Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

NATO Rusiyanın yönləndirdiyi PUA-nı vurdu - Bu ölkənin səmasında

Tarix 08.06.26, 16:03

Font ölçüsü : - / +
bitmap-img6


Baltik regionunda NATO missiyası çərçivəsində xidmət aparan Fransa qırıcıları Latviya hava məkanına daxil olan pilotsuz uçuş aparatını vurub.
 
Bu barədə Bloomberg və Reuters agentlikləri məlumat yayıb.

Latviya rəsmiləri bildiriblər ki, insidentin əsas səbəbi Rusiyanın radioelektron mübarizə vasitələrinin naviqasiya sistemlərinə təsiri olub.

Pilotsuz aparatın tipi və hansı ölkəyə məxsus olduğu rəsmi şəkildə açıqlanmayıb. Bununla belə, Latviya ordusu hədəfin Fransa hərbi təyyarələri tərəfindən məhv edildiyini təsdiqləyib.

Bu, son iki ay ərzində NATO-nun Baltik regionunda pilotsuz uçuş aparatına qarşı döyüş aviasiyasından istifadə etdiyi ikinci hadisədir. May ayında alyansa məxsus hərbi təyyarə idarəetməni itirərək Estoniya hava məkanına daxil olan Ukrayna pilotsuz aparatını vurmuşdu.

Latviya rəsmiləri son dövrlər Rusiya sərhədini keçərək ölkə ərazisinə daxil olan dronlarla bağlı halların artdığını bildirirlər. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, bu aparatların bir hissəsi Ukraynaya məxsusdur və naviqasiya siqnallarının radioelektron vasitələrlə bloklanması səbəbindən marşrutdan yayınır.

Ukraynadakı müharibə fonunda Şərqi Avropanın digər ölkələrində də pilotsuz uçuş aparatları ilə bağlı insidentlərin sayı artır.

Bazar ertəsi Moldova ərazisində kəndlərdən birinin yaxınlığında pilotsuz aparat yerə düşərək partlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Ölkənin Xarici İşlər Nazirliyi Ukrayna tərəfi ilə məsləhətləşmələrin aparıldığını açıqlayıb və eyni zamanda Rusiyanın Ukraynaya qarşı hücumlarını pisləyib.

Bundan əvvəl isə Rumıniya Moskvanı "ciddi və məsuliyyətsiz eskalasiya"da ittiham etmişdi. Buna səbəb pilotsuz aparatın yaşayış evinə çırpılması və iki nəfərin yaralanması olub.

Digər bir hadisə isə Rumıniyanın Konstansa limanında baş verib. Burada dəniz pilotsuz aparatı partlayıb.

Mütəxəssislər hesab edirlər ki, regionda radioelektron mübarizə vasitələrinin daha intensiv tətbiqi pilotsuz aparatların idarəetməni itirməsi və sərhədləri keçməsi riskini artırır. Bu isə NATO-nun şərq cinahında təhlükəsizliklə bağlı narahatlıqları daha da gücləndirir.



Xəbərin oxunma sayı : 256




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap