“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Ermənistanın mina terroru davam edir“ - Dövlət başçısı

Tarix 05.10.22, 11:58

Font ölçüsü : - / +
bitmap-img6


Müharibənin təxminən 2 il əvvəl başa çatmasından bəri təxminən 250 azərbaycanlı mina partlayışları nəticəsində ölüb və ya ciddi xəsarət alıb.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında deyib.

“Biz indi keçmiş qaçqın və məcburi köçkünlərin öz vətənlərinə qaytarılması ilə bağlı saysız-hesabsız çağırışlarla üzləşirik. Genişmiqyaslı yenidənqurma proqramı ilə yanaşı, ən böyük mürəkkəblikdən biri minalardır”, - dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, müharibənin başa çatmasından bəri təxminən 250 azərbaycanlı mina partlayışları nəticəsində ölüb və ya ciddi xəsarət alıb. Dövlət başçısının sözlərinə görə, təəssüf ki, bu rəqəm hər həftə artır. Yalnız ötən həftə 2 nəfər həlak olub, 3 nəfər ciddi xəsarət alıb.

“Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıb və Azərbaycan və azərbaycanlılara qarşı bu terror siyasəti davam edir. Bu yaxınlarda biz Laçın rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsinin başa çatmasından sonrakı dövr ərzində basdırılmış 1400-dən çox mina aşkarlayaraq zərərsizləşdirdik. Beləliklə, Azərbaycana qarşı aqressiya, Azərbaycana qarşı terror davam edir”, - Azərbaycan Prezidenti qeyd edib.



Xəbərin oxunma sayı : 682




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap