Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Son zəng”lə bağlı maşın icarə verənlərə - Xəbərdarlıq

Tarix 10.06.26, 10:54

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi​ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

AzFakt.com-un məlumatına görə, qurumdan bildirilib ki, bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edir. Nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinin zidd olmaqla yanaşı, onların və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları baxımından olduqca təhlükəlidir.

DYP qeyd olunanları nəzərə alaraq, avtomobil icarəsi şirkətlərindən xahiş edir ki, nəqliyyat vasitələrinin icarəyə verilməsi zamanı sürücülük vəsiqəsinin etibarlılığına, şəxsin yaşına və nəqliyyat vasitəsini idarə etmək hüququna xüsusi diqqət yetirsinlər. Ən əsası “Son zəng” tədbirləri ilə bağlı əyləncə məqsədilə məktəblilərə və ya sürücülük hüququ olmayan şəxslərə avtomobil təqdim etməsinlər.

Qeyd olunur ki, belə hal aşkarlandığı təqdirdə həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap