Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır - Paşinyan

Tarix 08.06.26, 11:42

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra çıxış edərək İrəvanın sülh, regional əməkdaşlıq və qonşu ölkələrlə münasibətlərin normallaşdırılması kursuna sadiq qaldığını bəyan edib.

Ermənistan mediasının məlumatına görə, jurnalistin seçkilərdə qələbədən sonra Türkiyə və Azərbaycan xalqlarına hansı mesajı vermək istədiyi barədə sualını cavablandıran Paşinyan bildirib ki, Ermənistanın mövqeyi dəyişməz olaraq qalır.

“Mesaj eynidir. Ermənistan xalqı sülhün, regional rifahın və regional əməkdaşlığın tərəfdarıdır. Ümid edirəm ki, bu həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq”, - deyə o qeyd edib.

Baş nazir vurğulayıb ki, Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional əsaslarla möhkəmləndirilməsidir.

Ermənistan-Türkiyə münasibətlərinə də toxunan Paşinyan qeyd edib ki, İrəvan normallaşma prosesinin davam etdirilməsinə və dövlət sərhədinin açılmasına ümid edir.

“Türkiyə ilə sərhəd açılmalıdır. Yəni Türkiyə sərhədi açmalı, eyni zamanda diplomatik münasibətlər qurulmalıdır”, - deyə o bildirib.

Paşinyan həmçinin Türkiyənin Axalkalaki-Qars dəmir yolu marşrutunu erməni yükləri üçün açmaq qərarını müsbət qiymətləndirib.

“Erməni məhsullarının həm ixracı, həm də idxalı üçün Axalkalaki-Qars dəmir yolu xəttinin açılması qərarına görə minnətdarıq”, - deyə baş nazir qeyd edib.

Onun sözlərinə görə, hazırda Ermənistan və Türkiyə arasında münasibətlərdə müsbət dinamika müşahidə olunur, lakin yekun nəticəyə nail olmaq üçün bu proses davam etdirilməlidir.

Azərbaycanla münasibətlərə gəldikdə isə Paşinyan tərəflərin sülh sazişinin mətnini artıq razılaşdırdıqlarını xatırladıb.

“Azərbaycanla bağlı bilirsiniz ki, əvvəlcədən razılaşdırılmış sülh müqaviləmiz var. İndi onu imzalamalıyıq”, - deyə o vurğulayıb.



Xəbərin oxunma sayı : 277




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap