Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı

Tarix 10.06.26, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk rübündə Azərbaycanda əhali tütün məmulatlarına (siqaretə) ayda adambaşına orta hesabla 8,26 manat vəsait xərcləyib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 8,7% artıb.

Qeyd edək ki, siqaretə ən çox vəsait Dağlıq Şirvan iqtisadi rayonunda – Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında xərclənib. Bu bölgədə sakinlər ayda adambaşına orta hesabla 11,9 manat siqaretə pul sərf ediblər.
Siqaretə ən az pul xərcləyənlər isə Lənkəran–Astara iqtisadi rayonunda (Cəlilabad, Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı) yaşayanlar olub. Burada ayda adambaşına orta hesabla 6,2 manat xərclənib.

İqtisadi rayonlar üzrə ayda adambaşına düşən siqaret xərci belə olub:
Dağlıq Şirvan – 11,9 manat;
Şəki–Zaqatala – 11,2 manat;
Mərkəzi Aran – 10 manat;
Gəncə–Daşkəsən – 9,8 manat;
Qarabağ – 9,7 manat;
Şirvan–Salyan – 8,7 manat;
Mil–Muğan – 8,4 manat;
Bakı – 7,8 manat;
Quba–Xaçmaz – 7,6 manat;
Abşeron–Xızı – 7,1 manat;
Naxçıvan – 6,9 manat;
Şərqi Zəngəzur – 6,7 manat;
Qazax–Tovuz – 6,5 manat;
Lənkəran–Astara – 6,2 manat.

Məlumat üçün bildirək ki, siqaretə xərclənən vəsait adambaşına düşən istehlak xərclərinin 2,1%-nə bərabər olub. Rəsmi məlumata əsasən, bu ilin ilk rübündə Azərbaycanda adambaşına düşən aylıq istehlak xərcləri 392,2 manat təşkil edib.
İlk rübün sonunda Azərbaycan əhalisinin sayının 10 milyon 268 min 165 nəfər olduğunu nəzərə alsaq, ölkə üzrə aylıq ümumi istehlak xərcləri təxminən 4 milyard 27 milyon manat olub. Bu isə ay ərzində siqaretə təxminən 84 milyon 571 min manat vəsait sərf edildiyini göstərir. İllik hesablamada isə bu rəqəm 1 milyard manatdan çox edir.

Onu da qeyd edək ki, ötən il Azərbaycanda SOCAR-ın “Azneft” İstehsalat Birliyindən sonra ən çox vergi ödəyən şirkət siqaret istehsalı ilə məşğul olan “Tabaterra” MMC olub. Şirkət ötən il 697 milyon manat vergi ödəyib. Millət vəkili Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşirin rəhbərlik etdiyi şirkətin ödədiyi vergi son bir ildə 1,1% və ya 7,7 milyon manat artıb.



Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap