Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

İlon Mask 80% super dahi, 20% problemlidir - Donald Tramp

Tarix 06.06.26, 15:01

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp milyarder İlon Maskla münasibətlərini bərpa etdiyini və onu bəzi mübahisəli xüsusiyyətləri olan son dərəcə istedadlı bir şəxs kimi qiymətləndirdiyini bildirib. Bu barədə o, Skott Ceninqsin şousuna verdiyi müsahibədə danışıb.

Məlumatı "Business Insider” yayıb.

"Onun 80%-i super dahi, 20%-i isə müəyyən problemlərdir. Bu 20%-i həll etsə, əla olacaq", deyə Tramp bildirib.

Eyni zamanda prezident Maskla bağlı müsbət münasibətini davam etdirdiyini də vurğulayıb.

"O mənə həmişə xoş olub. İndi də xoşdur", Tramp qeyd edib və Maskın son dövrdə bəzi səhvlər etdiyini əlavə edib.

2024-cü il prezident seçki kampaniyası zamanı Mask Trampın əsas tərəfdarlarından biri olub. ABŞ mediasının məlumatına görə, milyarder Respublikaçılar Partiyasına və digər namizədlərə dəstək üçün ən azı 277 milyon dollar xərcləyib.

Respublikaçıların qələbəsindən sonra Mask bir müddət Tramp administrasiyasında işləyib, lakin iyun ayında onların arasında açıq fikir ayrılığı yaranıb.

Mübahisəyə Maskın Ağ Evin geniş vergi qanun layihəsini tənqid etməsi səbəb olub. O həmçinin Trampın seçkidə qalib gəlməsində öz maliyyə dəstəyinin həlledici rol oynadığını iddia edib.

Tramp Maskın "Amerika partiyası” adlı yeni siyasi təşkilat yaratmaq planlarını da şərh edib və onun Respublikaçılar Partiyasında qalacağına ümid etdiyini bildirib.

"Onun başqa seçimi olduğunu düşünmürəm. O nə edəcək? Radikal sol dəlilərin yanına gedəcək?”, deyə Tramp qeyd edib.

Mübahisələrə baxmayaraq, MAGA hərəkatının təsirli nümayəndələri Tramp və Mask arasında barışığa çağırışları davam etdirirlər. ABŞ vitse-prezidenti Cey Di Vens dəfələrlə Maskın 2024 seçkilərində respublikaçıların qələbəsində mühüm rol oynadığını bildirib.

Mediada yayılan məlumatlara görə, Mask "Amerika partiyası” ideyasını irəli sürsə də, hələlik onun rəsmi qeydiyyat prosesinə başlamadığı və Respublikaçılar Partiyasına əsas donor olaraq qaldığı bildirilir.

2025-ci ilin payızında Mask və Tramp konsertativ aktivist Çarli Kirkin anım mərasimində birlikdə görünmüş, qısa söhbət etmiş və əl sıxmışdılar. Onlar sonuncu dəfə 30 may tarixində Ağ Evdə keçirilən və Maskın "DOGE” vəzifəsindən istefasına həsr olunmuş mətbuat konfransında bir arada görünmüşdülər. Həmin vaxt tərəflər arasında açıq gərginlik davam edirdi.



Xəbərin oxunma sayı : 346




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap