Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Neftçi“ üç futbolçu ilə müqavilə bağlayır - Transferlər gözlənilir

Tarix 10.06.26, 13:52

Font ölçüsü : - / +
bitmap-img6


"Neftçi"də yeni mövsümün hazırlıqları çərçivəsində heyətlə bağlı işlər davam edir.

AzFakt.com İdmanxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin düşərgəsində olan komandanın kapitanı Emin Mahmudov və Emil Balayevin müqavilələrinin müddəti başa çatıb. Hər iki futbolçunun yaxın günlərdə klubla yeni müqavilə imzalayacağı gözlənilir.

Bildirilir ki, həm Emin Mahmudov, həm də Emil Balayevlə "1+1" illik müqavilə bağlanması ehtimalı yüksəkdir. Təcrübəli futbolçuların karyeralarını da əsasən "Neftçi"də başa vuracaqları qeyd olunur.

Müqaviləsi başa çatan digər futbolçulardan biri də Elvin Camalovdur. Təcrübəli yarımmüdafiəçi daha əvvəl verdiyi açıqlamalarda "Neftçi"də qalmaq istədiyini bildirib. Klubun da onunla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğu vurğulanır.

Qeyd edək ki, "Neftçi" hazırda yerli futbolçularla bağlı transfer və müqavilə məsələlərini yekunlaşdırmağa çalışır. Bundan sonra Bakı təmsilçisinin heyətini minimum 4-5 əcnəbi futbolçu ilə gücləndirməsi gözlənilir.



Xəbərin oxunma sayı : 313




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap