Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Sadıq Sadıqov canına hansı blogerə görə qıyıb? - ŞOK DETALLAR

Tarix 06.06.26, 12:52

Font ölçüsü : - / +
bitmap-img6


“Neftçi” PFK-nın sabiq prezidenti, “Neftçi” İK-nın İdarə Heyətinin sabiq sədr müavini və Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadıq Sadıqovun ölümü ilə bağlı yeni məlumatlar yayılıb.

AzFakt.com xəbər verir ki, 60 yaşlı Sadıq Sadıqovun özünə qəsd etdiyi iddia olunur.

Bildirilib ki, son dövrlər onun həm peşəkar fəaliyyətində yaşanan proseslər, həm də şəxsi nüfuzuna təsir edən psixoloji durumuna mənfi təsir göstərib.

Məlumatlara əsasən, Sadıq Sadıqovun ölümündən əvvəl sosial şəbəkələrdə onun adı ətrafında geniş müzakirələr aparılırdı. Xüsusilə xaricdə yaşayan azərbaycanlı blogerlərdən biri tərəfindən ona aid olduğu iddia edilən bir sıra səs yazıları və digər materiallar yayılıb.

Həmin səs yazılarında Sadıq Sadıqovun müxtəlif şəxslər barədə kompromat xarakterli məlumatların yayılması, bəzi adamların tənqid və təhqir olunmasının təşkil edilməsi ilə bağlı müraciətlər etdiyi, eləcə də müəyyən şəxslərin əlaqə vasitələrini təqdim etdiyi iddia olunur.

Yayılan materiallarda onun ölkədə tanınmış bir sıra şəxslər haqqında ifşaedici məlumatların dövriyyəyə buraxılmasında maraqlı olduğu da iddia edilir. Bu materiallar qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurub və müxtəlif müzakirələrə səbəb olub.

Məlumatlarda bildirilir ki, həmin materialların yayılmasından sonra Sadıq Sadıqov ciddi psixoloji gərginlik keçirib. Hətta onun “Neftçi” İdman Klubundakı işinə də bir neçə gündür getmədiyi qeyd olunur.

Eyni zamanda, müxtəlif mənbələr Sadıq Sadıqovun son illərdə karyerasında yaşanan dəyişikliklərin, əvvəlki nüfuz və təsir imkanlarının zəifləməsinin də onun psixoloji durumuna təsirsiz ötüşmədiyini bildirirlər.

(bakupost.az)



Xəbərin oxunma sayı : 481




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap