Nigar Camaldan heyranedici hərəkətlər - VİDEO Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO) “Keçmişlərini unudublar“ - Afaq Gəncəli
Axtar
 
  • / Maqazin / — 29 Noyabr 2021

    Nigar Camaldan heyranedici hərəkətlər - VİDEO

  • / Maqazin / — 25 Noyabr 2021

    Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO

  • / Maqazin / — 19 Noyabr 2021

    Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO)

  • / Maqazin / — 04 Noyabr 2021

    “Keçmişlərini unudublar“ - Afaq Gəncəli

  • / Maqazin / — 01 Noyabr 2021

    “Anasına bax, qızını al“ - Fotolar

  • / Maqazin / — 24 Oktyabr 2021

    “Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı

102 il əvvəl Zəngəzurda törədilən qətliamın dəhşətləri – tarixi faktlar

Tarix 22.11.21, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


102 il bundan əvvəl - 1919-cu il noyabrın 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasının Qafan nahiyəsinin Oxçu kəndində bəşər tarixinin ən faciəli günlərindən biri yaşanıb.

Vampir xislətli erməni başçılarından biri Hamazasp Srvandzyan 240 silahlı quldurla kəndi mühasirəyə alıb, danışıq aparmaq adı ilə ətraf kəndlərin əhalisini kəndin ortasındakı meydana topladıb, heç kimin qaçıb sağ qurtulmaması üçün kənddə bütün yol, cığırları kəsdirib. Kişilər karvansaraya doldurularaq qapılar bağlanıb, dörd tərəfdən düzülmüş dinamitlərlə partladılıb, yaralılar daş-qalaq olunub, son nəfərədək öldürülüb. Bölgənin Ermənistana birləşdirilməsi əleyhinə çıxan el ağsaqqalları və din xadimlərini qabaqcadan seçilib əl-ayaqları bağlanaraq erməni zabitlərinin ayaqları altında başları kəsilib. Qoca, uşaq və qadınları məscidə doldurub diri-diri, tikə-tikə doğrayıblar, ah-naləsi göylərə bülənd olan, aman diləyən, can verən yaralıların əzalarını süngülərlə dəlik-deşik ediblər, hər yandan insan qanı sel suları kimi kəndarası yol, cığırlarla axıb dərə aşağı selə dönmüşdü.

Çarəsiz, köməksiz, əliyalın insanlar ələ keçirdikləri ağac, daş, dəmir parçaları ilə gənc qız-gəlinlərin sir-sifətini, qarnını, əzalarını dəlik-deşik ediblər ki, namusları ləkələnməsin, manyak vəhşilərin əlinə diri, sağ-salamat keçməsin. Analar quyulara, yanar təndirlərə atılan körpələrinin dalınca özləri də odun içinə tullanıb balaları ilə birgə diri-diri yanıblar, neçəsi bu vəhşətdən dəli olub, xəstə, əlil, ahıl, ana qucaqlarındakı südəmər körpələrə belə aman verilməyib. Həmin dəhşətli gündə 1400 azərbaycanlı, o cümlədən təkcə Çaylı və Oxçu kəndlərindən 400-ü uşaq, qadın olmaqla 900 insan heç bir xalqın tarixində görünməmiş amansız vəhşiliklə, güllə, mərmi işlənmədən məhv edilib.

Açıklama yok.

Qaniçən quldurlar bu qanlı mənzərənin Allahverdi adlı yeganə şahidini sağ buraxıblar ki, gedib gözləri ilə gördüyünü erməni hakimiyyətini tanımayan, nəyəsə ümid olub gözləyən müsəlman kəndlərində hər kəsi belə aqibətin gözlədiyini söyləsin.

1919-cu il 23 noyabrda Tiflisdə Azərbaycan və Ermənistanın hökumət başçıları ABŞ və Gürcüstan təmsilçilərinin də iştirakı ilə atəşi dayandırmaq barədə sazişə qol çəkirlər. Sazişin mətni belədir: «Ermənistan hökumətinin nümayəndəsi baş nazir Xatisov və Azərbaycan hökumətinin nümayəndəsi baş nazir Usubbəyov arasında qarşılıqlı saziş imzalanmışdır. Ermənistan hökumətini təmsil edən baş nazir Xatisov və Azərbaycan hökumətini təmsil edən baş nazir Usubbəyov bu sazişi Tiflis şəhərində 1919-cu il noyabrın 23-də aşağıdakılar barədə imzalamışlar: “Ermənistan və Azərbaycan hökumətləri indi baş verən düşmənçilik hərəkətlərini dayandırmağı və bir daha silaha əl atmamağı öhdələrinə götürürlər. Ermənistan və Azərbaycan hökumətləri dinc mal mübadiləsi üçün Zəngəzura aparan yolların təmiri və açılması məqsədilə təsirli tədbirlər görməyə razıdırlar. Sərhəd məsələləri də daxil olmaqla, bütün mübahisəli məsələlər ilə bağlı növbəti paraqrafda xatırladılan konfrans tərəfindən qərar qəbul edilənədək Ermənistan və Azərbaycan hökumətləri bu məsələləri sülh sazişləri vasitəsilə həll etməyi öhdələrinə götürürlər. Əgər bunu yerinə yetirmək mümkün olmazsa, hər iki hökumətin qərarına tabe olmağa razılaşdığı hakim kimi hər hansı bir neytral tərəf seçilməlidir. İndi belə bir neytral tərəf Birləşmiş Ştatların ordu polkovniki Ceyms Reydır. Ermənistan və Azərbaycan hökumətləri təcili surətdə çərşənbə günü, noyabrın 26-da Bakıda görüşməli və Tiflisdə konfransın başlanmasını dekabrın 4-dən təxirə salmamalı, bərabər sayda nümayəndə təyin etməyi öhdəsinə götürürlər.

Ümumi razılığa əsasən konfransın keçiriləcəyi yer dəyişdirilməzsə, konfransın iclasları Tiflisdə davam edəcəkdir. İki hökumət arasında mübahisə və ixtilaflara səbəb olan bütün məsələlər bu konfransın müzakirə obyekti olacaq. Konfrans bu və bu qəbildən olan bütün məsələləri saziş və arbitraj yolu ilə həll etmək hüququna malik olacaqdır. Bu müqavilə imzalandığı gündən qüvvəyə minir, hər iki hökumətin parlamentləri tərəfindən təsdiq edildiyi gündən daimi sayılır. Ermənistan və Azərbaycanın baş nazirləri öhdələrinə götürürlər ki, onların hökumətləri yuxarıda ifadə olunmuş müqavilənin bütün bəndlərini dönmədən müdafiə edəcək və yerinə yetirəcəklər. Bunu sübut etmək üçün onlar bu müqaviləni imzalayırlar. Müqavilə üç nüsxədə: ingilis və rus dillərində, Tiflisdə 1919-cu il noyabrın 23-də tərtib edilmişdir. Onun bir surəti müttəfiqlərin ali komissarının nümayəndəsinə, bir surəti

Ermənistanın baş nazirinə, bir surəti isə Azərbaycanın baş nazirinə göndərilir. A.Xatisov, Ermənistanın baş naziri, N.Usubbəyov, Azərbaycanın baş naziri aşağıdakıların iştirakı ilə imzalanmışdır: Gürcüstanın xarici işlər nazirini əvəz edən müvəqqəti baş nazir, Müttəfiqlərin ali komissarı-Birləşmiş Ştatlar Ordusunun Baş qərargahının polkovniki».
Bu müqavilənin də ömrü gödək oldu. Ermənilər xislətlərindən əl çəkmək fikrində deyildilər. AXC

Hökuməti və Parlamenti rəhbərlərinin humanist, insani, səmimi, əxlaqlı mənəviyyatına yaxşı bələd olan ermənilər Azərbaycan tərəfinin bu sazişə, verdikləri vədə əməl edəcəklərinə də tam əmin idilər. Tiflisdə imzaların bu sazişin heç mürəkkəbi qurumamış AXC hökuməti az sayda nizami ordu hissələrini, hərbi qüvvələrini Zəngəzurun şərqindən geri çəkdi.

Açıklama yok.

Noyabrın 26-dan başlayan hücumlarla Zəngəzurun Qubadlı bölgəsinin Əliquluuşağı, Eyvazlı, Şurnuxu, Seytas, Məzrə, Şahverdilər, Novlu, Tarovlu, Əyin və başqa 15 kəndini məhv edən ermənilər Bərgüşad çayı boyunda salamat qalan, var gücü ilə müqavimət göstərən, heç yerdən silah, qüvvə yardımı ala bilməyən Qaladərəsi-Xocahan arası 48 kəndini də viran qoydular.

Erməni-daşnak generalı Qaregin Njdenin noyabrın 30-da verdiyi bu vəhşi əmr Zəngəzurun şərqində qanlı soyqırıma yol açdı: “Qafan, Gorus, Meğri hərbi hissələrinə ƏMR. Əsgərlər, sabah Gığı dərəsinə qarşı bizim hücumumuz, səlib müharibəmiz başlayır. Sabah sizin güclü hücumunuz və zərbələrinizdən ağlını itirən düşmən öz kəndlərini buraxıb gedəcək...Sabah bu vadidə ayaqlarınızın taqqıltısı, silahlarınızın gurultusu eşidiləcək...Bütün kəndləri yandırın, talan edin, hücum zamanı külli miqdarda dinamit və partlayıcı çəlləklərdən istifadə edin...İrəli, Allah və Davud bəyin qisasçı ruhu bizimlədir. Qafan, Gorus, Meğri hərbi qüvvələrinin ümumi komandanı Njde.”

1919-cu il dekabrın 1-i sübh çağı üç istiqamətdə başlayan hücumlarda ermənilər 118 türk-müsəlman və 22 erməni kəndindən ibarət Qafan bölgəsinin müsəlmanlar yaşayan el-obalarının əhalisni insan ağlına sığmayan üsullarla kütləvi şəkildə qırıb, evlərini talan, qarət edib yandırıblar. Atqız kəndinin əhalisi erməni hücumundan tez xəbər tutub çıxıb qaçmağa macal tapsa da, Ordubada çatanadək 167 uşaq və qadın qarlı yollarda şaxtada donub həlak olub. Qafanın Gığı dərəsi boyu kəndlərinin 4 min sakinindən yalnız 262-si sağ qalmışdı.

1919-cu ilin noyabr-dekabr və 1920-ci ilin yanvarında Hamazasp, Dro, Qazaryan, Njdenin başçılıq etdiyi quldur dəstələri Zəngəzur qəzasının Qafan, Zəngilan, Meğri, Qubadlı bölgələrində 200-dək kəndi ciddi müqavimətlə üzləşmədən günahsız dinc insanların qanı ilə suvarmış, viran qoymuşdu.

Birinci dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədi ilə "Antanta" ölkələri və ABŞ-ın çağırdıqları Paris Sülh Konfransı (18 yanvar 1919–21 yanvar 1920) ərəfəsində Avropa və ABŞ liderlərini fakt qarşısında qoymaq, Azərbaycandan daha çox torpaq qoparmaq, bölgənin müsəlman türk və kürd əhalisini qırıb yox edib Osmanlı Dövlətindən köçürülən erməniləri onların əsrlərlə məskun olduğu ərazilərdə yerləşdirmək yolu tutan Ermənistanın bütün siyasi, hərbi gücləri bu məkrli planın gerçəkləşməsində eyni mövqedə idilər.

Naxçıvanla Azərbaycan arasındakı Zəngəzur qəzasının böyük bir hissəsi ermənilərin əlinə keçdi, Azərbaycanın əsas ərazisinin Naxçıvanla, Osmanlı ilə quru sərhəddi itirildi, 4 mindən çox insan amansızlıqla qətl edildi.

Azərbaycanın xarici işlər naziri Məmmədyusif Cəfərovun noyabrın 29-da Ermənistan xarici işlər nazirinə göndərdiyi teleqramda deyilirdi: “Noyabrın 23-də Azərbaycan və Ermənistan hökumətlərinin nümayəndələri arasında Zəngəzurda silahlı toqquşmaları dərhal dayandırmaq və bütün mübahisəli məsələlərin həllini çağırılacaq Azərbaycan Ermənistan konfransının öhdəsinə buraxmaq barəsində razılaşma olmuşdur. Bununla yanaşı indi Sizin hökumətin qoşunları tərəfindən Zəngəzurda Oxçu, Pirdavidan, Atqız, Şabadin, Anişu və Quşçular kəndlərinin talan edilməsi haqqında məlumat alınmışdır. Çoxlu ölənlər var, Girətağ kəndi və bütün ətraf müsəlman kəndləri ilə bütün əlaqələr kəsilmişdir və bu kəndlər erməni quldur dəstələri tərəfindən mühasirəyə alınmışdır”.

Açıklama yok.

Baş nazir F. Xoyski 4 fevral 1920-ci ildə Ermənistanın baş naziri Xatisova ünvanladığı teleqramda yazırdı: «Zəngəzur müsəlmanlarının tamamən yox edilməməsi üçün Azərbaycan Ordusundan bir miqdar əsgəri qüvvə o bölgəyə göndərilmişdir və bu, 23 noyabr 1919-cu il anlaşmasına zidd deyildir»...Çox gec idi, qoşun göndərmək də xeyli uzanmışdı, artıq Zəngəzurda hər şey bitmişdi, qırmızı bolşevik rus ordusu yaxında idi.

AXC parlamentinin Zəngəzurdan seçilmiş üzvü, Müsavat fraksiyasının üzvü Cəlil bəy Sultanovun, qəza rəisi M. Namazəliyevin və hökumətin digər yerli təmsilçilərinin onlarla teleqramını parlamentdə Zəngəzurdan olan digər deputat Mirzəsadiq Axundzadə oxuyurdu, “Azərbaycan” qəzeti verirdi, yazarlar, ziyalılar həyəcanlı çağırışlar edir, imdad, yardım diləyirdi.

1919-cu ilin noyabr-dekabr və 1920-ci ilin yanvarında Zəngəzurda törədilən qırğınlarının faciəli mənzərəsi parlamentin deputatı Cəlil bəy Sultanovun arxivlərdə saxlanan, birbaşa hadisə yerindən – isti qanı şır-şır axıdılan Zəngəzurdan göndərdiyi bu teleqramlarda aydın görünür.
“Hazırda Fərəcan, Göyyal, Çərəli (Qubadlı rayonu ərazisi - H.A)…8 kənd yanır, tüstü göyün üzünü bulud kimi alıb. Düşmənə qarşı müqavimət göndərən yerli qüvvələr dənizdə bir damladır. Xahiş edirik tədbirlər görəsiniz. Bizim qüvvəmizlə onların qarşısını almaq olmaz”.

“Artıq ermənilər Zəngəzurun 3-cü sahəsini (Qubadlı rayonu - H.A) işğal etdilər. Hücum 4-cü sahədə və Cəbrayıl qəzasının sərhədində gedir. Ermənilərin 8 topu, 60 pulemyotu var, qoşunları mütəşəkkildir. Patronları, silahları olmayan müsəlmanlar geri çəkilməyə məcburdurlar. Zəngəzurda artıq hər şey bitib.”
«Həlak olmuş Zəngəzur müsəlmanları sizə cansağlığı diləyirlər. Zəngəzurlular nə qədər ağlasalar da, onların iniltisi cavabsız qaldı, heç kəs onların köməyinə gəlmədi. Qadınların döşləri kəsilib, uşaqların başları kəsilib, bədənləri qan içindədir. Ermənilərin əllərinə düşən gözəl qızlar zorlanır. Zəngəzurda düşmənə müqavimət göstərmək üçün kişilər həddindən artıq azdır və onların kənardan köməyə bütün ümidlərini itiriblər».

«Bu gün axşam vaxtı qəza rəisi ili birlikdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmiş on minlərlə lüt, ac qadın və uşaq qaçqınları gördüm. Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Ermənilərin döyüş meydanında qalmış ölüləri arasında bir neçə ingilis əsgəri də vardı. Xocahan və Zabux arasındakı bütün yüksəkliklər ermənilər tərəfindən tutulmuşdur. Əkərə çayının sağ sahili boyu üçüncü polis sahəsi tamamilə toplarla və pulemyotlarla məhv edilmişdir. Bu gün Zəngəzur qəzasının dördüncü polis sahəsinin sağ qalan hissəsini ermənilər mühasirə ilə kəsib ayıraraq onun da axırına çıxırlar. Zəngəzurda tam hakimiyyətsizlik hökm sürür. Döyüşmək və müqavimət göstərmək üçün heç bir vəsait yoxdur. Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbaycan türk xalqına müraciət edir. Aldığımız məlumata görə, sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə Naxçıvanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Qarabağın dağlıq hissəsinin erməniləri surətlə üsyana hazırlaşırlar. Hökumətin cinayətkarcasına fəaliyyətsizliyi Zəngəzur və Qarabağın məhvinə gətirib çıxarıb. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzur müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain xatisovların təntənəli ziyafətləri, Azərbaycanın erməni təbəələrinin həyasızlığı yetər. Xahiş edirəm təcili tədbir görün ki, heç olmasa Şuşa və Cəbrayıl qəzaları xilas edilsin. Hər dəqiqə qiymətlidir. Yubanmaq xalq və vətən qarşısında cinayət və satqınlığa bərabərdir.»

“Silahının gücünü Zəngəzurun həmişə təqiblərə məruz qalmış, məzlum, bədbəxt müsəlman əhalisi üzərində sınayaraq cəzasız qalan ermənilərin təcavüzkar hərəkətləri barədə hökumətə dəfələrlə xəbər verilmişdir. Zəngəzur müsəlmanlarının müdafiəsi üçün hökumət tərəfindən indiyədək heç bir real tədbir görülməmişdir. Hökumətin fəaliyyətsizliyindən əl-qolu açılan Zəngəzur erməniləri nizami hissələrin köməyi ilə birləşmiş Qarabağ qüvvələri kimi hərəkət edib bütün yolüstü müsəlman kəndlərini məhv etmək, Qarabağa daxil olaraq Əsgəranı tutmaq, Şuşanı almaq qərarına gəliblər. Bu qərar indi icra edilir. Xankəndində əhalinin müdafiəsi tapşırılan qarnizon Bakıdan əmr verilmədən müdafiəyə başlamağa cəsarət etmir. Cinayətkar ermənilərin hökmranlığına və belə biabırçı hadisələrə son qoymağı, Qarabağ və Zəngəzurun mühüm ehtiyaclarının həlli üçün bir dəqiqə vaxt ayırmağa sizdən sonuncu dəfə xahiş və tələb edirik, kömək edin.”

Zəngəzurda çar Rusiyası və ermənilərin məkrli oyunlarına qarşı illər boyu sinə gərən Sultanovlar soyunun davamçısı, “Müsavat”ın bölgədəki ən nüfuzlu adamı deputat C. Sultanov 1920-ci il yanvarın 24-də Parlamentin sədrinə ünvanlandığı son teleqramda yazırdı:

"Bütün teleqramlarıma əlavə olaraq, hərbi əməliyyat yerindən məlum edirəm ki, Zəngəzur sarıdan başınız sağ olsun. Ermənilər öz qüvvələrini Cəbrayıl qəzasının sərhədində cəmləşdirirlər. Qarabağı xilas etmək lazımdır. Erməni xəyanəti və hiyləgərliyi qurbanlarının sayı hesaba gəlməzdir." ARDA: f. 895, siyahı 1, iş 299, vərəq: 8-12, 18, 20, 22, 26, 31-33.

Qeyd edək ki, 1919-cu ilin sonu, 1920-ci ilin yanvarında AXC Hökuməti nə ölkə daxilində, nə sərhədləri boyu fəal hərbi əməliyyatlar aparmırdı. Ermənilər isə bir an dayanmadan Zəngəzurda bütün gücü, qüvvəsi ilə qətliamlara davam edirdi. Şərqdə ilk demokratik respublika qurucularının şərəfli ömür yoluna, tariximiz, xalqımız qarşısında əbədi yaşayacaq müqəddəs bir missiyanı – yox yerdən Cümhuriyyət qurmalarını ehtiram, sevgi duyğuları ilə vurğulamaqla yanaşı, bunu da deməliyik ki, 1919-cu ildə və 1920- ci ilin yanvar-may aylarında Zəngəzurun türk-müsəlman əhalisinə qarşı soyqırımın, erməni-daşnak quldur dəstələrinin törətdikləri vəhşiliklərin, genişmiqyaslı, çoxsaylı qətliamların, kütləvi deportasiyanın, ərazi itkilərinin qarşısının alınması üçün AXC Parlament və Hökuməti nə ümumi bir razılığa gəlib bilmiş, nə də öz ixtiyarında olan hərbi potensialdan lazımınca istifadə etmişdir. Eynilə bundan əvvəl Cümhuriyyətin ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun Qafqazda əsas söz sahibi olan ingilis generalı Şatelvortla Qarabağ məsələsinə dair apardığı müzakirələrdən, Tomsonun ermənistan parlamentindəki çıxışından dərhal sonra - 22 avqust 1919-cu il Milli Şuraya göndərdiyi “Qarabağda ingilislərin siyasəti ilə bağlı yaranmış vəziyyət və onun aradan qaldırılması üçün zəruri tədbirlər” adlı raportunda detallı şəkildə ingilislərin anti-Azərbaycan, ermənipərəst planlarının reallaşmasının qarşısını almaq, erməni məsələsinə birdəfəlik son qoymaq barədə aydın, icrası mümkün 6 maddəlik direktivləri nəzərə alınmamışdı. Sultan bəyin partizan dəstələrinin Zəngəzurda Andranik qoşunlarına vurduğu ağır zərbədən sonra Qarabağdan - Xankəndi, Əsgəran, Şuşadan ermənilərin tamamilə vurulub çıxarılması, yaxud Qarabağ erməniləri ilə Ermənistan arasında birbaşa əlaqənin tam kəsilməsi üçün yaranmış unikal fürsət, imkanlardan istifadə olunmamışdı. Xosrov bəy Sultanov həmin günlərdə dəfələrlə, israrla təkid və xəbərdarlıq edirdi: “...geciksək, Zəngəzur və digər qəzaları itirəcəyik”.

Heç şübhə yoxdur ki, Hökumət 1918-ci ildəkindən fərqli olaraq, 1919-cu ilin noyabr-dekabrında və 1920-ci ilin yanvarında Zəngəzurda qırğınların, torpaq itkilərinin miqyasını azalda bilərdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti sözügedən bu dövrdə Osmanlı Dövlətinin, Qafqaz İslam Ordusunun fəal yardımı ilə artıq milli silahlı qüvvələrini müəyyən qədər formalaşdırmışdı. Mənbələrdəki məlumatdan da göründüyü kimi, buna hərbi imkanlar da var idi: “1919-cu ilin dövlət büdcəsində toplanan 1600 446 952 rubldan müdafiə xərcləri üçün 399452 242 rubl ayrılmışdı ki, bu da ümumi büdcənin 27,7 faizinin təşkil edirdi. Gözlənilən təhlükələri nəzərə alaraq 1919-cu ilin iyun ayında Dövlət Müdafiə Komitəsi yaradıldı...1919-cu ildə 25 minlik, 1920-ci ildə 40 minlik ordu yaradılmalı idi. 1919-cu ilin sonunda, 1920- ci ilin əvvəlində kovalyer, topçuluq və snayper uçilişləri yaradıldı. Bu tədris müəssisələrində dərs demək üçün mütəxəssislər dəvət edildi. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı alaylar, artilleriya briqadası, diviziyası yaradıldı. 1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir süvari diviziyası var idi. Birinci piyada diviziyasına birinci Cavanşir, ikinci Zaqatala və üçüncü Gəncə alayları daxil idi. 1918-ci ilin iyul ayının 6-da Azərbaycan Demokratik Respublikası hökumətinin pullu hərbi mükəlləfiyyət haqqında sərəncamına müvafiq olaraq sıravilərə 50 rubl, yefreytorlara 60 rubl, kiçik unter zabitlərə 70 rubl, unter zabitlərə 90 rubl, 126 feldfebellərə 120 rubl məvacib müəyyən edildi. 1918-ci ilin iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894- 1899-cu illərdə anadan olmuş 24-29 yaşlı kişilər səfərbər edildi. Maliyyə çətinliklərinə baxmayaraq milli zabitlər hazırlamaq məqsədi ilə Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 minə yaxın əsgəri olan milli ordu yaradıcılığına başlandı. O vaxt orduda 24 min süngü, 6 min piyada, süvari, topçu və sairə qoşun növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, Xəzər dənizində kiçik bir donanma var idi. Orduda hərbi intizamı möhkəmləndirmək məqsədi ilə hərbi nazirliyin yanında divani hərbi, yəni hərbi məhkəmə fəaliyyət göstərirdi. Cənubda təhlükəsizliyi qorumaq üçün Lənkəranda ehtiyat batalyonu və «yardım alayı» milis alayı yaradıldı. ADR Parlamentini mühafizə etmək məqsədi ilə xüsusi bölmə, respublikanın ərazisində asayişi qorumaq üçün mobil dəstələr təsis edildi. Ordunun tərkibinə iki artilleriya briqadası, bir yüngül artilleriya diviziyası, üç zirehli qatar, beş aeroplan, bir neçə hidroaeroplan, altı ağır və zirehli avtomobil daxil idi…”

Açıklama yok.

Mənbə: https://az.wikipedia.org/wiki/Azərbaycan_Xalq_Cümhuriyyətinin_Milli_Ordusu və s.
Xatırladaq ki, 1919-cu ilin sonlarında törədilən qanlı qırğınlar general Andranik Ozanyanın başçılığı ilə 1918-ci ilin yayından Naxçıvanda, Zəngəzurun qərb hissəsində apardığı soyqırımı, etnik təmizləmənin davamı idi. Fransa, Amerika, Böyük Britaniya və çar Rusiyasının silahlandırıb dinc müsəlmanların üzərinə göndərdiyi 8 minlik erməni nizami ordusu bu mənfur cəlladın başçılığı ilə 165 kəndi əhalisi ilə birlikdə yer üzündən silmişd və qərbi Zəngəzurda axıtdığı qanlar hələ soyumamışdı.
Zəngəzurda soyqırımın mənzərəsini, miqyasını ardıcıllıqla daha aydın təsəvvürə gətirmək üçün bir az da əvvələ qayıdaq; çarizmin şirnikləndirdiyi ermənilər 1905-1906-cı il qırğınlarında bölgədə yerli bəylərin başçılıq etdiyi silahlı dəstələr tərəfindən ciddi müqavimətlə üzləşdiyindən növbəti xəyanətkar, məkrli fitnə-fəsadlarına daha ehtiyatla, iyrənc bicliklə hazırlaşmışdı; əhalidə olan silahları, tüfənglərin birini, hətta, yanı balalı inək verib almış, satmayanları çar məmuralarına çuğullamış, öldürmüş, terror, oğurluqlar etmiş, müsəlman əhalinin silahsızlaşdırılması və ermənilərin gizli şəkildə silahlandırılması üçün mümkün olan hər şeyi etmişdi. Eyni plan, ssenari Moskvanın yardımı ilə 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasından başlayaraq I Qarabağ müharibəsinin sonu -1994-cü il 12 mayda Bişkəkdə imzalanan atəşkəsə qədər davam etmişdi və 1905-06, 1918-20, 1988-94-cü illərin hadisələrində mahiyyəti və forması ilə də üstə-üstə düşən xeyli məqamlar; ermənilərin yalançı sülh danışıqları, atəşkəs aldanışları, daim ermənilərin mənafeyinə, məqsədlərinə xidmət edən ATƏT-in Minsk Qrupunun (oxu: 1918-20-ci illərdəki Müttəfiq qoşunlarının Tiflis, Bakı, Qarabağdakı emissarlarının) fəaliyyət(sizliy)i, Milli Ordumuzun içinə yeridilmiş sapı özümüzdən olan baltaların xəyanətləri, satqınlıqlar və s. bir daha sübut edirdi ki, nə biz başımıza gələn, gətirilən faciələrdən ibrət almışıq, nə də məkrli düşmən çirkin niyətlərindən əl çəkib.

Xatırladaq; Zəngəzur qəzasında 1905-ci il yanvarın 1-nə olan məlumata görə, 151140 nəfər yaşamışdır ki, onlardan 84.088 nəfərini müsəlmanlar, 66.181 nəfərini ermənilər, 785 nəfərini ruslar və 76 nəfərini Avropa xalqlarının nümayəndələri təşkil etmişdir. Qəzada mövcud olan 406 kənddən 314-də müsəlmanlar, 92-də ermənilər yaşayırdılar. Erməni müəllifləri A-do və S. Zavaryan 1905-1906-cı illərdə Zəngəzur qəzasında dağıdılan 43 müsəlman, 14 erməni kəndinin siyahısını vermiş, Gəncə quberniyasının 8 qəzasından heç birində qırğınların və dağıntıların Zəngəzurda olduğu qədər böyük miqyasda və uzun sürən olmadığını xüsusilə vurğulamışdır.

Ümumiyyətlə, 1905-1906-cı illər erməni-müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 300-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhalisi etnik təmizlənməyə və kütləvi qırğınlara məruz qalmışdır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, müzəffər Ordumuzun qəhrəmanlığı, Şəhid və Qazilərimizin misilsiz şücaəti, bənzərsiz döyüş və mənəvi ruhu sayəsində qalibiyyətli II Qarabağ müharibəsindən, 10 noyabr 2020-ci ildə ağır məğlubiyyətinin imzalı təsdiqindən sonra da ermənilərin terror, təxribat əməllərini, siyasi oyunbazlığını dayandırmaması bir daha sübut edir ki, iki əsrdən bəri davam edən, başımıza gələn, gətirilən bəlalardan ibrət dərsi almalıyıq, erməni toplumunun əsrlərlə formalaşmış mənəvi-psixoloji aspektlərini analiz edib zəif və güclü cəhətlərini öyrənməliyik, məkrli, hiyləgər, təpədən dırnağa kin, qisas, nifrətlə yüklənmiş, bədnam qonşu ölkə, xalqla və onun Moskva və Qərbdəki hərbi-siyasi havadarları ilə münasibətlərimizin aydın, prinsipial taktika, strategiyasını hazırlamalıyıq. Arxayınçılıq yolverilməzdir, hələ çox şey bitməyib. Saytlarda indilərdə bu başlıqla xəbərlər yayılıb: “Paşinyanın ondan qisas tələb edən millətçilərə mesajı: bu ordu ilə heç nə etmək mümkün deyil. Mənə 4-5 il vaxt verin. Ordunu yenidən qurum...”

Biz dövlət, xalq olaraq daha da güclənməliyik, qüvvəmizi, birliyimizi, sayıqlığımızı artırmalıyıq, qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqımızı daha möhkəm, çevik, etibarlı, real müstəviyə keçirməliyik. 27 sentyabr 2020-ci ildən xalqımıza hakim olan yüksək döyüş ruhunu, milli mənlik, heysiyyət, qürur hisslərini qoruyub saxlamaqla, daha da yüksəltməklə hədəfə doğru daha qətiyyətlə irəli getməliyik. Hədəf - iqtisadiyyatı, demokratiyası, azad vətəndaş cəmiyyəti, firəvan yaşamı, hərbisi ilə güclü bütöv Azərbaycandır.

32.jpg (623 KB)

Hacı NƏRİMANOĞLU
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru



Xəbərin oxunma sayı : 622

loading...

Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap