| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Trolları necə cilovlamalı? – “Vaşinqton Post”
Tarix 21.11.22, 15:55 |
|
ABŞ-ın “Vaşinqton Post†qəzetində “Qlobal mem savaşında trollara qarşı duran elfləri dəstəkləməyin zamanı çatıb†başlıqlı məqalə dərc olunub. Yazının müəllifi Tomas Kent vaxtilə “Azad Avropa/Azadlıq†radiosuna rəhbərlik edib, hazırda ABŞ-da Çeymstaun Fondunun baş elmi işçisi, Kolumbiya Universitetinin müəllimi, həmçinin dezinformasiyalarla mübarizə üzrə məsələhətçidir.
Novator.az məqaləsini ingiliscədən çevirib oxuculara təqdim edir.
Kremlin Ukrayna təcavüzünə haqq qazandırmaq üçün saxta məlumatlardan, qəsd nəzəriyyələrindən intensiv istifadəsi bir daha dezinformasiyaya qarşı hərtərəfli siyasət yürütməyin zəruriliyini ortaya qoydu.
Ukrayna münaqişəsi həm də bu işi kimlərin görməyə daha çox həvəsli olduğunu üzə çıxardı. Yaxşı dərsdir. Aydın oldu ki, bu sahədə ən böyük uğurlara imza atan ictimai fəallar, qeyri-hökumət sektorunun nümayəndələridir.
Azad cəmiyyətləri təhdid edən Rusiya dezinformasiyalarına ən güclü müqaviməti demokratik ölkələrdə həyata keçirilən ictimai kampaniyalar göstərir.
Son illər ABŞ hökumətinin dezinformasiya ilə mübarizə səyləri əsasən uğursuzluğa düçar olub. Bəzi rəsmilər dezinformasiya yayanlara qarşı az qala onların öz metodları ilə mübarizə aparır, təbliğatçı, təşviqatçı olmağa girişirlər. Halbuki qərəzli məlumatları kəsərdən salmaq üçün nəsə uydurmağa, əks-dezinformasiyalar düzüb-qoşmağa ehtiyac yoxdur, eləcə həqiqəti inadkarcasına, ucadan və koordinasiya olunmuş şəkildə söyləmək gərəkdir.
Bu yaxınlarda ABŞ-ın xaricdə maraqlarını müdafiə etmək məqsədilə sosial şəbəkələrdə üstüörtülü aparılan kampaniyanın ifşa edilməsi hökumətin belə əməliyyatlarda çox naşı olduğunu təsdiqləyir.
Gör-götür dünyasıdır, Şərqi Avropanın qeyri-hökumət təşkilatlarının onlayn ordusundan öyrənmək lazımdır. Bu ordu əsasən könüllülərdən ibarətdir. Onlar həm çox səmimi, həm də çox təcrübəlidirlər, ABŞ hökuməti ilə müqayisəyə belə gəlməzlər.
Könüllülər dəstəsi fəal şəkildə internetdə trollarla döyüşür, konspiroloji versiyaların dolaşdığı onlayn çatlara girib uydurmaları darmadağın edir, şirkətləri dezinformasiya çap edən saytlara verdikləri reklamları dayandırmağa çağırır və Rusiya təbliğatına rişxənd edən memlər yayırlar.
Mem, yaxud internet memi xəbər saytlarının və ya sosial şəbəkələrin sayəsində bir neçə günə məşhurlaşan insana, sözə, hadisəyə, videoya, heyvana, əşyaya deyilir.
Bugünlərdə Litvada işıq üzü görən bir yazının başlığı memə çevrilmişdi: “Babam deyir Rusiya müharibəni udacaq. Sizin də ailənizdə dəli var?â€
Litvada özünü elflər adlandıran məşhur bir qrup fəaliyyət göstərir. Yeddi il qabaq yaranıb. İndi minlərlə üzvü var. Başqa dövlətlərin ərazisində, o cümlədən Baltik ölkələrində, Çexiyada da elflər ortaya çıxıb.
Elflərin adı mifologiyadan götürülüb. Elf qədim german-skandinav mifologiyasında və kelt folklorunda insanabənzər fövqəltəbii varlığa deyilir.
Elflər kimi spontan şəkildə ortaya çıxmış başqa vətəndaş təşəbbüsləri də mövcuddur. Bu ilin fevralında Rusiya Ukraynaya növbəti hərbi təcavüzə keçəndə yaranmış NAFO-nu (North Atlantic Fellas Organization) misal göstərmək olar.
Elflərə qayıdaq. Onlar adətən sosial mediada digər fəalların, karikaturaçı-rəssamların işlərini paylaşır, beləliklə, demokratiyanın keşiyində duran məlumatları, materialları daha da zənginləşdirir, dolğunlaşdırırlar.
Belə fəaliyyətə elflərin olmadığı ölkələrdə də rast gəlmək mümkündür, amma həmin ölkələrdə bu iş koordinasiyalı şəkildə, kütləvi surətdə həyata keçirilmir, adətən bir-biri ilə əlaqəsi ya heç olmayan, ya da əlaqələri çox zəif olan təşkilatların, yaxud kiçik vətəndaş qruplarının məhdud təşəbbüsü kimi təzahür edir.
Belə təşəbbüslərdə inandırıcı videoların hazırlanması, təsirli memlərin yaradılması, dezinformasiya kampaniyalarının anındaca aşkarlanıb ifşa edilməsi baxımından təcrübə çatışmazlığı duyulur. Bu cür məhdud təşəbbüslərin müəllifləri əsasən şəhər elitasını təmsil edirlər. Dezinformasiyaların əsas hədəfi isə əyalət sakinləri, sadə kənd camaatı, zəif təhsilli qruplardır və belə kateqoriyaya aid insanlar şəhər elitasına o qədər də etimadla yanaşmırlar.
Demokratiyanın təhdid altında olduğu ölkələrdə ictimai kampaniya təşkilatçıları maliyyə çətinlikləri ilə üzləşə bilərlər. Çünki belə ölkələrdə korrupsiya subyektləri bir qayda olaraq ictimai təşəbbüsləri sıxışdırır, onları daima xarici dövlətlərin maraqlarına xidmət etməkdə qınayır. Bu isə vətəndaşları və biznes qurumlarını ictimai kampaniyalara dəstək verməkdən çəkindirir.
Bəzi ictimai fəallar xarici ianələrdən birmənalı şəkildə boyun qaçırsa da, hər halda xarici hökumətlərin və fondların yardımını qəbul etməyə hazır olanlar da var. Yardım kampaniyaları isə çox vacibdir, bir sıra donorların yardım proqramlarına nəzər yetirib bunun əyani sübutunu görmək olar.
Şərqi Avropa ölkələrinin bəzi sakinləri mənə fəaliyyətlərini tam dayandırmaq məcburiyyətində qaldıqlarını deyiblər, çünki dezinformasiyaların monitorinqini aparmaq, könüllüləri cəlb etmək, təşkilatlandırmaq üçün onların hətta bir nəfəri də işə götürməyə imkanı olmayıb.
Amerikanın 50 min, yaxud 100 min dollarlıq maliyyə yardımı belə ölkələrdə hansısa komandanı bir il saxlamağa kifayət edə bilər.
İctimai fəalların informasiya əməliyyatları hazırlayıb lazımi auditoriyaya çıxara bilməsi üçün daimi, əlçatan peşəkar yardıma da ehtiyac var.
Öz işinə sadiq ictimai fəallar böyük potensiala malikdirlər. “ABŞ hökuməti informasiya sahəsində hansı addımları atmalıdır†sualı ətrafında müzakirə aparanda biz bu faktoru yaddan çıxarmamalıyıq.
Xəbərin oxunma sayı : 823
Analiz
Xəbərlər
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Beyləqanda Zəfər Günü qeyd edildi - FOTOLAR
-
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
-
Şuşanın azad olunmasından 6 il ötür
-
Bu gün Azərbaycanda Zəfər Günüdür
-
Küləkli hava ilə bağlı gəmilərə - Xəbərdarlıq
-
“Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb“ - Simonyan
-
DTX-dan Zəfər Günü ilə bağlı - Videoçarx
-
“Trampın təklifi təhlükəli ola bilər“ - Zelenski
-
Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli həbs edildi
-
Bu gün general olan hərbçilər kimlərdir? - FOTOLAR
-
Prezident Ağdamda zeytun ağacı əkdi - FOTOLAR
-
Ərdoğan Əliyevi təbrik etdi - “Sarsılmaz dostluq və qardaşlıq tellərimiz...
-
Metronun iş rejimi dəyişdirilir - 4 günlük
-
DİN Zəfər Günü ilə bağlı videoçarx yaydı - Video
-
Prezident onlara ali hərbi rütbələr verdi - Adlar
-
Sevdiyi qıza görə cinayət törədən məktəbliyə - Bu cəza verildi
-
Mübahisə bıçaqlanma ilə bitdi: Hər ikisi xəstəxanalıq oldu
-
Prezident Ağdam rayonunda açılışlarda iştirak etdi - FOTOLAR
-
Azərbaycanda maşın almaq asanlaşacaq - AÇIQLAMA
-
Mehdiyev Həbibbəyliyə də vəzifə verəcəkdi? - AMEA açıqlama yaydı
-
İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO
-
ABŞ-dan İrana qarşı şok addım -Nüvə proqramı üçün 20 milyon dollar
-
Prezident yeni binaların təməlqoyma mərasimlərində - FOTOLAR
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində – Fotolar
-
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açıldı - Fotolar
-
Seçki məğlubiyyəti Ağ Evi silkələdi: Tramp kadr dəyişikliklərinə hazırlaşır
-
XİN TRIPP-lə bağlı birgə bəyanatı açıqladı – Üç ölkə razılığa gəldi
-
Görmə məsafəsi məhdudlaşacaq – Sürücülərin nəzərinə!
-
Prezident Şuşa Peşə Təhsili Mərkəzinin açılışında - Fotolar
-
Tbilisi prospektində qaçan inək sürücülərə çətin anlar yaşatdı - Video
-
ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib - Tramp
-
Prezident postunu itirdi - Ev dustaqlığına alındı
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - VİDEO
-
Türkiyənin 34 vilayətində əməliyyat: 90 nəfər həbs olundu
-
Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
-
Biz cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq - Prezident
-
Xalq artistindən Təranə Qumralın qızına tərif: “Nəhayət!” - VİDEO
-
Azərbaycanlı turistlər hansı ölkədə nə qədər pul xərcləyiblər? - SİYAHI
-
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü - FOTOLAR
-
Vergi Məcəlləsinə yeni təklif - “İkinci əl” bazarına necə təsir edəcək?
-
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
-
ABŞ-ın təzyiqi Türkiyəni geri çəkilməyə məcbur etdi: Böyük layihə donduruldu
-
Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışı olub - Fotolar
-
Turizm sahəsində ən yaxşı ölkələr hansılardır? - 110 ölkənin siyahısı
-
Azərbaycanda nadir xəstəliklərin dərmanı tapılmır - Nazir müavini səbəbi açıqladı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
Zəfər Günü Bakının bu küçələrində məhdudiyyət olacaq - SİYAHI
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
-
Prezident və xanımı Cəbrayıl rayonunun Soltanlı kəndində açılışda iştirak ediblər - FOTO
-
Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
-
Qazlı içkilərə və çipslərə aksiz tətbiq olunacaq - Səbəbi açıqlandı
-
“Azərbaycanda inflyasiya nəzarətdədir“ - Sahil Babayev
-
24 il sonra həbs edildi - Baş Prokurorluq və DİN məlumat yaydı
-
Paytaxtda 37 milyon manatlıq torpaq - Onun alıcısı kimdir?
-
Məktəblərdə adambaşına maliyyələşmə başlayır - Nazir AÇIQLADI
-
Yas mərasimindəki mübahisə qanlı sonluqla bitdi – Məhkəmənin hökmü
-
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
-
Qazlı içkilərə və çipslərə aksiz tətbiq olunacaq – Səbəbi açıqlandı
-
Vergi borcuna görə cərimələr azalır? - Yeni mexanizm təklif edilir
-
“Azərbaycan televiziya və radiosu müasir dövrün tələblərinə uyğun inkişaf edir“ - Hikmət Hacıyev
-
DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konfrans - Fotolar
-
Sürücülük vəsiqələri ilə bağlı dəyişiklik təklifi - Ödəniş alınmasın
-
AFFA “Mingəçevir“i cərimələdi - Texniki məğlubiyyət verildi
-
“Yaxın gələcəkdə Türkiyə ilə diplomatik münasibətlər qurulacaq” - Paşinyan
-
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib - VİDEO
-
Faiz xərcləri azalan banklar: “Xalq Bank” və “Kapital Bank”
-
Tikinti zamanı ayağı sınan fəhlə “Avrasiya“ MTK-dan şikayətçidir - VİDEO
-
Alman ordusunda Ukrayna sensasiyası: generalla bağlı gözlənilməz qərar!
-
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
-
Tanınmış xanəndənin əri həbs olundu - Narkotik ittihamı
-
Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
-
Xəbəri olmadan adına şirkət açıldı - 634 min manat vergi borcu yarandı - VİDEO
-
Türkiyədə keçmiş nazir həbs edildi: 2,2 milyardlıq birja əməliyyatı
-
“Omid”in rəhbəri həbs edildi - Rəhman Məmmədov nədə ittiham edilir?
-
Fatmayıda fərdi yaşayış evində partlayış oldu: 2 nəfər xəsarət aldı
-
Basqalda bankomat, ödəniş terminalı və aptek yoxdur - VİDEO
-
Azərbaycanda satıcısız mağaza açıldı - VİDEO
-
Azərbaycanda bu şəxslərə də məcburi köçkün statusu veriləcək - Dəyişiklik
-
İpoteka adı ilə 4 milyon manata yaxın dələduzluq: Prokuror ağır cəza istədi
-
Elçin Yusubova qarşı 15 milyonluq korrupsiya iddiası - DETALLAR
-
7 noyabrla bağlı xəbərdarlıq - Təhlükəli gün YAXINLAŞIR
-
Gədəbəyin icra başçısı “Gəncə təndiri“ni ziyarət etdi, tənqid olundu - FOTOLAR
-
Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu - TƏFƏRRÜAT
-
Vilayət Eyvazov DİN-də xidmət etmək istəyənlər üçün növbəti sıra baxışı keçirdi - VİDEO
-
Bu ölkədə kişi qıtlığı yaranıb - 3800 avro maaş təkif edirlər
-
SOCAR ABŞ şirkətindən 1,65 milyardlıq pay aldı - Əsas səhmdarı Tramp tərəfdarıdır
-
Azərbaycanda yeni aqropark yaradılır: Yarım milyon manat ayrıldı
-
“Novruzlu AF“ öhdəlikləri yerinə yetirmədi, “qara siyahı“ya salındı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır?
-
İran Ermənistana xəbərdarlıq edib - “Tramp marşrutu” ilə bağlı
-
Sərnişinlərə ŞAD XƏBƏR: Metroda daha bir YENİLİK
-
ABŞ yardımı artsa, Putin geri çəkilə bilər - Zelenski
TOP 10
ARXİV






