Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Avropa İttifaqına qəbul qaydaları dəyişə bilər: Məhdudiyyətlər planlaşdırılır

Tarix 10.06.26, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Almaniya, Fransa, Niderland, Belçika və Lüksemburq Avropa İttifaqının gələcək yeni üzvləri üçün səsvermə hüququnu müvəqqəti məhdudlaşdırmağı təklif ediblər.

Müvafiq məlumatı sözügedən beş ölkənin hazırladığı ortaq sənədə istinadən "Reuters" agentliyi yayıb.

Məlumata görə, təklifin təşəbbüskarları bu addımla birlik daxilində hüquqi normalara və qaydalara əməl edilməsi üzərində nəzarəti daha da artırmağı hədəfləyirlər.

Bu məsələnin müzakirəyə çıxarılmasına əsas səbəb Monteneqro, Albaniya, Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) daxil olma prosesini sürətləndirmək planları olub. Avropa ölkələrinin hökumətləri yeni üzvlərin qəbulu qaydalarını dəyişməyin lazım olub-olmadığını müzakirə ediblər.

Sənəddə KİV azadlığı ilə bağlı ciddi problemlər halında yeni nəzarət mexanizmi və müdafiə tədbirlərindən bəhs edilir. Beş ölkə yazıb ki, Aİ yeni üzvlər üçün büdcə və xarici siyasət məsələlərində - hələlik yekdillik tələb olunan sahələrdə - səsvermə hüququnun müvəqqəti məhdudlaşdırılmasını müzakirə etməlidir.

Qeyd edək ki, hazırda Aİ Şurasının sədri olan Kipr Moldova və Ukrayna ilə hüququn aliliyi mövzusunda müvafiq danışıqlar aparmaq üçün hazırlıqlara start verib. Estoniya hökumətinin başçısı Kristen Mixal isə Volodimir Zelenski ilə təşkil edilən görüş zamanı Ukraynanın üzvlük üçün tələb olunan altı mərhələnin hamısından ləngimədən keçməli olduğunu vurğulayıb.



Xəbərin oxunma sayı : 304




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap