| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Çörək, benzin bahalaşdı, növbə hansı məhsulundur? - iqtisadçıdan açıqlama
Tarix 16.09.21, 10:52 |
|
Azərbaycanda son iki gündə iki məhsulun bahalaşması ciddi müzakirələrə səbəb olub: benzin və çörək. Bunlardan birincidə bahalaşan “varlıâ€ların benzinidirsə, ikincidə söhbət milyonlarla insanın qida rasionunda mühüm yer tutan çörəkdən gedir.
Dünəndən etibarən ölkədə Aİ-95 və Aİ-98 markalı benzinlərin qiyməti qaldırılıb: birinci 1,45 manatdan 1,60 manata, ikinci isə 1,60 manatdan 1,90 manata. Bu benzinlərin ikisi də iyunun əvvəlində 15 qəpik, Aİ-95 isə iyulun 31-də daha 5 qəpik bahalaşmışdı. Bu benzinlərin yeganə idxalçısı olan SOCAR-dan bahalaşmanın mənşə ölkəsindəki qiymət dəyişikliyindən irəli gəldiyi açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-iyulunda ölkəyə 60 milyon 361,07 min dollar dəyərində 85 min 680,79 ton Aİ-95, 1 milyon 272,89 min dollar dəyərində 1 min 563,19 ton Aİ-98 markalı benzin idxal olunub. Beləliklə, 7 ayda Aİ-95 markalı benzinin orta idxal qiyməti 70 sentə (1,19 manata), Aİ-98 markalı benzinin orta idxal qiyməti isə 81 sentə (1,38 manata) bərabər olub.
Bu müddətdə Azərbaycandan xaricə 13 milyon 296,87 min dollar dəyərində 25596,78 ton Aİ-92 markalı benzin ixrac edilib. Bu o deməkdir ki, Aİ-92 markalı benzinin hər litrini xaricə 51 sentə - yəni 86,7 qəpiyə satmışıq. Daxili bazarda isə bu benzin istehlakçılara 1 manata satılır. Yanvar-avqust aylarında Azərbaycanda 804,3 min ton Aİ-92 markalı benzin istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalma deməkdir. Sentyabrın 1-nə ölkədə cəmi 35,9 min ton benzin ehtiyatı olub.

Son bahalaşma Azərbaycanda yüksək keyfiyyətli benzin istehsalının hələ də təmin olunmaması problemini yenidən aktuallaşdırır. Xatırladaq ki, 2008-ci ildə Azərbaycanda yeni və müasir texnologiyalı neft emalı zavodunun tikilməsinə dair qərar qəbul olunmuş, Qaradağ rayonu ərazisində yer müəyyənləşdirilmiş, ilkin hazırlıq işlərinə başlanmışdı. Lakin 2014-2015-ci illərdə neftin qiyməti kəskin ucuzlaşdı və hökumət planı dəyişdi. Vəsaitlərə qənaət etmək üçün köhnə zavodun modernləşdirilməsinə qərar verildi. İlkin qiymətləndirmələrdə bu prosesin dövlətə 850 milyon dollara başa gələcəyi proqnozlaşdırılırdı. Lakin aparılan araşdırmalar göstərdi ki, zavoddakı 17 emal qurğusunun hamısının istismar müddəti bitib və yenilənməlidir. Buna görə də modernləşdirmənin dəyəri 2 milyard dollara qədər artırıldı. 2019-cu ildə mətbuata sızan məlumatlarda bu məbləğin 3 milyard dollara qədər yüksəldiyi bildirilsə də, hökumət konkret rəqəmi hələ də açıqlamayıb. Eyni zamanda modernləşmənin nə vaxt başa çatacağı, ölkədə Aİ-95 markalı benzinin istehsalına nə zaman başlanacağı da dəqiq bilinmir. İlkin olaraq - 2015-ci ilin əvvəlində planlaşdırılırdı ki, zavodun modernləşməsi 2018-ci ildə başa çatacaq, Aİ-95 və Aİ-98-in istehsalına başlanacaq. Daha sonra müddət 2020-ci ilə, 2022-ci ilə, 2023-cü ilə çəkildi. İndi isə tam modernləşmənin 2025-ci ildə başa çatacağı gözlənilir. Modernləşmə nəticəsində zavodun illik neft emalı gücünün 7,5 milyon tona çatdırılması nəzərdə tutulur. Ehtimal olunur ki, zavodda Aİ-95 benzininin istehsalına 2022-ci ildə başlamaq mümkün olacaq.
Çörəyin qiymətinə gəlincə, artıq iki gündür bir neçə iri zavodun istehsal etdiyi çörəyin qiymətini 5-10 qəpik arası artırdığına dair məlumat yayılır. Belə məlumatların yayılması təsadüfi deyil: Azərbaycan hökuməti buğda və un idxalının ƏDV-dən azad olma qərarını ləğv etməyə hazırlaşır. Eyni zamanda un istehsalına görə sahibkarlara verilən subsidiyaların da aradan qaldırılması nəzərdə tutulur. Bu,Bir neçə gün əvvəl açıqlanan “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamaâ€sından da aydın olur.

Azərbaycan ərzaqlıq buğdanın demək olar ki, hamısını xaricdən idxal edir. Buna görə də daxildə çörəyin qiyməti buğdanın dünya bazar qiymətindən birbaşa asılıdır. Dünya bazarında isə buğda durmadan bahalaşır. Rəsmi statistikaya əsasən, bu ilin yanvar-iyulunda Azərbaycana xaricdən 103 milyon 772.28 min dollar dəyərində 408 825.59 ton buğda idxal olunub. 2020-ci ildə idxal 296 milyon 905.18 min dollar dəyərlə 1 milyon 365 100.13 min ton təşkil edib. Ötən ilin yeddi ayında Azərbaycana 94 milyon 37.45 min dollar dəyərində 434 min 554.80 ton buğda gətirilmişdi. Bu ilin yeddi ayında buğdanın 1 tonunun idxal qiyməti 253,8 dollar, ötən ilin eyni dövründə isə 216,4 dollar təşkil edib. Bu o deməkdir ki, buğdanın idxal qiyməti 20,6 faiz bahalaşıb.
Hökumət buğda idxalını ƏDV-yə qaytarmaqla nə qədər vəsait əldə edəcək? Rəsmi idxal həcmləri ilə hesablasaq aydın olur ki, ötən il buğda idxalından 18 faizlik ƏDV-nin tutulmaması dövlət büdcəsinə 53 milyon 442,93 min dollar az vəsaitin daxil olmasına gətirib çıxarıb. Bu ilin ötən dövründə isə büdcə buğda idxalından 18 milyon 670 min dollar “itiribâ€.
Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, 2020-ci ildə Azərbaycanda un və yarma istehsalına 2 milyon 467 min 332 ton buğda yönəldilib. İl ərzində ölkədə 1 milyon 855 min 293 ton un, 1 milyon 294 min 604 ton çörək istehsal olunub. Ötən il ölkədən xaricə 7 min tondan çox un ixrac edilib.
Orta hesabla bir ton buğdadan 800 kq un əldə olunduğunu nəzərə alsaq, ötən il Azərbaycanda un istehsalında 2 milyon 319 min 116,25 ton buğdadan istifadə olunduğu aydın olar. Bu isə o deməkdir ki, un istehsalında az miqdarda yerli buğdadan da istifadə olunur. Yəni idxal buğdasının dəyərinin unun və çörəyin qiymətində kifayət qədər payı var. Rəsmi məlumata görə, 2021-ci il məhsulu üçün ölkə üzrə 610,5 min hektar sahədə payızlıq və yazlıq buğda əkilib. Havaların quraq keçməsi səbəbindən sentyabrın 1-i vəziyyətinə 38,2 min hektar sahədə əkilmiş buğda məhv olub, qalan 572,3 min hektar sahədən isə 1 milyon 885,4 min ton buğda yığılıb.
Çörəyin və benzinin qiymətindəki bahalaşma əhali üçün nə vəd edir?

İqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, ərzaq buğdasının qiymətinin bahalaşması keçən qışdan başlanıb: “Hələ dekabr-yanvar aylarında ixracatçı ölkələr qiymətlərin bahalaşacağı, ixrac həcmlərinin azaldılacağına dair idxalçı ölkələrə xəbərdarlıq etmişdilər. Azərbaycan hökuməti buğda və un idxalına ƏDV-ni onsuz da ləğv etmişdi, fevralda isə un istehsalına subsidiya təyin etdi. Hələ o vaxtdan aydın idi ki, bu kimi üsullarla daxildə unun və çörəyin qiymətini uzun müddətə stabil saxlamaq mümkün olmayacaq: dünya bazarında qiymət artmağa davam edirsə, dövlət nə qədər daxildəki istehsalçılara subsidiya ayıra bilər? Azərbaycan bazarı xarici təzyiqlərə yetərincə dayanıqlı deyil. Buna görə də daxildə un və çörəyin qiymətini saxlamaq cəhdləri əvvəl-axır dayandırılmalıdır. Hökumət idxala ƏDV-ni bərpa etsə, yəni çörək və un bazarını tam sərbəstləşdirsə, aydındır ki, qiymətlərdə xeyli bahalaşma baş verəcək. Əslində bunu çoxdan etməliydilər. Vaxtında bazara sərbəstlik verilmiş olsaydı, indi ölkədə ərzaqlıq buğda istehsalı indikindən bir neçə dəfə çox olardı. Dövlətin buğda istehsalına tətbiq etdiyi subsidiyalar ona görə gözlənilən nəticəni vermir ki, son məhsulun - unun və çörəyin bazarı sərbəst deyil. Bazar sərbəst olsaydı, tələb daxildə keyfiyyətli buğda istehsalını özü stimullaşdıracaqdı. İndi bazarın sərbəstləşdirilməsi xeyli ağır keçəcək, amma buna gedilməlidir. İri sahibkarlara yönəlik güzəştlər, subsidiyalar əhalinin gəlirlərinin artırılması, sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir. Sahibkara imkan verilməlidir ki, istehsal etdiyi məhsula bazarın tələbinə uyğun qiyməti özü müəyyənləşdirsin. Hökumət isə bu zaman əhalinin sosial ehtiyaclarının ödənməsinin qeydinə qalsın: əmək haqqı, pensiyalar artırılsın. İnandırım sizi, çox qısa müddətdə bazar özü hər şeyi tənzimləyəcəkâ€.
Ekspertin sözlərinə görə, Aİ-95 markalı benzinin bahalaşması orta təbəqənin xərclərini artırır: “Ümumi istehlakda payı az olsa da, bu benzindən istifadə edənlər heç də az deyil. Aİ-92 bahalaşanda çoxlu sayda avtomobil sahibi Aİ-95-dən istifadəyə keçmişdi. İndi onun qiyməti bahalaşdı, yəqin ki, əksinə proses gedəcək. Bu isə Aİ-92-yə tələbi artıracaq. Düşünmürəm ki, â€varlıların" benzinin bahalaşmasının ümumi bahalaşmada payı yüksək olacaq. Bu, çox cüzi bir təsir olacaq: müəyyən istehlak mallarının qiymətində özünü büruzə verəcək".
Məlumdur ki, Avropada təbii qazın min kubmetrinin qiyməti 900 dolları keçib. Bu proses Azərbaycanda da təbii qazın qiymətinin artırılmasına gətirib çıxara bilərmi?
P.Heydərov deyir ki, Azərbaycanda təbii qazın qiymətində dəyişiklik iyul ayında edilib: “Bu baxımdan, yenidən dəyişiklik olunacağı gözlənilən deyil. Amma elektrik enerjisinin qiymətində dəyişiklik olacağını düşünürəm. Yəqin ki, sentyabrın sonu, oktyabrda biz Tarif Şurasının bununla bağlı qərarının şahidi olacağıqâ€.(musavat.com)
Xəbərin oxunma sayı : 1354
İqtisadiyyat
Xəbərlər
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Beyləqanda Zəfər Günü qeyd edildi - FOTOLAR
-
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
-
Şuşanın azad olunmasından 6 il ötür
-
Bu gün Azərbaycanda Zəfər Günüdür
-
Küləkli hava ilə bağlı gəmilərə - Xəbərdarlıq
-
“Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb“ - Simonyan
-
DTX-dan Zəfər Günü ilə bağlı - Videoçarx
-
“Trampın təklifi təhlükəli ola bilər“ - Zelenski
-
Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli həbs edildi
-
Bu gün general olan hərbçilər kimlərdir? - FOTOLAR
-
Prezident Ağdamda zeytun ağacı əkdi - FOTOLAR
-
Ərdoğan Əliyevi təbrik etdi - “Sarsılmaz dostluq və qardaşlıq tellərimiz...
-
Metronun iş rejimi dəyişdirilir - 4 günlük
-
DİN Zəfər Günü ilə bağlı videoçarx yaydı - Video
-
Prezident onlara ali hərbi rütbələr verdi - Adlar
-
Sevdiyi qıza görə cinayət törədən məktəbliyə - Bu cəza verildi
-
Mübahisə bıçaqlanma ilə bitdi: Hər ikisi xəstəxanalıq oldu
-
Prezident Ağdam rayonunda açılışlarda iştirak etdi - FOTOLAR
-
Azərbaycanda maşın almaq asanlaşacaq - AÇIQLAMA
-
Mehdiyev Həbibbəyliyə də vəzifə verəcəkdi? - AMEA açıqlama yaydı
-
İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO
-
ABŞ-dan İrana qarşı şok addım -Nüvə proqramı üçün 20 milyon dollar
-
Prezident yeni binaların təməlqoyma mərasimlərində - FOTOLAR
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində – Fotolar
-
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açıldı - Fotolar
-
Seçki məğlubiyyəti Ağ Evi silkələdi: Tramp kadr dəyişikliklərinə hazırlaşır
-
XİN TRIPP-lə bağlı birgə bəyanatı açıqladı – Üç ölkə razılığa gəldi
-
Görmə məsafəsi məhdudlaşacaq – Sürücülərin nəzərinə!
-
Prezident Şuşa Peşə Təhsili Mərkəzinin açılışında - Fotolar
-
Tbilisi prospektində qaçan inək sürücülərə çətin anlar yaşatdı - Video
-
ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib - Tramp
-
Prezident postunu itirdi - Ev dustaqlığına alındı
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - VİDEO
-
Türkiyənin 34 vilayətində əməliyyat: 90 nəfər həbs olundu
-
Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
-
Biz cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq - Prezident
-
Xalq artistindən Təranə Qumralın qızına tərif: “Nəhayət!” - VİDEO
-
Azərbaycanlı turistlər hansı ölkədə nə qədər pul xərcləyiblər? - SİYAHI
-
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü - FOTOLAR
-
Vergi Məcəlləsinə yeni təklif - “İkinci əl” bazarına necə təsir edəcək?
-
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
-
ABŞ-ın təzyiqi Türkiyəni geri çəkilməyə məcbur etdi: Böyük layihə donduruldu
-
Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışı olub - Fotolar
-
Turizm sahəsində ən yaxşı ölkələr hansılardır? - 110 ölkənin siyahısı
-
Azərbaycanda nadir xəstəliklərin dərmanı tapılmır - Nazir müavini səbəbi açıqladı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
Zəfər Günü Bakının bu küçələrində məhdudiyyət olacaq - SİYAHI
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
-
Prezident və xanımı Cəbrayıl rayonunun Soltanlı kəndində açılışda iştirak ediblər - FOTO
-
Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
-
Qazlı içkilərə və çipslərə aksiz tətbiq olunacaq - Səbəbi açıqlandı
-
“Azərbaycanda inflyasiya nəzarətdədir“ - Sahil Babayev
-
24 il sonra həbs edildi - Baş Prokurorluq və DİN məlumat yaydı
-
Paytaxtda 37 milyon manatlıq torpaq - Onun alıcısı kimdir?
-
Məktəblərdə adambaşına maliyyələşmə başlayır - Nazir AÇIQLADI
-
Yas mərasimindəki mübahisə qanlı sonluqla bitdi – Məhkəmənin hökmü
-
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
-
Qazlı içkilərə və çipslərə aksiz tətbiq olunacaq – Səbəbi açıqlandı
-
Vergi borcuna görə cərimələr azalır? - Yeni mexanizm təklif edilir
-
“Azərbaycan televiziya və radiosu müasir dövrün tələblərinə uyğun inkişaf edir“ - Hikmət Hacıyev
-
DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konfrans - Fotolar
-
Sürücülük vəsiqələri ilə bağlı dəyişiklik təklifi - Ödəniş alınmasın
-
AFFA “Mingəçevir“i cərimələdi - Texniki məğlubiyyət verildi
-
“Yaxın gələcəkdə Türkiyə ilə diplomatik münasibətlər qurulacaq” - Paşinyan
TOP 10
ARXİV






