Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

ABŞ Donbasın Rusiyaya verilməsi ilə bağlı Putinlə razılaşıb? - Trampdan cavab

Tarix 13.05.26, 11:42

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp Ukraynanın Donbas bölgəsinin tam şəkildə Rusiyaya verilməsi barədə Vladimir Putinlə hər hansı razılaşmanın mövcud olmadığını bildirib...

Clash Report-un yazdığına görə, Tramp bu barədə Çin səfəri öncəsi jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Jurnalist ona ABŞ və Rusiya liderləri arasında Donbasın Rusiyaya verilməsi ilə bağlı razılaşma olub-olmadığını soruşub. Tramp isə qısa şəkildə "Xeyr" cavabını verib.

Eyni zamanda Tramp Rusiyaya bu il səfər edə biləcəyi ehtimalına da toxunub və "Lazım olan hər şeyi edərəm" deyib.

O, həmçinin ABŞ və Çini "dünya supergücləri" adlandırıb.

Məqalədə xatırladılır ki, bəzi analitiklər və tarixçilər Ukraynanın ərazi güzəştlərinin münaqişəni dayandırmayacağını, əksinə, Rusiyanı daha da irəli getməyə təşviq edə biləcəyini bildirirlər. Bu səbəbdən Donbasın Rusiyaya verilməsi ideyası Ukrayna tərəfdə ciddi narahatlıq doğurur.



Xəbərin oxunma sayı : 325




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap