“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Nazir xəstə olan xalq şairini kabinetinə gətirtdi - tənqid olundu - FOTO

Tarix 05.09.19, 19:54

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub "Xalq şairi” fəxri adlarına layiq görülüb.

Parkinson xəstəliyindən əziyyət çəkən, Musa Yaqub fəxri adın nişanını və vəsiqəsini almaq üçün Mədəniyyət Nazirliyinə dəvət olunub.

Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev Xalq şairinə fəxri adın nişanını və vəsiqəsini təqdim edib.

"Xalq şairi” kimi yüksək fəxri ada layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Musa Yaqub ölkə başçısının həmişə yaradıcı insanlara diqqət və qayğı göstərdiyini dedi. Qocaman şair Azərbaycan poeziyasının gələcəyindən nikbin olduğunu vurğuladı. Qeyd etdi ki, bu gün istedadlı gənc yazarlar böyük ənənələri olan Azərbaycan ədəbiyyatını yeni ideyalarla zənginləşdirirlər. Şair gənc qələm sahiblərinin ona olan münasibətindən də razılığını bildirdi.

Nazir Əbülfəs Qarayev sonda bir daha Musa Yaqubu fəxri ad münasibətilə təbrik etdi, ona möhkəm cansağlığı və yeni-yeni əsərlərlə oxucularını sevindirməsini arzuladı. Əbülfəs Qarayev onu diqqətə çatdırdı ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu ilin sonunda şairin yeni kitabı işıq üzü görəcək.

Qeyd edək ki, mütəmadi olaraq ziyalılarımız uzun müddətdir xəstəlikdən əziyyət çəkən xalq şairi Musa Yaqubu İsmayıllı rayonu Buynuz kəndindədki evində ziyarət edirlər. Nazir Əbülfəs Qarayevin Musa Yaqubu bu halında nazirliyə gətizdirməsi sosial şəbəkələrdə hər kəsin tənqidinə səbəb olub



Xəbərin oxunma sayı : 502




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap