| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Əndazəni aşan vida tədbiri - “Son zəng“ neçəyə başa gəlir?
Tarix 06.06.26, 17:53 |
|
"Son zəng"ə sayılı günlər qalır. Hər il olduğu kimi, bu il də məzunlar son dəfə məktəb həyətində toplaşmağa, müəllimləri ilə vidalaşmağa hazırlaşırlar. Ancaq axır illər "Son zəng" təkcə duyğusal deyil, həm də xərc baxımından ən çox müzakirə olunan tədbirlərdən birinə çevrilib.
Əgər bir zamanlar məzunlar qara şalvar, ağ köynək, qara ətək və bir neçə şəkillə kifayətlənirdisə, bu gün siyahı daha uzundur: xüsusi geyim, foto və video çəkilişi, rəqslər, məzun albomu, restoranda qala gecə və müxtəlif əyləncələr. Nəticədə bir çox valideyn üçün "Son zəng" həm də əlavə məsrəf deməkdir.
Maraqlıdır, "Son zəng"də bir şagird üçün valideynlərin ortalama nə qədər xərci çıxır?
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Aylar öncə başlayan hazırlıq
Bu tədbirə hazırlıq aylar öncə başlayır. Şagirdlər geyim seçir, rəqs məşqlərinə qatılır, məzun albomları hazırlanır, foto və video çəkilişləri təşkil olunur. Bəzi məktəblərdə əlavə olaraq restoran proqramları, gəzintilər və əyləncə tədbirləri də planlaşdırılır. Valideynlərin sözlərinə görə, ən böyük xərc geyimlə bağlı olur. Xüsusilə qızlar üçün paltar, ayaqqabı, saç və makiyaj xidmətləri əlavə məbləğ tələb edir. Oğlanlar üçün isə kostyum, köynək və ayaqqabı xərcləri yaranır. Orta hesabla bir məzunun geyimi minimum 130-150 manat arasında dəyişir.
"Son zəng" tədbirlərinin bədii hissəsi də əlavə maliyyə yükü yaradan əsas məqamlardan biridir. Restoran və ya xüsusi tədbir məkanlarında təşkil olunan məzun gecələrinin qiyməti adambaşına minimum 80 manatdan başlayır.
Bununla yanaşı, foto və video çəkilişləri, sinif albomları, bəzək işləri və digər təşkilati məsələlər üçün də vəsait toplanır. Məzun albomu və xatirə çəkilişləri ilə bağlı qiymətlər seçilən paketdən, çəkilişin formatından və məzunların sayından asılı olaraq dəyişir. Hazırda məzun albomu çəkilişlərinin qiyməti adambaşına təxminən 45-120 manat arasındadır. Bu paketlərə studiya çəkilişləri ilə yanaşı açıq havada həyata keçirilən fotosessiyalar da daxil edilir. Bütün bu xərclər toplandıqda, bir məzun üçün valideynlərin çəkdiyi orta xərc təxminən 350-450 manat arasında dəyişir. Lakin bəzi hallarda xüsusi dekorasiyalar, rəqs hazırlıqları, nəqliyyat xidmətləri və digər təşkilati məsələlər nəzərə alındıqda bu rəqəm daha da yüksələ bilir.
Məzunların xüsusi rəqs nömrələri
Rəqs müəllimi İftixar Rəsulovun sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il məzunlar "Son zəng" proqramlarında milli rəqslərə daha çox maraq göstərirlər. Məzunların bildirdiyinə əsasən, məktəb direktorları "Son zəng" proqramlarında milli dəyərləri əks etdirən rəqslərin yer alması ilə bağlı təlimat veriblər.
Rəqs müəllimi qeyd edib ki, adətən tədbir üçün hər sinfə iki rəqs nömrəsi hazırlanır. Bunlardan biri daha çox klassik vals, digəri isə milli və ya müasir üslubda olur. Hazırlıq prosesi isə tədbirdən təxminən iki ay əvvəl başlayır. Bu müddət ərzində şagirdlər həftədə bir neçə dəfə məşqlərə qatılır, çıxışların quruluşu hazırlanır və proqram "Son zəng" gününə qədər təkmilləşdirilir.
İ.Rəsulovun sözlərinə görə, rəqs hazırlıqlarının qiyməti müəllimin təcrübəsindən, məşqlərin sayından və proqramın mürəkkəbliyindən asılı olaraq dəyişir. Hazırda bir məzun üçün ödəniş məbləği orta hesabla 25-50 manat arasında dəyişir. Bəzi hallarda əlavə məşqlər və xüsusi səhnə quruluşları qiymətin daha yüksək olmasına səbəb ola bilir.
Dəbdəbəli tədbirlər məqsədəuyğun sayılmır
Təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, ümumtəhsil məktəblərində keçirilən "Son zəng" tədbirləri məktəb rəhbərliyinin və müəllimlərin nəzarəti altında təşkil olunmalıdır. Onun sözlərinə görə, tədbirin həm rəsmi, həm də bədii hissəsi əvvəlcədən hazırlanmış ssenari əsasında həyata keçirilməlidir.
Ekspert dəbdəbəli və həddindən artıq xərc tələb edən tədbirlərin tərəfdarı olmadığını da qeyd edib. O hesab edir ki, sadə və səmimi şəkildə təşkil olunan tədbirlər daha məqsədəuyğundur:
"Son zəng hər bir məzunun həyatında mühüm xatirədir. Şagird 11 il təhsil aldığı məktəblə, müəllimləri və sinif yoldaşları ilə vidalaşır. Buna görə də həmin günün yaddaqalan şəkildə qeyd olunması tamamilə təbiidir. Foto çəkilişləri, xatirə tədbirləri və müxtəlif proqramlar dünyanın bir çox ölkələrində mövcud olan ənənələrdir. Bu cür tədbirlərə tam qadağa qoymaq düzgün deyil. Müəyyən məhdudiyyətlər tətbiq olunsa belə, şagirdlər tədbirləri başqa məkanlarda təşkil etməyə çalışa bilərlər ki, bu da daha ciddi problemlərə səbəb ola bilər. Buna görə də prosesin məktəb rəhbərliyi və müəllimlərin nəzarəti altında həyata keçirilməsi daha doğru yanaşmadır".
Valideynlərin üzərinə düşən məsuliyyət
Sosioloq Mail Yaqubun fikrincə, "Son zəng" tədbirləri artıq mahiyyətindən uzaqlaşaraq bəzi hallarda həddindən artıq dəbdəbəli və təmtəraqlı xarakter almağa başlayıb. Onun sözlərinə görə, bu tendensiya ailə büdcələrinə ciddi maliyyə yükü yaradır. Sosioloq hesab edir ki, belə halların qarşısını inzibati qadağalarla almaq mümkün deyil və burada əsas məsuliyyət valideynlərin üzərinə düşür:
"Valideynlər övladları ilə söhbət aparmalı, onlara izah etməlidirlər ki, bu qədər xərc çəkmək və israfçılığa yol vermək əslində heç bir məna daşımır. Məktəblilər yaş etibarilə bunun iqtisadi və sosial tərəflərini tam dərk etməyə bilərlər. Məhz buna görə də valideynlərin maarifləndirici rolu böyük əhəmiyyət daşıyır".
M.Yaqub vurğulayıb ki, "Son zəng" tədbirlərinin məktəblər arasında bir növ yarışa çevrilməsi düzgün yanaşma deyil. Onun fikrincə, hansısa məktəbin və ya sinfin daha təmtəraqlı tədbir keçirməsi digərlərinin də eyni yolu seçməsinə səbəb olmamalıdır.
Xəbərin oxunma sayı : 442
Sosial
Xəbərlər
-
Əndazəni aşan vida tədbiri - “Son zəng“ neçəyə başa gəlir?
-
Məcnun Məmmədov İstanbulda yüksək səviyyəli toplantıda çıxış etdi - Fotolar
-
Vurulan gəmidə xəsarət alan vətəndaşlarımızın vəziyyəti necədir? - Rəsmiİ MƏLUMAT
-
“Real” Kvaratsxeliya üçün 150 milyon avro ödəyə bilər - Danışıqlar başladı
-
Məşhur ukraynalı müğənni Bakıda kimin toyunda iştirak edib? - VİDEO
-
Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Hər ikisi saxlanıldı
-
ABŞ-la İran arasında Körfəzdə qarşılıqlı atışmalar davam edir - BBC
-
Ömər aşırımında iki hərbçi dərəyə düşdü - Biri həlak oldu
-
İlon Mask 80% super dahi, 20% problemlidir - Donald Tramp
-
Azərbaycana turist axını niyə qırılır? - Statistikada ciddi eniş
-
CNN nə üçün Azərbaycanla bağlı qərəzli, yalan məlumat yaydı? - Detallar
-
Sankt-Peterburqa dron hücumu - Evdə qalmaq tövsiyə edildi
-
Yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək - Sabahın havası
-
Azərbaycanda bank rəhbərləri nə qədər qazanır? - İllik 20 milyonu keçir...
-
Sadıq Sadıqov canına hansı blogerə görə qıyıb? - ŞOK DETALLAR
-
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir - “Politico”
-
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır
-
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
-
“Nə binanı təhvil verirlər, nə də pulumuzu qaytarırlar“ - VİDEO
-
Bakıda bu ərazilər söküləcək - Nə qədər kompensasiya veriləcək?
-
Azərbaycanda “od tutan” təhsil haqları - ÇAĞIRIŞ
-
Elektron siqaret qadağası: bazarda nə dəyişib?
-
Meyvə-tərəvəz niyə ucuzlaşmır? - VİDEO
-
Azərbaycan nefti ucuzlaşdı - “Qara qızıl“ 100 dollara satılır
-
Türkiyənin balıqçı gəmisinə hücum edilib - Ölən və yaralananlar var
-
Sosial şəbəkələrdə təhlükəsizlik: Qaydaları pozanları 50 min manatadək cərimə gözləyir
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Asfaltın ortasından çıxan dəmirlər avtomilə ziyan vurub - VİDEO
-
“VİP Kredit”, “Avto Kredit”, “Avto Zirvə“ - Qanunsuz lizinq, yüksək faiz (VİDEO)
-
Təhlükəli bakteriya aşkarlanan saç spreyi Azərbaycanda da satılır? - AÇIQLAMA
-
Putin Zelenskinin açıq məktubu haqqında danışdı - “Düzünü desəm...“
-
Əvəz Qocayev işdən çıxarıldı - Prezident Sərəncam verib + DOSYE
-
Kuryerlər ``Wolt-Azərbaycan`` şirkətindən şikayətçidirlər - VİDEO
-
Bu yoldakı keçidin eskalatorları işləmir -VİDEO
-
İrana xəbərdarlıq etdi - “Livan sizin ölkəniz deyil”
-
“Bu iddialar dezinformasiya xarakteri daşıyır” - MEDİA
-
Sosial şəbəkələrdə qeydiyyat - Yeni tələblər müəyyənləşir
-
Bu şəxslər pensiyaya çıxarkən birdəfəlik ödəniş alacaq - Maaşlarının 6 misli həcmində
-
Putin Züleyxanın qızını daha qoruya bilmir - oliqarxlar onun “kəlləsini” istəyirlər
-
Müctəba Xameneidən ilk amnistiya: İranda iki min məhbus əfv edildi
-
Zamin duranlar üçün risklər: “Borcludan geri tələb edə bilər”
-
Baş prokuror Şəmkirdə vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr - Ali Məhkəməyə üz tutdu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nazir Zəngilanda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
-
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
-
Maliyyə icarəsi ilə bağlı yeni cərimələr - MƏBLƏĞLƏR
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
-
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı - Sərəncam
-
Şuşada 3,6 milyonluq cari təmir işləri aparılacaq - “Fərid-İnşaat” ilə müqaviləsi
-
CNN-in iddialarını qətiyyətlə rədd edirik - Azərbaycan XİN
-
“Any Unboxing” piramidasının ifşası - Yeni həbslər olacaq
-
Ruslan Eyyubov ev dustaqlığına buraxıldı - Məhkəmədən qərar
-
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində yoxlama - Materiallar prokurorluğa göndərildi
-
Azovda yük gəmilərinə hücum nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub - RƏSMİ
-
Bəzi rayonlarda dövlət qulluqçularının sayı heç min nəfərə belə çatmır - Deputat
-
Həqiqi hərbi və ya alternativ xidmətlə bağlı qanun dəyişdi - DETALLAR
-
Nazirin vəzifə payladığı şəxslər haqda ŞOK faktlar – milyonlar dost-tanışa gedir…
-
Agentlik “Azərişıq”da pozuntular aşkarlayıb - Məcburi göstəriş verilib
-
Əli Nağıyev Bakıda gürcü həmkarı ilə görüşdü - FOTOLAR
-
Yalan şikayət göndərmək məsuliyyət yaradır - Ali Məhkəmə izah etdi
-
Bu il büdcəyə milyardlarla manat vergi ödənilib - Son rəqəmlər
-
Pensiya zamanı birdəfəlik ödənişi kim alacaq? - Milli Məclis təsdiqlədi
-
“Xamenei ilə görüşməyim mümkündür, şərəf duyardım” - Tramp
-
Deputatlar toplanır: 8 məsələ müzakirəyə çıxarılacaq
-
“Azərbaycanda hüquqşünasların sayı kifayət qədər azdır“ - Anar Bağırov
-
“Ermənistan KTMT-yə qayıtmayacaq“ - Nikol Paşinyan
-
Prezident millimizi qələbə münasibətilə təbrik etdi - FOTO
-
Azərbaycan nefti kəskin ucuzlaşdı - Yeni qiymət
-
Ötən il 20 ildən çox davam edən nikahların payına 2 500-dən çox boşanma düşüb - Statistika
-
Si Cinpin Şimali Koreyaya səfər edəcək - Gələn həftə
-
Azərbaycanda ət qiymətləri necə sabitləşə bilər? - VİDEO
-
“İrandan sonra Kuba ilə məşğul olacağıq” - Tramp
-
“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova
-
Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu - İkinci dəfə
-
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI
-
“Nə binanı təhvil verirlər, nə də kirayə pulumuzu vaxtında ödəyirlər” - Video
-
“İsrail Ordusu Livandan çıxmayana qədər regionda sülh olmayacaq“ - SEPAH
-
Adına yük avtomobili rəsmiləşdirildiyindən ölkəni tərk edə bilmir - VİDEO
-
4 ildir lombarda qoyduqları qızıllarından xəbər yoxdur - VİDEO
-
“Qarabağ“ DÇ-2026-ya yollanan futbolçunu transfer edir - 1 milyon ödəyəcək
-
Tarantinodan Hollivuda ağır sözlər - “Ora artıq dadsız sosiska fabrikidir”
-
Hirkan Milli Parkında narkoplantasiya qurmuşdu - Polis saxladı-Video
-
Səhiyyə Nazirliyində Mərkəz direktoru işdən çıxarıldı - Yeni təyinat
-
Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıb - VİDEO
-
Fransa Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb - Casusluq işi
-
Sabah bəzi məktəblərdə tədris distant olacaq - SİYAHI
-
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı - Nələr müzakirə olunub?
-
Tayvan gəmi əleyhinə raket arsenalını artıracaq - “Reuters”
-
“Şahdəniz“də illik qaz hasilatı nə qədərdir? - “BP-Azerbaijan“ açıqladı
-
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin
-
Xocavənddən Beyləqana 120 kq yararsız əti satmağa aparan şəxs saxlanılıb - Birgə əməliyyat
-
Müğənnilərin toy qiymətləri müzakirə yaratdı - Əməkdar artistlərdən açıqlama
-
Onlara 3 il hər ay pul veriləcək - Güzəştlər olunacaq
-
“Netanyahu iki seçim qarşısında qalıb“ - “Axios“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - Tam siyahı
-
SEPAH-dan İsrailə çağırış: “Əvvəlki mövqelərinizə dönün“
-
Əlavə təhsil almaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başladı
-
“Boranı“nın zirzəmisindən skuter, küçədən şlaqbaum oğurladı - 2 il 6 ay “iş“ aldı
-
Aİ Türkiyənin üzvlük məsələsini ciddi şəkildə nəzərdən keçirməlidir - Finlandiya Prezidenti
-
Mehriban Abasquliyeva həbs olundu - Məhkəmə zalında
-
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
-
Zaporojye AES bombardmana məruz qalıb - Çalışanlar sığınacaqlara yerləşdiriliblər
-
Təhsil idarəsi 16 minə bina icarəyə götürür - Birmənbə metodu ilə satınalma
-
“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur? - Qanunsuz lizinq, yüksək faiz
-
Sürücülərin nəzərinə: Yol nişanları ilə bağlı dəyişiklik edilir
-
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi
-
Aİ Rusiyaya dəstək göstərən Çin şirkətlərinə qarşı sanksiyalar hazırlayır - Politico
-
Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq - MƏHKƏMƏ İŞİ
-
İran ABŞ ilə danışıqlarda irəliləyiş olmadığını bildiri - Bloomberg
-
Ali Məhkəmədən xəbərdarlıq - Bu pullar geri qaytarılmır
-
Su ehtiyatlarımız azalır: Azərbaycan 35 ölkəlik risk qrupundadır
-
“Bu hadisə nə mülk, nə də pul üstündə baş verib” - Qətlə yetirilən gəlinin qaynanası
-
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX sərhədlə bağləı məlumat yaydı
-
Mopedlər üçün rüsumlar müəyyənləşir - Sürücülük vəsiqəsi tələb olunacaq
-
İranla razılaşma bu həftəsonu əldə edilə bilər - Tramp
-
“Subsidiyalaşmada yeni yanaşmalar tətbiq edəcəyik” - Nazir müavini
TOP 10
ARXİV






