“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“İlqar Məmmədov demokrat kimi hərəkət elədi” – Rauf Arifoğlu

Tarix 28.04.20, 18:55

Font ölçüsü : - / +
bitmap-img6


“Yeni Müsavat” Media Qrupu bütün düşərgədən olan siyasətçilərə, o cümlədən İlqar Məmmədova açıqdır”. 

Bu sözləri Yenisabah.az-a “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifolu deyib.

Baş redaktorun sözlərinə görə, Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov “Yeni Müsavat” qəzetinin sosial şəbəkə üzərindən yayımlanan “Canlı debat” verilişinin qonağı olsa da, onunla görüşməyib. 

“O mənim yanıma yox, Sevinc Telmanqızının aparıcısı olduğu verilişə gəlmişdi. Bu verilişə dəvət olunanlar barədə əvvəlcədən xəbərdar olsam da, qarışmıram. Bəzən münasibətim olmayan, küsülü olduğum adamlar da o verilişə dəvət olunur. Burda şəxsi məsələlərə yer yoxdur. 

İlqar Məmmədova da təşəkkür edirəm ki, münasibətimiz olmasa da, media quruluşunun dəvətini qəbul edərək gəldi. Bir siyasətçi olaraq, demokrat kimi hərəkət elədi. Amma görüşməmişik. Üz-üzə gəlmədik. Mən öz otağımda oldum, o da keçdi studiyaya. İlqar Məmmədov mənim deyil, Sevinc Telmanqızının qonağı idi”, - deyə Rauf Arifoğlu bildirib.

İlqar Məmmədovun “Canlı debat” verilişinin qonağı olması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Şəbəkə fəalları REAL sədrinin iki il əvvəl Rauf Arifoğlu barədə yazdığı arqumenti əsas gətirərək onun tənqid atəşinə tutublar. 

İlqar Məmmədovun həmin statusuna gəlincə, o Rauf Arifoğlunu fəxri ad aldığına görə sosial şəbəkədəki dost siyahısından çıxardığını yazmışdı. Baş redaktorun REAL sədrinə cavabı sərt olmuşdu.



Xəbərin oxunma sayı : 859




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap