlıların yeni bahalı dəbi: Bir meyvənin qiyməti 43 manat
-
Şərurda bir ailənin üç üzvü qəzada öldü - Cinayət işi başlanıldı
-
“Qazdıqca altından qəbir çıxır“ - 150 illik bəy evi niyə tərk edilib? (VİDEO)
-
II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı
-
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
-
Azərbaycanda şiddətli istilər gözlənilir? - VİDEO
-
Böyük Qayıdış davam edir: Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı
-
Norveç Braziliyanı, İngiltərə Meksikanı DÇ-dən kənarlaşdırdı - İcmallar
-
Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm siyasi hadisə
-
Çağatay Ulusoy sevgilisi ilə toyda - FOTOLAR
-
Zəngləri siz deyil, telefonunuz cavablandıracaq: Nokia-dan sürpriz
-
Şəkidə qoruq ərazisinə daxil olan yol dağılıb - VİDEO
-
Yasamalda ağacların qanunsuz kəsildiyi iddia edilir - VIDEO
-
“Borussiya Dortmund“un sabiq fotbolçusu rəsmən “Qarabağ“da - FOTO
-
Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik
-
Azərbaycanın zəlzələ risk xəritələri hazırlanıb - VİDEO
-
Britaniya ordusunda qalmaqal - Məxfi sənədlər zibil qutusundan tapıldı
-
Messi yenidən tarix yaza bilər: “Qızıl top“ üçün əsas favorit göstərildi
-
Yaşıl çayın qaraciyərə gözlənilməz təsiri: Həkimlər nə deyir?
-
Bəzi avtomobillər niyə həftələrdir satılmır? - Maşın bazarından reportaj
TOP 10
ARXİV






