Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

Parklanma nişanı görünmür, sürücülər cərimələnir - Yasamalda qəribə vəziyyət (VİDEO)

Tarix 13.05.26, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


Vətəndaş sosial şəbəkələrdə paytaxtın Yasamal rayonu ərazisində yerləşən parklanma məntəqəsindən şikayət edib.
 
Onun sözlərinə görə, avtomobilini park etmək istəsə də, parklanma xidmətini aktivləşdirə bilmədiyi üçün cərimələnib. Buna səbəb isə xidmətin aktivləşdirilməsi üçün tələb olunan kodun görünməməsidir.
 
Şikayət edilən ərazi Şəfayət Mehdiyev küçəsində yerləşir. Problemin əsas səbəbi həmin ərazidə tikinti aparan şirkətin parklanma nişanının yerləşdiyi hissəni hasara almasıdır. Nəticədə, nişan və üzərindəki kod hasarın arxasında qaldığından sürücülər məlumatı görə bilmir, parklanma xidmətini aktivləşdirə bilmədikləri üçün isə cərimə olunurlar.
 
Məsələ ilə bağlı tikinti işlərini həyata keçirən şirkətin nümayəndəsi Ülvi Rəsulov Baku TV-yə bildirib:
 
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin "141" çağrı mərkəzi ilə dəfələrlə əlaqə saxlamışam. Bəlkə də, 10-15 dəfə müraciət etmişik ki, gəlib bu problemi aradan qaldırsınlar. Hətta təklif etmişəm ki, bizə icazə versinlər, parklanma nişanını söküb yol tərəfə yerləşdirək ki, insanlar rahat görə bilsinlər. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, heç kim tədbir görmür".




Xəbərin oxunma sayı : 337




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap