“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Qarabağ“ dayanmayacaq - Azı 3 transfer gözlənilir

Tarix 17.06.26, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


Yay transfer pəncərəsi dövründə heyətinə artıq üç futbolçu cəlb etmiş "Qarabağ" yaxın vaxtlarda ən azı daha üç oyunçunun keçidini rəsmiləşdirəcək.

AzFakt.com Qol.az-a istinadən xəbər verir ki, Zakaria Savo, Jali Muaddib və ən son dünən Samuel Lobatonun transferini rəsmiləşdirən Ağdam təmsilçisi yeni hücumçu ilə anlaşmaq üzrədir. Hələlik adını dəqiqləşdirə bilmədiyimiz həmin hücumçu legionerdir.

Daha bir futbolçu isə müdafiənin sol cinahına alınacaq. Bu əcnəbi oyunçusu isə Elvin Cəfərquliyevin əvəzləyicisi olacaq. Cəfərquliyevin yeni mövsümü digər bir klubda davam etdirəcəyi dəqiqləşib.

Bundan başqa, artıq məlumat verildiyi kimi, Kevin Medina da "Qarabağ"ı tərk edib. 33 yaşlı kolumbiyalının 2020-ci ildən çıxış etdiyi Ağdam klubundan ayrılaraq Malayziyanın "Johor" komandasına keçəcəyi bildirilir.

Bildirilib ki, Medina üçün sərfəli təklif olub. Futbolçunun "Qarabağ" qarşısındakı xidmətləri nəzərə alınaraq onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Beləliklə, Medina yeni klubuna azad agent kimi keçəcək.

Onun getməsi ilə komandaya yeni mərkəz müdafiəçisinin alınması zərurətə çevrilib. Artıq "Qarabağ"ın seleksionerləri bu mövqe üzrə də futbolçu axtarışındadır və yayda həmin mövqeyə də oyunçu alınacağı dəqiqləşib.

Xatırladaq ki, "Qarabağ" bu yay Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yolları ayırıb.



Xəbərin oxunma sayı : 391




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap