Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nəcməddin Sadıkovun məhkəmədə dindirilməsi istənildi - “Tərtər işi”

Tarix 24.05.23, 11:29

Font ölçüsü : - / +
bitmap-img6


“Tərtər işi” üzrə ittiham olunan daha dörd nəfər - Ruslan Məhəmmədəli oğlu Mikayılov, Sənan Səxavət oğlu Maşıyev, Cabir Babaxan oğlu Qəhrəmanov və Elçin Kalam oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Anket məlumatlarının elanı zamanı məlum olub ki, təqsirləndirilən şəxslər bundan əvvəl də Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar barəsində hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il azadlıqdan məhrum edilib. 2020-ci ildə azadlığa buraxılıb, 44 günlük Vətən müharibəsində iştirak ediblər.

Prosesin gedişində təqsirləndirilən Ruslan Mikayılov vəsatət qaldıraraq, bu işlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması üçün jurnalistlərin məhkəmə iclasında çəkiliş aparmasına şərait yaradılmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Hakim Zeynal Ağayev deyib ki, media nümayəndələri məhkəmədə iştirak edirlər, jurnalistlər “Tərtər işi” üzrə digər qrupların da məhkəmə iclaslarında iştirak edərək, heç bir məhdudiyyət olmadan materiallar hazırlayır, ictimaiyyətə çatdırırlar. Lakin jurnalistlərə audio və videoyazıya icazə verilmir. Məhkəmə özü prosesin həm audio, həm də videoyazısını aparır.

Vəkillərin işin istintaqa qaytarılması ilə bağlı vəsatətləri də təmin edilməyib.
Zərərçəkmiş şəxslər həmin vaxt Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov və daha bir neçə yüksəkrütbəli şəxsin məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı da vəsatət qaldırıblar.

Bu vəsatət baxılmamış saxlanılıb.

İş üzrə baxış iclası iyunun 7-nə təyin olunub.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3, 125-ci (intihar həddinə çatdırma), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və digər maddələrlə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 658




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap